Əhzab - 33:1 Ey Peyğəmbər! Allaha diqqət et, inkar edənlərə və ikiüzlülərə uyma. Allah Biləndir, Hikmət Sahibidir.
1, 2, 3, ayələrinə əsasən; Peyğəmbərləri, din adamlarını Allahla yanaşı tanrı qəbul edən, bu arzuları əsasında vəhyə əlavələr və ya dəyişikliklər etdirmək istəyən kitab əhlinin inkarçılarına qarşı elçiyə xəbərdarlıq; "Vəhyə bağlı qal."
Yunus/10:109 Sənə vəhy ediləni izlə; Allah hökm verincəyə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır.

Qasas/28:86 Sənə bu Kitabın veriləcəyini ümid etməzdin; ancaq bu Rəbbindən bir rəhmətdir. Kafirlərə arxa olma.
Qasas/28:87 Sənə nazil edildikdən sonra səni Allahın ayələrindən azdırmasınlar. Rəbbinə çağır; ortaq qoşanlardan olma.

Rad/13:37 Beləcə onu ərəbcə bir qanun olaraq nazil etdik. Sənə gələn bu bilgidən sonra onların arzusuna (istəyinə) uysan, Allaha qarşı nə bir dostun, nə də bir qoruyucun ola bilməz.

Şura/42:15 Sən buna dəvət et və sənə əmr edildiyi kimi ən doğru (şəkildə) tətbiq et. Onların arzularına uyma və de ki, "Allahın mənə nazil etdiyi kitaba iman etdim. Sizin aranızda ədalətlə davranmaqla əmr olundum. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim işlədiklərimiz bizə, sizin işlədikləriniz isə sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Bizi Allah bir araya gətirəcəkdir. Axırda dönüş Onadır.

Zumər/39:64 De ki, "Allahdan başqasınamı qulluq etməyə məni təşviq edirsiniz, ey cahillər?"

Ənam/6:56 De: "Allahdan başqa çağırdıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim." De: "Sizin nəfsinizin istəklərinə uymayacağam. Əks halda (haqq yoldan) azar və doğru yolu tapa bilmərəm."

Bəqərə/2:120 Dinlərinə daxil olmadıqca nə Yəhudilər, nə də Xristianlar səndən razı olmazlar. De ki: "Doğru yol Allahın yoludur." Sənə gələn bilgidən sonra onların arzularına uymuş olsan, Allaha qarşı səni müdafiə edə biləcək nə bir dost, nə də bir dəstəkləyici tapa bilməzsən.

Maidə/5:48 Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.
Maidə/5:49 Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.

Yunus/10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."

Tovbə/9:30 Yəhudilər: "Üzeyir Allahın oğludur," dedilər. Xristianlar da: "Məsih Allahın oğludur," dedilər. Bu, ağızlarından çıxan sözləridir. Öncədən inkar etmiş olanların sözlərini təqlid edirlər.  Allah onları məhkum edər. Necə də çevrilirlər?

İsra/17:73 Başqa bir şeyi uydurub bizə isnad etməyin üçün az qala səni, sənə vəhy etdiyimizdən ayırıb azdıracaqdılar. Bax o zaman səni dost qəbul edəcəkdilər.
İsra/17:74 Səni sağlamlaşdırmasaydıq, az qala onlara bir az meyl edəcəkdin.
İsra/17:75 O zaman da həyatın və ölümün əzabını qatbaqat sənə daddırardıq. Sonra Bizə qarşı bir yardımçı da tapa bilməzdin.
İsra/17:86 İstəsək, sənə vəhy etdiyimizi geri alarıq və bizə qarşı heç bir qoruyucu da tapa bilməzsən.

Kəhf/18:27 Rəbbinin Kitabından sənə vəhy ediləni oxu. Kəlmələrini heç bir şey dəyişdirib qaldıra bilməz və Ondan başqa bir sığınacaq da tapa bilməzsən.

Casiyə/45:18 Sonra sənə də din mövzusunda bir qanun verdik; sən ona tabe olmalısan. Bilməyənlərin istəyinə uyma.

Zuxruf/43:57 Məryəm oğlu bir örnək olaraq göstərilincə sənin xalqın dərhal rədd etdilər.
Zuxruf/43:58 "Bizim tanrılarımızmı daha yaxşıdır, yoxsa o?" dedilər. Sadəcə səninlə mübahisə etmək üçün bunu söylədilər. Onlar gerçəkdə, davakar bir camaatdır.

Ali İmran/3:59 Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.
Ali İmran/3:60 Bu, Rəbbindən gələn gerçəkdir; şübhə edənlərdən olma.
Ali İmran/3:61 Sənə gələn bu bilgidən sonra hər kim bu mövzuda səninlə mübahisə edərsə, de ki: “Gəlin övladlarımızı, övladlarınızı, qadınlarımızı, qadınlarınızı çağıraraq biz və siz (hamılıqla) bir araya gələk və sonra Allahın lənətinin yalançıların üzərinə olması üçün lənətləşək."
Ali İmran/3:62 Məhz, deyilənlərin gerçəyi budur. Allahdan başqa heç bir tanrı yoxdur və əlbəttə Allah Güclüdür, Hikmət Sahibidir.

Tovbə/9:31 Din bilənlərini, din adamlarını və Məryəm oğlu Məsihi Allahdan ayrı rəblər qəbul etdilər. Halbuki, yalnız tək Tanrıya qulluq etməklə əmr olunmuşdular. Ondan başqa Tanrı yoxdur. O, tay tutduqları kimsələrdən də çox Ucadır.

Qaləm/68:9 Özlərinin güzəştə gedib uzlaşa bilməsi üçün, sənin də güzəştə gedib uzlaşmağını istədilər.

Haqqə/69:44 O Bizə bəzi sözlər isnad edərsə,

Rum/30:60 Elə isə  səbr et. Allahın sözü gerçəkdir. Qəti inanca sahib olmayanlar səni etinasızlığa sürükləməsin.