Fatir - 35:10 Şərəf-şan arzulayanlar, bilsin ki, bütün şərəf-şan Allaha aiddir. Gözəl söz Ona çıxar, yaxşı iş də onu yüksəldir. Pislik planlayanlar üçün çətin (şiddətli) bir əzab vardır və onların planı müvəffəqiyyətsizliklə nəticələnəcəkdir.
Allah söz vermişdir, inkar edənlər məğlub olacaq:
Ali İmran/3:12 İnkar edənlərə bunu söylə: “Məğlub ediləcək və cəhənnəmə sürüklənəcəksiniz." Necə də pis bir məskəndir.

Saffat/37:171 Elçiliklə görəvli qullarımız üçün söz verilmişdir.

Mucadilə/58:19 Şeytan onlara sahiblənmiş və onlara Allahın mesajını unutdurmuşdur. Onlar şeytanın partiyasıdır (firqəsidir). Şeytanın partiyası (firqəsi) şübhəsiz ziyana uğrayacaqdır.
Mucadilə/58:21 Allah, "Mən və Mənim elçilərim qazanacaqlar," deyə yazmışdır. Allah Güclüdür, Üstündür.
Mucadilə/58:22 Allaha, elçisinə və Axirət gününə iman etmiş bir topluluq görə bilməzsən ki, Allaha və elçisinə qarşı gələnləri dost seçsin. Hətta onlar, özlərinin anaları, ataları, uşaqları, oğulları, qardaşları və əqrəbaları olsa belə... Qəlblərinə inancı yazmış və qatından bir vəhylə dəstəkləmişdir. Onları içlərindən çaylar axan, əbədi qalacaqları cənnətlərə daxil edər. Allah onlardan razı olmuşdur, onlar da Ondan razı olmuşlardır. Onlar Allahın partiyasıdır (firqəsidir). Heç şübhəsiz, Allahın partiyası (firqəsi) qazanacaqdır.

Ali İmran/3:176 İnkar etməkdə yarışanlar səni üzməsin. Onlar Allaha heç bir zərər verə bilməz. Allah axirətdə onlara bir pay verməmək istəyir. Onlar üçün böyük bir əzab var.
Ali İmran/3:196 İnkarçıların ölkələrdəki hökmranlığı səni aldatmasın.
Ali İmran/3:197 Bu, qısa müddətli bir faydalanmadır, sonra cəhənnəmi boylayacaqlar, nə pis bir məskəndir!

Ənfal/8:36 İnkar edənlər, insanları Allah yolundan çəkindirmək üçün paralarını (pullarını) xərcləyərlər və daha da xərcləməyə davam edəcəklər. Fəqət bu, sonradan onlar üçün bir üzüntü qaynağı olacaq və ardından yeniləcəklər. İnkar edənlər cəhənnəmə sürüklənəcəklər.

Nur/24:57 İnkar edənlərin Bizi aciz buraxacaqlarını sanmayın. Onların gedəcəyi yer atəşdir; necə də pis bir gediş yeridir.