Səcdə - 32:4 Allah göyləri, yeri və aralarındakıları altı gündə yaradan və sonra bütün hökmranlığını qurandır. Sizin üçün Ondan ayrı bir vəli (sahib) və şəfaətçi (vasitəçi) yoxdur. Öyüddən anlamırsınız?
Şəfaət necə gerçəkləşəcək?
Yunus/10:3 Göyləri və yeri altı gündə yaradan, sonra hökmranlığını quran Rəbbiniz (sahibiniz) Allahdır. Hər işi idarə edir. İzni olmadan heç kimsə vasitəçilik (şəfaət) edə bilməz. Rəbbiniz Allah budur. Ona qulluq edin. Öyüd almırsınız?

Məryəm/19:85 Müttəqiləri, Rəhmanın hüzurunda qonaq qrupları halında (hörmətli qonaqlar kimi) toplayacağımız...
Məryəm/19:87 Rəhmanın yanında söz almış olanlardan başqası şəfaət (vasitəçilik) edə bilməz.

Ta ha/20:108 O gün, ən xırda bir sapma göstərmədən çağırana tabe olarlar. Səslər Rəhmanın hüzurunda kəsilmişdir; pıçıltıdan başqa bir şey eşidə bilməzsən.
Ta ha/20:109 O gün Rəhmanın izin verdiyi və sözünü uyğun gördüyü kimsədən başqasının şəfaəti (vasitəçiliyi) fayda verməz.

Ənbiya/21:26 "Rəhman (Özünə) bir övlad götürdü," dedilər. O Ucadır. Halbuki onlar şərəfli qullardır.
Ənbiya/21:27 Onlar Ondan öncə söz söyləməzlər; onun əmrlərini isə ciddiyyətlə yerinə yetirərlər.
Ənbiya/21:28 O (Allah) onların keçmişini və gələcəyini bilir. Onlar Onun razı olduğu qullarından başqası üçün şəfaət etməzlər. Onlar belə Onun qarşısında hörmətdən tir-tir əsirlər.

Səba/34:23 Onun qatında şəfaət fayda verməz; ancaq izin verdiyi xaric. Nəhayət, ürəklərindəki qorxuları keçib gedincə, "Rəbbiniz nə dedi?" deyərlər. "Gerçəyi söylədi" deyərlər. O Ən Ucadır, Ən Böyükdür.

Zuxruf/43:86 Onların Ondan başqa çağırdıqları şəfaət edə bilməzlər. Ancaq bilərək gerçəyə şahidlik edənlər xaric.

Nəcm/53:26 Göylərdəki mələklərin belə şəfaəti bir fayda verməz. Ancaq Allahın istədiyi kimsə üçün izin verməsindən və Onun rizasına uyğun olduqdan sonra...

Nəbə/78:38 Gün gələcək Ruh və mələklər cərgə-cərgə durarlar. Rəhmanın izin verdiklərindən başqa heç kimsə danışa bilməz. Onlar da doğrunu söyləyərlər.