Zumər - 39:8 İnsana bir pislik toxunanda Rəbbinə yönələrək Onu çağırar. Ona Özündən bir yaxşılıq etdiyində, daha öncə kimə yalvardığını unudar və Onun yolundan azdırmaq üçün Allaha ortaqlar qoşmağa başlayar. De ki, "İnkarınla bir az yaşa, sən atəş əhlindənsən."
Allahın yolu:
Məryəm/19:36 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."

Bəqərə/2:120 Dinlərinə daxil olmadıqca nə Yəhudilər, nə də Xristianlar səndən razı olmazlar. De ki: "Doğru yol Allahın yoludur." Sənə gələn bilgidən sonra onların arzularına uymuş olsan, Allaha qarşı səni müdafiə edə biləcək nə bir dost, nə də bir dəstəkləyici tapa bilməzsən.

Ali İmran/3:51 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."

Zuxruf/43:61 O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Zuxruf/43:64 "Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."

Bəqərə/2:120 Dinlərinə daxil olmadıqca nə Yəhudilər, nə də Xristianlar səndən razı olmazlar. De ki: "Doğru yol Allahın yoludur." Sənə gələn bilgidən sonra onların arzularına uymuş olsan, Allaha qarşı səni müdafiə edə biləcək nə bir dost, nə də bir dəstəkləyici tapa bilməzsən.

Ya sin/36:60 Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.