Ali İmran - 3:178
İnkar edənlər, verdiyim möhlətin onlar üçün yaxşı olduğunu sanmasınlar. Günahlarının artması üçün onlara möhlət veririk. Onlara alçaldıcı bir əzab var.
Onlara para (pul), mal, övlad verildi deyə inkar edənlər özlərini doğru yolda sanırlar amma vəziyyət başqadır:
Səba/34:35
Hətta, "Bizim paramız (pullarımız) və övladlarımız daha çoxdur; biz cəzalandırılmayacağıq," dedilər.
Səba/34:37
Sizi bizə yaxınlaşdıran şey nə paralarınızdır (pullarınızdır), nə də övladlarınızdır. Ancaq iman edən və müttəqi davrananlar xaric. Onlara, etdiklərinin iki qat qarşılığı veriləcəkdir və mənzillərində əmin-amanlıq içindədirlər.
Tovbə/9:55
Onların paraları və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünya həyatında cəzalandırmaq və canlarının inkarçı olaraq çıxmasını istəyir.
Bəqərə/2:126
İbrahim: “Rəbbim, buranı təhlükəsiz yer et, Allaha və Axirət gününə iman edən insanlara məhsullarla ruzi ver," deyincə, "İnkar edənə də ruzi verəcəyəm. Ona qısa bir müddət dolanışıq verər, sonra onu atəş cəzasına məhkum edərəm. Ora, necə də pis bir gediş yeridir!" - dedi.
Ali İmran/3:196
İnkarçıların ölkələrdəki hökmranlığı səni aldatmasın.
Ali İmran/3:197
Bu, qısa müddətli bir faydalanmadır, sonra cəhənnəmi boylayacaqlar, nə pis bir məskəndir!
Muminun/23:55
Elə bilirlər ki, onlara bağışladığımız paralar və övladlar ilə,
Muminun/23:56
Onların yaxşılığına tələsirik? Xeyr, fərqində deyillər.
Ali İmran/3:178
İnkar edənlər, verdiyim möhlətin onlar üçün yaxşı olduğunu sanmasınlar. Günahlarının artması üçün onlara möhlət veririk. Onlara alçaldıcı bir əzab var.