Ali İmran - 3:117
Bu dünya həyatındakı xərcləmələri, öz-özlərinə zülm edən bir topluluğun əkinini vurub məhv edən dondurucu bir külək kimidir. Allah onlara zülm etmədi; fəqət onlar öz-özlərinə zülm edirdilər.
Dünya həyatındakı xərcləmələri (səyləri, əməlləri) boşa çıxanlar:
Zumər/39:65
Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.
İbrahim/14:18
Rəblərini inkar edənlərin etdikləri işlər, fırtınalı bir gündə küləyin sovurduğu kül kimidir. Qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Bax gerçək itki (zərər) budur.
Muhəmməd/47:1
İnkar edib və Allah yolundan yayındıranlar, onların işlərini boşa çıxarmışdır.
Muhəmməd/47:8
İnkar edənlər isə məhv olmağa layiqdirlər; onların işlərini boşa çıxarmışdır.
Bəqərə/2:217
Səndən müqəddəs (haram) ayda savaşmaq barəsində soruşurlar. De ki: “Bu ayda savaşmaq böyük bir günahdır. Fəqət Allahın yolundan çevirmək, Ona (Allaha) və Müqəddəs Məscidə nankorluq etmək və insanları oradan çıxarmaq Allah yanında daha böyük bir günahdır. Çünki təzyiq və zülm, öldürməkdən daha böyük bir suçdur”. İmkanları olsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşarlar. Sizdən kim dinindən dönərsə və inkarçı olaraq ölərsə, bütün etdikləri dünyada və axirətdə boşa çıxar. Onlar atəş xalqıdır və orada sürəkli qalacaqlar.
Ali İmran/3:21
Allahın ayələrini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə və insanlar arasında ədaləti müdafiə edənləri öldürənlərə ağrılı-acılı bir əzabı müjdələ.
Ali İmran/3:22
Onlar, dünya və axirətdə etdikləri boşa çıxanlardır. Onlara yardım edən də olmayacaq.
Tovbə/9:17
Bütpərəstlər, öz inkar etmələrinə özləri şahid olduqları halda, Allahın məscidlərini tez-tez ziyarət etməməlidir. İşləri boşa çıxmışdır. Onlar atəşdə əbədidirlər.
Tovbə/9:69
Eyni sizdən öncəkilərə bənzəyirsiniz; sizdən daha güclü idilər, sizdən daha çox mal və övladlara sahib idilər. Onlara düşən paydan xoşlandılar. Sizdən öncəkilərin öz paylarından xoşlanmaları kimi siz də öz payınızdan xoşlandınız. Özlərini mübtəla edənlər kimi siz də özünüzü mübtəla etdiniz. Onlar, işləri dünya və axirətdə boşa çıxmış kimsələrdir. Onlar itirənlərdir.
Kəhf/18:103
De ki, "İş görənlərin ən pisinin kim olduğunu sizə bildirimmi?"
Kəhf/18:104
"Onlar, yaxşı iş gördüklərini zənn etdikləri halda, dünyadakı səyləri boşa çıxanlardır."
Kəhf/18:105
Onlar, Rəblərinin ayələrini və Onunla qarşılaşmağı inkar edənlərdir. Buna görə işləri boşa çıxar və dirilmə günündə də onlara bir dəyər verməyəcəyik.