Səba - 34:36
De ki, "Mənim Rəbbim, istədiyinə ruzini bol verər və ya azaldar. Fəqət insanların çoxu bilməz."
Rəbbim nemətləri istədiyinə bol verər və ya azaldar:
Fəcr/89:15
Rəbbi, sınamaq üçün insana bolluca verib sevindirdiyi zaman, "Rəbbim mənə comərd (səxavətli) davrandı," deyər.
Fəcr/89:16
Ancaq nə zaman ki, ruzisini azaldaraq onu sınayarsa, "Rəbbim məni alçaltdı," deyər
Bəqərə/2:126
İbrahim: “Rəbbim, buranı təhlükəsiz yer et, Allaha və Axirət gününə iman edən insanlara məhsullarla ruzi ver," deyincə, "İnkar edənə də ruzi verəcəyəm. Ona qısa bir müddət dolanışıq verər, sonra onu atəş cəzasına məhkum edərəm. Ora, necə də pis bir gediş yeridir!" - dedi.
Ali İmran/3:37
Rəbbi, nəzirini gözəl bir şəkildə qəbul etdi və onu Zəkəriyyanın himayəsində gözəl bir çiçək kimi yetişdirdi. Zəkəriyya, məbəddə onun yanına hər daxil olduqda yanında yeyiləcək şeylər görərdi. (Zəkəriyya:) “Məryəm, bunlar sənə haradan gəlir?” deyə soruşduğunda, (Məryəm:) “Bu, Allah qatındandır. Allah istədiyi kimsəyə hesabsız ruzi verər”, deyərdi.
İsra/17:20
Hamısına, onlara da, bunlara da Rəbbinin nemətlərindən verərik. Rəbbinin nemətləri məhdudlaşdırılmamışdır.
Kəhf/18:39
"Bağına girdiyin zaman, 'Bu Allahın Bəxşişidir (MaşaAllah), Qüvvət ancaq Allah ilədir (La quvvətə illa billah)' deməli deyildinmi? Səndən daha az paraya (pula) və övlada sahib olduğumu görə bilərsən, amma"
Kəhf/18:40
"Rəbbim, bəlkə sənin bağçandan daha yaxşısını mənə verər və ola bilər ki, bağçana göydən bir fəlakət göndərər ki, qupquru bir torpağa dönüşər."
Kəhf/18:41
"Yaxud suyu dibinə çökər və bir daha su tapa bilməzsən."
Kəhf/18:42
Dediyi vaxt, məhsulu məhv edildi. Çardaqları üzərinə yığılmış olan bağına verdiyi əməkdən ötrü matəm tutmağa və: "Kaş ki, Rəbbimə ortaq qoşmasaydım," deməyə başladı.
Qasas/28:79
Bir vaxtlar, bütün görkəmi ilə xalqının arasına çıxmışdı. Dünya həyatını seçənlər, "Kaş ki, Qaruna verilənlərin bir bənzəri bizə də verilsəydi. Gerçəkdən, o çox şanslı biridir," dedilər.
Qasas/28:80
Özlərinə bilgi verilmiş olanlar, "Təəssüflər olsun sizə, iman edən və müttəqi davranan üçün Allahın mükafatı daha yaxşıdı," dedilər. Buna ancaq səbr edənlər qovuşdurular.
Qasas/28:81
Onu evi ilə birlikdə yerin dibinə batırdıq. Allahdan başqa ona yardım edə biləcək bir dəstəsi yoxdu; qazananlardan olmadı.
Qasas/28:82
Bir öncəki gün onun vəziyyətində olmaq istəyənlər, "Demək ki, Allah qullarından istədiyinə ruzini bol verər, istədiyinə də azaldar. Allah bizə lütf etməsəydi, bizi də batırardı. Demək kafirlər uğur qazana bilməzlər," deməyə başladılar.
Şura/42:49
Göylərin və yerin hakimiyyəti Allahındır. İstədiyini yaradır. İstədiyinə dişilər, istədiyinə də erkəklər verir.
Şura/42:50
Yaxud həm erkək, həm dişi olaraq cüt verir. İstədiyini də sonsuz edər. O, Biləndir, hər şeyə Gücü Yetəndir.