Ali İmran - 3:17 Onlar səbr edənlərdir, doğru sözlülərdir, könüldən təslim olanlardır, insanlara yardım edənlər və səhərlər də bağışlanma diləyənlərdir.
İman edənlər könüldən təslim olanlardır:
Saffat/37:101 Biz də ona (İbrahimə) həlim xasiyyətli bir oğlan uşağı bağışladıq.
Saffat/37:102 Onunla birlikdə çalışma çağına yetişincə, "Oğlum, röyamda səni boğazlamalı olduğumu görürəm. Nə düşünürsən?" dedi. "Atacan, sənə əmr ediləni yerinə yetir. Allah istəyərsə, məni səbrli görəcəksən," dedi.
Saffat/37:103 Beləcə ikisi də təslim oldu və onu alnı üzərinə yıxdı.

Əraf/7:205 Rəbbini könüldən yalvararaq, gizlicə və səssizcə səhər-axşam xatırla; qafillərdən olma.

Hud/11:23 İman edib müttəqi davrananlar və Rəblərinə könüldən boyun əyənlər isə Cənnət əhlidir. Onlar orada əbədi qalacaqlar.

Loğman/31:22 Kim, gözəl davranaraq tamamilə Allaha yönələrsə, ən sağlam bağdan yapışmış olar. Bütün işləri Allah kontrol edər.

Sad/38:34 Süleymanı beləcə sınadıq; onun hökmranlığına maddi zənginlik qatdıq; ancaq o tamamilə (Tanrıya) yönəldi.

Ğafir/40:13 O ki, sizə ayələrini (dəlillərini və işarələrini) göstərməkdə və sizin üçün göydən bir ruzi endirməkdədir. Tamamilə yönəlib təslim olandan başqası ibrət almaz.

Bəqərə/2:238 Namazlara, xüsusilə orta namaza diqqət edin. Özünüzü tamamilə Allaha verərək namaza durun.

Ənkəbut/29:46 Kitab əhli ilə, zalım olanları xaric ən gözəl bir tərzdə mübahisə edin və: "Bizə nazil edilənə iman etdik və sizə nazil edilənə də iman etdik. Bizim Tanrımız, sizin də Tanrınız birdir. Biz sadəcə Ona təslim olduq," deyin.

Rum/30:53 Koru da azğınlığından qurtarıb yola gətirə bilməzsən. Sən ancaq ayələrimizə iman edənlərə eşitdirə bilərsən ki, onlar dərhal təslim olarlar.

Təhrim/66:8 Ey iman edənlər, Allaha ürəkdən tövbə edin ki, Rəbbiniz pisliklərinizi örtsün və altından çaylar axan cənnətlərə daxil etsin. Allah, o gün peyğəmbəri və bərabərində olanları utandırmaz. Nurları, önlərindən sağ yanlarına doğru yayılar və, "Rəbbimiz, bizim üçün nurumuzu tamamla və bizi bağışla; Sən hər şeyə Gücü Yetənsən," deyərlər.