بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
29:22 Onun önünə keçə bilməzsiniz, yerdə və göydə. Sizin Allahdan başqa Sahibiniz və Yardımçınız yoxdur.
29:23 Allahın ayə və möcüzələrini və Onunla qarşılaşmağı inkar edənlər, Rəhmətimdən ümid kəsənlərdir. Onlar ağrılı-acılı bir cəzaya layiqdirlər.
29:24 Xalqının qarşılığı, "Onu öldürün, yaxud yandırın," demələrindən başqa bir şey olmadı. Ancaq Allah onu atəşdən qurtardı. İman edən bir camaat üçün bunda dərslər vardır!
29:25 Dedi ki, "Sizin Allahla yanaşı bütlərə qulluq/xidmət etməyiniz, sadəcə dünya həyatında aranızdakı dostluğu qorumaq məqsədiylədir. Fəqət sonra, dirilmə günündə bir-birinizi inkar edərsiniz, bir-birinizi lənətləyərsiniz. Daxil olacağınız yer atəşdir və orada yardımçı tapa bilməzsiniz."
29:26 Bundan sonra ona Lut iman etdi və: "Mən Rəbbimə köç (hicrət) edirəm. Şübhəsiz O, Üstündür, Hikmət sahibidir," dedi.
29:27 Ona (İbrahimə) İshaq və Yəqubu bağışladıq. Soyuna peyğəmbərlik və Kitab verdik. Mükafatını bu dünyada verdik və axirətdə də müttəqilərlə birlikdə olacaqdır.
29:28 Lutu da göndərdik! Xalqına dedi ki: "Sizdən öncə heç kimsənin işləmədiyi ölçüdə bir günahı işləyirsiniz."
29:29 "Siz kişilərlə cinsi əlaqə  qurur, yolları kəsir və toplantılarınızda hər pisliyi işləyirsiniz. Xalqının bircə cavabı, "Doğrulardansansa, Allahın əzabını gətir görək," demələri oldu.
29:31 Elçilərimiz İbrahimin yanına müjdə ilə daxil oluqları zaman, "Bu şəhərin (Sodom) sakinlərini məhv etmək üzrəyik. Çünki oranın sakinləri zalım oldular," dedilər.
29:32 Dedi ki, "Amma orada Lut var." Onlar da dedilər, "Orada kimlərin olduğunu yaxşı bilirik. Onu və ailəsini qurtaracağıq, fəqət arvadı xaric; o geridə qalanlardandır."
29:33 Elçilərimiz Lutun yanına gəldiklərində elçilərimizə ediləm müamiləyə görə (Lut) narahat olmağa başladı, pis vəziyyətdə qaldı. Ona dedilər ki, "Qorxma, üzülmə. Biz səni və ailəni qurtaracağıq. Arvadın xaric; o geridə qalanlardan olmuşdur."
29:34 "Yoldan çıxdıqları üçün, biz bu şəhərin üzərinə göydən bir fəlakət endirəcəyik."
29:35 Ağlını işlədən bir camaat üçün açıq-aşkar bir dərs olaraq oradan bəzi qalıqlar (xarabalıqlar) buraxdıq.
29:36 Mədyənə də qardaşları Şueybi... "Xalqım, Allaha qulluq edin, axirət gününü axtarın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın," demişdi.
29:37 Onu yalanladılar. Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.
29:38 Eyni şəkildə, Ad və Səmudu da... Aqibətləri, sakin olduqları yerlərdən sizə bəllidir. Şeytan işlərini onlara süslü göstərərək onları yoldan azdırdı. Halbuki görüb anlayacaq qabiliyyətə sahib idilər.
29:39 Qarun, Firon və Hamanı da... Musa onlara açıq-aşkar dəlillərlə getmişdi; ancaq onlar yer üzündə təkəbbür göstərdilər. Qaçıb qurtula bilmədilər.
29:40 Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.