بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
19:82 Tam əksi! (Ortaqları) bu qulluq/xidmət etməyi rədd edəcəklər və onlara qarşı çıxacaqlar.
19:83 İnkar edənlərin üzərlərinə şeytanları yolladığımızı görmürsünüz? Onları təhrik etməyə davam edirlər.
19:85 Müttəqiləri, Rəhmanın hüzurunda qonaq qrupları halında (hörmətli qonaqlar kimi) toplayacağımız...
19:87 Rəhmanın yanında söz almış olanlardan başqası şəfaət (vasitəçilik) edə bilməz.
19:90 Bu arsızlıqdan ötrü az qala göylər parçalanacaq, yer yarılacaq və dağlar uçacaqdır.
19:97 Bunu sənin dilinlə asanlaşdırdıq; onunla müttəqiləri müjdələyəsən və inadkar camaata xəbərdarlıq edəsən deyə.
19:98 Onlardan öncə neçə-neçə cəmiyyətləri məhv etdik: Heç (onlardan) birini hiss edirsənmi? Ya da pıçıltılarını eşidirsənmi?