Loğman - 31:22 Kim, gözəl davranaraq tamamilə Allaha yönələrsə, ən sağlam bağdan yapışmış olar. Bütün işləri Allah kontrol edər.
31: 22 ilə əlaqəli ayə:
Ali İmran/3:103 Allahın ipinə birlikdə daha möhkəm sarılın; ayrılığa düşməyin. Allahın sizə olan nemətini xatırlayın. Siz bir-birinizə düşmənlər idiniz, qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaşlar oldunuz. Bir atəş çuxurunun kənarında idiniz, sizi ondan qurtardı. Yola gələsiniz deyə Allah ayələrini belə açıqlayır.

Bəqərə/2:256 Dində məcburiyyət yoxdur. Artıq doğruluq, azğınlıqdan ayrılmışdır. Kim ki, tağutu (despotları və şeytani doktrinaları) inkar edib Allaha iman edirsə, qırılmaz və sağlam bir bağdan yapışmışdır. Allah Eşidir, Bilir.

Loğman/31:22 Kim, gözəl davranaraq tamamilə Allaha yönələrsə, ən sağlam bağdan yapışmış olar. Bütün işləri Allah kontrol edər.