Səcdə - 32:14 Bugünkü görüşünüzə əhəmiyyət verməməyinizin nəticəsini dadın. Biz də sizə əhəmiyyət vermirik. Etdiklərinizin bir nəticəsi olaraq əbədi əzabı dadın.
Axirət qarşılaşmasına önəm vermədilər:
Yunus/10:7 Bizimlə qarşılaşmağı ümid etməyənlər, dünya həyatını sevib ona bağlananlar və ayələrimizdən qafil olanlar...
Yunus/10:8 Məhz onların yeri, qazandıqlarına görə atəşdir.
Yunus/10:11 İnsanların yaxşılığı tez istəmələri kimi, Allah da onlara əzabı tez versəydi vaxtları (ömürləri) bitirilmiş olardı. Bizimlə qarşılaşmağı ümid etməyənləri, azğınlıqları içində çaşqın vəziyyətdə buraxarıq.
Yunus/10:45 Onları topladığımız gün, sanki gündüzdən bir saat qədər (dünyada) qalmışlar kimi bir-birlərini tanıyarlar. Allah ilə qarşılaşmanı yalanlayanlar ziyana uğrayanlardır. Doğrunu da tapa bilməyənlərdir.

Kəhf/18:103 De ki, "İş görənlərin ən pisinin kim olduğunu sizə bildirimmi?"
Kəhf/18:104 "Onlar, yaxşı iş gördüklərini zənn etdikləri halda, dünyadakı səyləri boşa çıxanlardır."
Kəhf/18:105 Onlar, Rəblərinin ayələrini və Onunla qarşılaşmağı inkar edənlərdir. Buna görə işləri boşa çıxar və dirilmə günündə də onlara bir dəyər verməyəcəyik.

Muminun/23:33 Dünya həyatında onlara həddindən artıq nemətlər bağışlamamıza rəğmən, axirət qarşılaşmasını yalanlayıb inkar edən, xalqının öncüləri belə dedilər: "Bu, yalnızca sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, sizin içdiyinizdən içir."
Muminun/23:34 "Sizin kimi bir insana tabe olsanız, siz o zaman gerçəkdən ziyana uğrayarsınız."

Furqan/25:21 Bizimlə qarşılaşmağı ümid etməyənlər, "Bizə ya mələklər enməli, yaxud da Rəbbimizi görməliyik!" dedilər. Öz-özlərinə təkəbbür göstərmişlər və azğınlıqda çox irəli getmişdilər.

Ənkəbut/29:4 Pislikləri işləyənlər, Bizdən qurtulacaqlarınımı sanırlar? Necə də pis bir hökm irəli sürürlər.
Ənkəbut/29:5 Kim Allah ilə qarşılaşmağı ümid edirsə, (bunu bilsin ki,) Allahla müəyyən edilmiş görüş mütləq gerçəkləşəcəkdir. O, Eşidəndir, Biləndir.
Ənkəbut/29:23 Allahın ayə və möcüzələrini və Onunla qarşılaşmağı inkar edənlər, Rəhmətimdən ümid kəsənlərdir. Onlar ağrılı-acılı bir cəzaya layiqdirlər.

Rum/30:7 Onlar dünya həyatının xarici görünən tərəfini bilirlər. Axirətdən isə xəbərsizdirlər.
Rum/30:8 Öz-özlərinə heç düşünmədilərmi ki, Allah göyləri, yeri və aralarındakıları bir məqsəd üçün və müəyyən bir müddət üçün yaratmışdır?! Buna rəğmən, insanların əksəriyyəti Rəbləri ilə qarşılaşmağı inkar etməkdədirlər.

Səcdə/32:14 Bugünkü görüşünüzə əhəmiyyət verməməyinizin nəticəsini dadın. Biz də sizə əhəmiyyət vermirik. Etdiklərinizin bir nəticəsi olaraq əbədi əzabı dadın.

Casiyə/45:31 İnkar edənlərə gəlincə, "Ayələrimiz sizə oxunmuş və siz də təkəbbür göstərib günahkar bir topluluq olmamışdınızmı?
Casiyə/45:32 Onlara Allahın sözünün bir gerçək, və Saatın qətiləşməsi qaçılmaz bir hadisə olduğu söyləndiyində siz, "Saatın nə olduğunu bilməyirik! Biz sadəcə müxtəlif gümanlara sahibik və bu mövzuda qəti bir bilgi əldə etmiş deyilik," deyirdiniz.
Casiyə/45:33 Etdikləri pisliklər özlərinə görünəcək və istehza etdikləri şey onları bürüyüb ovlayacaqdır.
Casiyə/45:34 Və onlara belə deyilər: "Bu günkü qarşılaşmanızı unutduğunuz üçün, Biz də bu gün sizi unuduruq. Yeriniz atəşdir və sizin bir yardımçınız da olmayacaqdır."
Casiyə/45:35 "Çünki siz Allahın ayələrini məsxərəyə qoydunuz və dünya həyatı sizi aldatdı." Nəticə olaraq, onlar oradan çıxa bilməzlər və üzrləri də dinlənməz.

Əraf/7:147 Ayələrimizi və axirət görüşməsini inkar edənlərin etdikləri boşunadır. Etdikləri əməllərinin qarşılığını almayacaqlarmı?

Rum/30:16 İnkar edib, ayələrimizi və axirət görüşməsini yalanlayanlar da əzabın içinə daxil edilərlər.

Ta ha/20:126 (Allah) deyər ki: "Çünki sənə ayələrimiz və möcüzələrimiz gəldiyində, sən onları unutdun. Bu gün də sən unudulursan!"
Ta ha/20:127 Həddi aşanları və Rəbbinin ayə və möcüzələrinə iman etməyənləri bax belə cəzalandırarıq. Axirətin cəzası əlbəttə daha çətin və daha sürəklidir.

Əraf/7:51 Onlar dinlərinə əhəmiyyət vermədilər və dünya həyatı onları aldatdı. Bu günləri ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi rədd etdikləri üçün, bu gün Biz də onları unudarıq!