Zumər - 39:43 Allahdan başqa şəfaətçilərmi qəbul etdilər? De ki, "Onlar heç bir şeyə sahib deyillərsə və düşünə bilmirlərsə də, eləmi?"
Dirilmə günü yardımlarını/şəfaət ümid edərək yerdən İsa, Üzeyir peyğəmbərləri, din xadimlərini və göylərdən mələkləri tanrı qəbul edib, Allahla yanaşı qulluq/xidmət edən Məkkəli müşriklər:
Tovbə/9:30 Yəhudilər: "Üzeyir Allahın oğludur," dedilər. Xristianlar da: "Məsih Allahın oğludur," dedilər. Bu, ağızlarından çıxan sözləridir. Öncədən inkar etmiş olanların sözlərini təqlid edirlər.  Allah onları məhkum edər. Necə də çevrilirlər?

Maidə/5:116 Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."

Nəcm/53:23 Onlar, sizin və atalarınızın qoyduğu isimlərdən başqa bir şey deyildir və Allah onlar üçün heç bir dəlil nazil etməmişdir. Onlara, Rəblərindən bir yolgöstərici gəldiyi halda, sadəcə zehinlərindəki yanlış düşüncələrinin və şəxsi arzularının ardınca gedirlər.
Nəcm/53:26 Göylərdəki mələklərin belə şəfaəti bir fayda verməz. Ancaq Allahın istədiyi kimsə üçün izin verməsindən və Onun rizasına uyğun olduqdan sonra...

Ali İmran/3:80 Və sizə, mələkləri və peyğəmbərləri rəblər qəbul etməyinizi də əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə heç inkar etməyi əmr edərmi?

Yunus/10:66 Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.
Yunus/10:68 "Allah Özünə övlad götürmüşdü!" dedilər. O, bundan çox Ucadır! O, heç bir şeyə ehtiyacı olmayandır. Göylərdə və yerdə nə varsa Onundur. Sizin bu mövzuda heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeyimi söyləyirsiniz?

Nəhl/16:51 Allah, "İki tanrı qəbul etməyin, Ondan başqa Tanrı yoxdur. Sadəcə Məndən çəkinin!" demişdir.
Nəhl/16:52 Göylərdə və yerdə nə varsa, Onundur. Din də daima sadəcə Onundur. Allahdan başqasınamı hörmət edirsiniz?

Bəqərə/2:116 “Allah Özünə övlad götürmüşdür!” - dedilər. Qətiyyən (elə deyil), O Ucadır. Göylərdə və yerdə olanların hamısı Onundur, hamısı Ona boyun əyməkdədir.

Nisa/4:171 Kitablılar! Dininizdə həddi aşmayın. Allah haqqında yalnız gerçəyi söyləyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə göndərdiyi kəlməsi və Ondan gələn bir candır. Allaha və elçilərinə iman edin. “Üçdür,” deməyin. Öz xeyriniz üçün buna son verin. Tək tanrı yalnız Allahdır! O, övlad sahibi olmaqdan ucadır. Göylərdə və yerdə nə varsa, Onundur. Vəkil olaraq Allah yetər.
Nisa/4:172 Nə Məsih, nə də yaxın mələklər Allahın qulu olmağı kiçiklik saymaz. Kim Ona qulluğu kiçik görər, sonra da özünü böyük tutarsa, bilsin ki, O, onların hamısını hüzuruna toplayacaqdır.

Səba/34:40 Hamısını topladığı gün mələklərə, "Bunlarmı sizə qulluq/xidmət edirdi?" deyər.

Nisa/4:117 Ondan ayrı olaraq tanrıçalara (ilahələrə) qulluq / xidmət edərlər. Əslində inadçı şeytandan başqasına qulluq / xidmət etmirlər.

Məryəm/19:92 Övlad götürmək Rəhmana yaraşmaz.
Məryəm/19:93 Göylərdə və yerdə kim varsa, Rəhmana qul olaraq gələcəkdir.

Ənbiya/21:26 "Rəhman (Özünə) bir övlad götürdü," dedilər. O Ucadır. Halbuki onlar şərəfli qullardır.
Ənbiya/21:27 Onlar Ondan öncə söz söyləməzlər; onun əmrlərini isə ciddiyyətlə yerinə yetirərlər.