Ali İmran - 3:175
Şeytan ancaq öz dostlarına qorxu verir. Onlardan qorxmayın, Məndən qorxun; gerçəkdən iman etmişsinizsə.
İman edənlər Allahdan başqasından çəkinməzlər:
İnsan/76:9
"Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
İnsan/76:10
"Biz, üzü dönmüş və bəlalı bir gündən ötrü Rəbbimizdən çəkinirik."
Bəqərə/2:41
Yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimə iman edin. Ona qarşı çıxanların birincisi olmayın! Ayələrimi dəyərsiz şeylərlə dəyişməyin, sadəcə Məndən çəkinin.
Maidə/5:54
Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.
Tovbə/9:13
Andlarını pozan, Elçini sürgün etməyə çalışan və sizinlə (savaşı) ilk dəfə başlatan topluluğa qarşı savaşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? İman edirsinizsə, məhz Allahdan çəkinməlisiniz.
Ali İmran/3:175
Şeytan ancaq öz dostlarına qorxu verir. Onlardan qorxmayın, Məndən qorxun; gerçəkdən iman etmişsinizsə.
Nisa/4:77
Onlara, “Savaşdan əl çəkin, namazı qoruyun, zəkatı verin!” – deyilən kəslərə diqqət etmədinmi? Onlara savaşmaları əmr edildiyində, insanlardan Allahdan qorxar kimi, bəlkə də daha artıq qorxmağa başladılar və "Rəbbimiz, nə üçün bizə savaşı yüklədin, bizi yaxın bir vaxta qədər təxirə sala bilməzdinmi?" - dedilər. De ki, "Bu dünyanın varlığı azdır, müttəqilər üçün axirət daha xeyirlidir; ən ufaq bir haqsızlığa məruz qalmayacaqsınız."
Ta ha/20:71
(Firon:) "Sizə izin vermədən öncəmi ona iman etdiniz? O, sizə sehr öyrədən ustanız olmalıdır. Əllərinizi və ayaqlarınızı çarpaz kəsib sizi xurma ağaclarına asacağam. Hansımızın cəzası daha çətin və sürəkli imiş öyrənəcəksiniz," dedi.
Ta ha/20:72
Dedilər ki: "Bizə gələn açıq-aşkar dlilləri və bizi Yaradanı buraxıb səni seçmərik. Necə hökm verəcəksənsə, ver. Hökmün bu dünya həyatı ilə məhdudlaşır!"
Əhzab/33:37
Allah tərəfindən özünə yaxşılıq edilən və sənin də yaxşılıq etdiyin şəxsə, "Arvadını saxla və Allaha qarşı diqqətli ol," deyirdin. Beləcə Allahın açığa vuracağı bir şeyi gizləyirdin. Allahdan çəkinməli olduğun halda, insanlardan çəkinirdin. Zeyd zövcəsiylə əlaqəsini kəsdiyində Biz səni onunla evləndirmişdik ki, iman edənlər, övladlığa götürdükləri zövcələri ilə əlaqələrini kəsdiklərində onlarla evlənməkdə çətinliklə qarşılaşmasın. Allahın əmri yerinə yetirilməlidir.
Ali İmran/3:28
İman edənlər, iman edənləri buraxıb inkar edənləri dost seçməsinlər. Kim bunu edərsə Allah ilə bir əlaqəsi qalmaz. Ancaq onlardan qorxma halınız başqa... Allah Özü haqqında sizə xəbərdarlıq edir. Dönüş Allahadır.
Ənam/6:80
Xalqı onunla mübahisə etdi. "Məni doğruya yönəltdiyi halda, mənimlə hələ də Allah haqqında mübahisəmi edirsiniz? Rəbbim bir şey diləmədikcə sizin ortaq qoşduqlarınızdan qorxmuram... Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Öyüd almırsınız?"
Tovbə/9:18
Allahın məscidlərini, ancaq Allaha və Axirət gününə iman edənlər, namazı qoruyanlar, zəkatı verənlər və Allahdan başqasından qorxmayanlar tez-tez ziyarət edərlər. Onlar, doğru yolu tapanlardandır.
Nəhl/16:51
Allah, "İki tanrı qəbul etməyin, Ondan başqa Tanrı yoxdur. Sadəcə Məndən çəkinin!" demişdir.
Əhzab/33:39
Allahın elçiliyini yayanlar (təbliğ edənlər) sadəcə Ona hörmət edərlər və Allahdan başqa heç kimsədən çəkinməzlər. Hesab soruşan olaraq Allah yetər.
Məaric/70:27
Rəblərinin əzabından çəkinirlər;