Saffat - 37:94 Dərhal ona doğru qaçdılar.
83, 84, ... 99 ayələri əsasında; İbrahim peyğəmbərin bütpərəst xalqı ilə mücadiləsi:
Ənam/6:74 İbrahim, atası Azərə belə demişdi: "Heykəlləri tanrı qəbul edirsən? Səni və xalqını bütünlüklə açıq-aşkar bir azğınlıq içində görürəm."
Ənam/6:75 Qəti bir inanca sahib olması  üçün, İbrahimə göylərin və yerin səltənətini beləcə göstərdik:
Ənam/6:76 Gecənin qaranlığı onu bürüdükdə o, bir planet gördü, "Bu mənim Rəbbimdir!" dedi. Batınca, "Mən batanları sevmirəm," dedi.
Ənam/6:77 Ayı doğarkən görüncə, "Budur mənim Rəbbim!" dedi. Batınca da, "Rəbbim mənə doğru yolu göstərməzsə, azanlardan olaram," dedi.
Ənam/6:78 Günəşi doğarkən görüncə, "Budur mənim Rəbbim. Bu daha böyükdür!" dedi. O da batınca: "Ey xalqım, mən sizin ortaq qoşduğunuz şeylərdən uzağam," dedi.
Ənam/6:79 Mən üzümü tamamilə, göyləri və yeri yaradana çevirdim və mən ortaq qoşanlardan deyiləm.
Ənam/6:80 Xalqı onunla mübahisə etdi. "Məni doğruya yönəltdiyi halda, mənimlə hələ də Allah haqqında mübahisəmi edirsiniz? Rəbbim bir şey diləmədikcə sizin ortaq qoşduqlarınızdan qorxmuram... Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Öyüd almırsınız?"
Ənam/6:81 "Allahın, özləri haqqında sizə heç bir dəlil vermədiklərini, Ona ortaq qoşmaqdan qorxmadığınız halda mən necə ola bilər ki, sizin ortaq qoşduqlarınızdan qorxa bilərəm? Hansı tərəf təhlükəsizliyə daha çox layiqdir? Bir bilsəniz!"
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Ənam/6:83 Bunlar, xalqına qarşı istifadə etməsi üçün İbrahimə verdiyimiz mübahisə üsuludur. İstədiyimizi dərəcələrlə yüksəldərik. Rəbbin Hikmət sahibidir, Biləndir.
Ənam/6:84 Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.

Məryəm/19:41 Kitabda İbrahimi xatırla; peyğəmbər olan bir doğruçu idi.
Məryəm/19:42 Atasına, "Atacan, eşitməyən, görməyən və sənə bir faydası olmayan şeylərə niyə qulluq/xidmət edirsən?" demişdi.
Məryəm/19:43 "Atacan, mənə, sənə gəlməyən bir bilgi gəldi. Məni izlə ki, səni düzgün yola yetişdirim."
Məryəm/19:44 "Atacan, şeytana qulluq/xidmət etmə. Şeytan, Rəhmana qarşı çıxmışdır."
Məryəm/19:45 "Atacan, Rəhman tərəfindən bir cəzaya məruz qalmağından və şeytana dost olmağından qorxuram."
Məryəm/19:46 (Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Məryəm/19:47 (İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."
Məryəm/19:48 "Sizdən və Allahdan başqa yalvardıqlarınızdan ayrılıram. Mən Rəbbimə yalvarıram. Ümid edirəm ki, Rəbbimə yalvarmaqla bəxtsiz (bədbəxt) olmaram."
Məryəm/19:49 Onları və Allahdan başqa qulluq/xidmət etdiklərini tərk edincə ona (İbrahimə) İshaqı və Yəqubu verdik. Hamısını peyğəmbər etdik.
Məryəm/19:50 Onlara rəhmətimizdən verdik. Onlara doğru və şərəfli bir dil bağışladıq.

Ənbiya/21:51 Biz daha öncə də İbrahimə anlama və qavrama bacarığını bağışlamışdıq. Biz onu çox yaxşı bilirdik.
Ənbiya/21:52 Atasına və xalqına, "Özünüzü həsr etdiyiniz bu heykəllər də nə olan şeydir?" dedi.
Ənbiya/21:53 "Atalarımızı onlara qulluq/xidmət edərkən  gördük," dedilər.
Ənbiya/21:54 "Doğrusu, siz və atalarınız açıq-aşkar bir azğınlıq içinə düşmüşsünüz," deyincə,
Ənbiya/21:55 "Bizə gerçəyimi gətirdin, yoxsa oyunmu oynayırsan?" dedilər.
Ənbiya/21:56 Dedi ki, "Əslində sizin Rəbbiniz göylərin və yerin Rəbbidir; onları ayıraraq yaratmışdır. Mən buna şahidlik edənlərdənəm."
Ənbiya/21:57 "Allaha and içirəm ki, siz gedən kimi, ardınızdan heykəllərinizə qarşı bir plan quracağam."
Ənbiya/21:58 Hamısını parça-parça etdi; ancaq bəlkə ona müraciət edərlər deyə ən böyüklərinə toxunmadı.
Ənbiya/21:59 "Hər kim tanrılarımıza bunu etdisə, gerçək bir zalımdır!" dedilər.
Ənbiya/21:60 "Onları dilinə dolayan bir cavan oğlan (olduğunu) eşitdik, ona İbrahim deyilirmiş" dedilər.
Ənbiya/21:61 "Onu camaatın hüzuruna çıxarın ki, şahid olsunlar," dedilər.
Ənbiya/21:62 "İbrahim, tanrılarımıza bunu sənmi etdin?" dedilər.
Ənbiya/21:63 "Xeyr, o işi bax bu böyükləri etdi. Onlardan soruşun, əgər danışa bilirlərsə!" dedi.
Ənbiya/21:64 Öz vicdanlarına dönüb, öz-özlərinə bunu söylədilər: "Gerçəkdən siz zalımlarsınız."
Ənbiya/21:65 Sonra təkrar köhnə fikirlərinə döndülər (və dedilər): "Bunların danışmadığını sən çox yaxşı bilirsən!"
Ənbiya/21:66 "Allahın yanında sizə heç bir faydası və zərəri toxunmayan şeylərəmi qulluq/xidmət edirsiniz?" dedi.
Ənbiya/21:67 "Vay olsun Sizə və Allahla yanaşı qulluq/xidmət etdiklərinizə. Ağlınızı istifadə etmirsiniz?"
Ənbiya/21:68 "Bir şey edəcəksinizsə onu yandırın ki, tanrılarınızı dəstəkləmiş olun," dedilər.
Ənbiya/21:69 "Ey atəş, İbrahimə qarşı sərin və güvənilir (təhlükəsiz) ol!" dedik.
Ənbiya/21:70 Beləcə onun üçün bir plan tətbiq etmək istədilər və Biz də onları müvəffəqiyyətsizliyə məhkum etdik.
Ənbiya/21:71 Onu və Lutu, bütün insanlar üçün mübarək etdiyimiz torpaqlara yetişdirib qurtardıq.
Ənbiya/21:72 Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.
Ənbiya/21:73 Biz onları, əmrimizə görə yol göstərən öndərlər etdik. Onlara yaxşı işlərin necə ediləcəyini, namazın necə qorunacağını və zəkatın necə veriləcəyini vəhy etdik. Onlar Bizə qulluq edənlərdir.

Şuəra/26:70 Atasına və xalqına, "Nəyə qulluq/xidmət edirsiniz?" demişdi.
Şuəra/26:71 "Heykəllərə qulluq/xidmət edirik; Biz özümüzü onlara həsr etmişik," dedilər.
Şuəra/26:72 "Onları çağırdığınız zaman sizi eşidirlərmi?" dedi,
Şuəra/26:74 "Xeyr; ancaq biz atalarımızın belə etdiklərini gördük," dedilər.
Şuəra/26:75 (İbrahim) dedi: "Yaxşı, qulluq/xidmət etdiklərinizi gördünüzmü,"
Şuəra/26:77 "Onlar mənim düşmənimdir; yalnız Aləmlərin Rəbbindən başqa;" 
Şuəra/26:82 "Haqq-hesab günündə, qüsurlarımı bağışlayacağını ümid etdiyim də Odur."
Şuəra/26:83 "Rəbbim, mənə hikmət ver və məni yaxşıların arasına qat."
Şuəra/26:84 "Məni, sonrakı nəsillər üçün yaxşı bir örnək et."
Şuəra/26:85 "Məni, Nemətlər Cənnətinə varis olanlardan et!"
Şuəra/26:86 "Atamı bağışla, çünki o, azmışdır."

Ənkəbut/29:16 İbrahimi də... Xalqına demişdi ki, "Allaha qulluq edin və Onu hörmətlə dinləyin. Bilirsinizsə, bu sizin üçün daha yaxşıdır."
Ənkəbut/29:17 "Yalan uydurub Allahdan başqa bütlərə qulluq/xidmət edirsiniz. Allahdan başqa xidmət etdikləriniz sizə heç bir ruzi verə bilməz. Elə isə ruzinizi sadəcə Allahın yanında axtarın, Ona qulluq edin və Ona şükür edin; dönüşünüz Onadır."
Ənkəbut/29:18 Yalanlayarsanız, sizdən öncəki camaatlar da yalanlamışdılar. Elçinin görəvi ancaq açıq şəkildə bildirməkdir.
Ənkəbut/29:19 Allahın yaradılışı necə başladıb, necə təkrarladığını görmədilərmi? Bu, əlbəttə Allah üçün asandır.
Ənkəbut/29:20 De ki, "Yer üzünü dolaşın və yaradılışın necə başladığını görün." Sonra, yenə Allah (axirətdəki) son yaradılışı başladacaqdır. Allahın hər şeyə gücü yetər.
Ənkəbut/29:21 İstədiyini cəzalandırır və istədiyinə acıyır; Ona çevriləcəksiniz.
Ənkəbut/29:22 Onun önünə keçə bilməzsiniz, yerdə və göydə. Sizin Allahdan başqa Sahibiniz və Yardımçınız yoxdur.
Ənkəbut/29:23 Allahın ayə və möcüzələrini və Onunla qarşılaşmağı inkar edənlər, Rəhmətimdən ümid kəsənlərdir. Onlar ağrılı-acılı bir cəzaya layiqdirlər.
Ənkəbut/29:24 Xalqının qarşılığı, "Onu öldürün, yaxud yandırın," demələrindən başqa bir şey olmadı. Ancaq Allah onu atəşdən qurtardı. İman edən bir camaat üçün bunda dərslər vardır!
Ənkəbut/29:25 Dedi ki, "Sizin Allahla yanaşı bütlərə qulluq/xidmət etməyiniz, sadəcə dünya həyatında aranızdakı dostluğu qorumaq məqsədiylədir. Fəqət sonra, dirilmə günündə bir-birinizi inkar edərsiniz, bir-birinizi lənətləyərsiniz. Daxil olacağınız yer atəşdir və orada yardımçı tapa bilməzsiniz."
Ənkəbut/29:26 Bundan sonra ona Lut iman etdi və: "Mən Rəbbimə köç (hicrət) edirəm. Şübhəsiz O, Üstündür, Hikmət sahibidir," dedi.
Ənkəbut/29:27 Ona (İbrahimə) İshaq və Yəqubu bağışladıq. Soyuna peyğəmbərlik və Kitab verdik. Mükafatını bu dünyada verdik və axirətdə də müttəqilərlə birlikdə olacaqdır.

Saffat/37:85 Atasına və xalqına, "Nəyə qulluq/xidmət edirsiniz?" demişdi.
Saffat/37:86 "Allahdan başqa, uydurma tanrılarmı istəyirsiniz?"
Saffat/37:91 Sonra, tanrılarına yönəldi və "Yeyə bilmirsiniz?" dedi.
Saffat/37:95 Dedi ki, "Yonub düzəltdiyiniz şeylərəmi qulluq/xidmət edirsiniz?"
Saffat/37:96 "Allah, sizi də və düzəltdiyiniz şeyləri də yaradandır."
Saffat/37:97 Dedilər ki, "Onun üçün bir yapı qurun və onu atəşə atın."
Saffat/37:98 Onun üçün bir plan düşündülər, fəqət Biz onları alçaltdıq (məğlub etdik).
Saffat/37:99 Dedi ki, "Mən Rəbbimə gedirəm; O mənə yol göstərər."
Saffat/37:101 Biz də ona (İbrahimə) həlim xasiyyətli bir oğlan uşağı bağışladıq.
Saffat/37:102 Onunla birlikdə çalışma çağına yetişincə, "Oğlum, röyamda səni boğazlamalı olduğumu görürəm. Nə düşünürsən?" dedi. "Atacan, sənə əmr ediləni yerinə yetir. Allah istəyərsə, məni səbrli görəcəksən," dedi.
Saffat/37:103 Beləcə ikisi də təslim oldu və onu alnı üzərinə yıxdı.
Saffat/37:105 "Sən röyanı yerinə yetirdin." Yaxşıları belə mükafatlandırırıq.
Saffat/37:112 Ona (İbrahimə) İshaqı müjdələdik, müttəqilərdən bir peyğəmbər olaraq.
Saffat/37:113 Ona da, İshaqa da lütf etdik. Şübhəsiz, ikisinin soyundan həm yaxşı davrananlar, həm də özünə zülm edənlər var.

Zuxruf/43:26 İbrahim, atasına və xalqına demişdi ki, "Sizin qulluq/xidmət etdiklərinizdən uzağam."
Zuxruf/43:27 "Məni Yaradan mənə doğru yolu göstərəcəkdir."