Əhzab - 33:9
Ey iman edənlər, sizə ordular hücum etdiyi zaman, üzərlərinə bir külək və görmədiyiniz orduları göndərən Allahın sizə etdiyi yaxşılığı xatırlayın. Allah etdiyiniz hər şeyi Görəndir.
Allah savaşa müdafiə məqsədi ilə icazə verir:
Mumtəhənə/60:8
Allah, din uğrunda sizinlə savaşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətli davranmanızı qadağan etməz. Allah ədalətli davrananları sevər.
Mumtəhənə/60:9
Ancaq Allah, sadəcə, sizinlə din uğrunda savaşan, sizi yurdunuzdan çıxardan və çıxarılmanıza yardım edən kimsələrlə dost olmanızı qadağan edər. Onları dost seçənlər zalımlardır.
Nisa/4:89
Sizin də özləri kimi inkar etmənizi istədilər ki, onlarla eyni olasınız. Allah yolunda hərəkətə keçincəyə qədər onlardan kimsəni dost tutmayın. Sizə qarşı olarlarsa onları tutun, onları tapdığınız yerdə öldürün. Onları nə dost, nə də yardımçı tutmayın;
Nisa/4:90
Ancaq sizinlə aralarında müqavilə olan bir topluluğa qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə savaşmaqdan ötrü köksləri sıxıldığına görə sizin yanınıza gələnlər istisnadır... Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə savaşardı. Sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif edərlərsə, Allah sizin onlara hücum etməyinizə izin verməz.
Tovbə/9:12
Müqavilə bağladıqdan sonra andlarını pozar və dininizə hücum edərlərsə, o inkarçılığın öndərləriylə savaşın; çünki onların andı artıq keçərsizdir. Bəlkə əl çəkərlər.
Tovbə/9:36
Göyləri və yeri yaratdığı gün Allahın kitabında ayların sayı, Allaha görə on ikidir. Bunlardan dördü isə müqəddəsdir. Bax qüsursuz din budur; o aylarda (savaşaraq) özünüzə zülm etməyin. Amma bütpərəstlər sizinlə cəm halda savaşarlarsa, siz də onlarla cəm halda savaşın. Biləsiniz ki, Allah müttəqi davrananların yanındadır.
Tovbə/9:123
Ey iman edənlər, sizi mühasirəyə alıb, hücum edən kafirlərlə savaşın. Sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir.
Ənfal/8:39
Təzyiq və zülmü ortadan qaldırıncaya və dini sadəcə Allaha aid edincəyədək onlarla savaşın! Düşmənçiliyə son qoyarlarsa, əlbəttə Allah etdiklərinizi Görür.
Hucurat/49:9
İman edənlərdən iki qrup bir-birləri ilə savaşarlarsa, onların arasını barışdırın. Onlardan biri o birinə hücum edərsə, Allahın əmrinə dönüncəyə qədər hücum edən qrupla savaşın. Dönərsə, onların arasını tərəf tutmadan düzəldin və ədalətli davranın. Allah ədalətli davrananları sevər.
Həcc/22:39
Zülm edilərək savaşa məruz qalanlara izin verilmişdir. Allah onları dəstəkləməyə əlbəttə qadirdir.
Həcc/22:40
Onlar (o kəslər) ki, yalnızca, "Rəbbimiz Allahdır" dedikləri üçün haqsız yerə ölkələrindən çıxarıldılar. Allah insanların bəzisini, bəzisinə qarşı müdafiə etməsəydi, içərilərində Allahın isminin daha çox xatırlandığı monastır, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, əlbəttə yardım edəcəkdir. Allah əlbəttə Güclüdür, Üstündür.
Bəqərə/2:246
Bu hadisə diqqətini çəkmədimi? İsrail oğullarının əyanları, Musadan sonra peyğəmbərlərindən birinə, “Bizə bir kral təyin et ki, Allah yolunda savaşaq," demişdilər. “Savaşmaq lazım olan yerdə savaşmasanız necə?!" demişdi. Onlar: “Yurdumuzdan və övladlarımızdan uzaqlaşdırılmış vəziyyətdə ikən nə üçün Allah yolunda savaşmayaq?" - deyə qarşılıq vermişdilər. Fəqət onlara savaş vacib edilincə çox azı xaric üz çevirdilər. Allah zalımları Bilir.
Şura/42:42
Ancaq, insanlara zülm edənlərə və yer üzündə haqsız yerə hücum edənlərə qarşı müqvimət göstərmək lazımdır. Onlara ağrılı-acılı bir əzab vardır.
Nisa/4:75
Sizə nə oldu ki, “Rəbbimiz! Bizi əhalisi zalım olan bu ölkədən qurtar, bizə sahib çıx, bizə yardım et!”– deyə fəryad edən əzilmiş kişilər, qadınlar və uşaqlara rəğmən hələ də Allah yolunda savaşmırsınız?
Bəqərə/2:190
Sizinlə savaşanlarla Allah yolunda savaşın. Təcavüzkar olmayın. Allah təcavüzkarları sevməz.
Tovbə/9:29
Özlərinə kitab verilənlər arasından, Allaha və Axirət gününə iman etməyən, Allahın və Elçisinin qadağan etdiyini qadağan etməyən və gerçək dinə tabe olmayan kimsələrlə boyunlarını əyib əlləriylə vergi verincəyə qədər savaşın.