Ali İmran - 3:184
Səni yalanlayarlarsa (çaşma), səndən öncə açıq-aşkar dəlillər, Zəburlar (Tanrı sevgisini dilə gətirən İlahilər) və aydınladıcı kitab gətirən elçilər də yalanlanmışdı.
Muhəmməd (ə), xalqı yalanlayır, iman etmir deyə özünü pərişan edərcəsinə məsuliyyətli tutdu. Rəbbimiz keçmiş xalqların da elçilərlə belə davrandığını və elçinin görəvinin sadəcə vəhyi bildirmək olduğunu, iman etməyənlərdən məsuliyyətli olmadığını bildirərək elçisinə təsəlli vermişdi:
İsra/17:90
Dedilər ki: "Yerdən bizə bir bulaq fışqırtmadıqca sənə iman etməyəcəyik."
İsra/17:91
"Və ya xurma və üzüm bağçaların olmalı, aralarından da şırıl-şırıl çaylar axıtmalısan."
İsra/17:92
"Və ya iddia etdiyin kimi, göydən üzərimizə parçalar düşürməli, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən."
İsra/17:93
"Ya da qızıldan bir evin olmalı və ya göyə yüksəlməlisən. Yüksəlsən belə oxuyacağımız bir kitabı üzərimizə endirmədikcə ona iman etməyəcəyik." De ki: "Rəbbim Ucadır. Mən elçi olan bir insandan başqa bir şeyəmmi ki?"
Hud/11:12
"Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.
Hicr/15:97
Söylədiklərindən ötrü qəlbinin daraldığını bilirik.
Ali İmran/3:184
Səni yalanlayarlarsa (çaşma), səndən öncə açıq-aşkar dəlillər, Zəburlar (Tanrı sevgisini dilə gətirən İlahilər) və aydınladıcı kitab gətirən elçilər də yalanlanmışdı.
Yunus/10:41
Səni yalanlayarlarsa de ki: "Mənim etdiyim mənə, sizin etdiyiniz isə sizə (aiddir)! Siz mənim etdiyimdən məsul deyilsiniz, mən də sizin etdiyinizdən məsul deyiləm."
Nisa/4:80
Elçiyə itaət edən, Allaha itaət etmiş olar. Kim üz çevirərsə çevirsin; Biz səni onların üzərinə gözətçi göndərmədik.
Maidə/5:68
De: "Kitablılar! Tövratı, İncili və Rəbbinizdən sizə nazil ediləni tətbiq etmədikcə heç bir təməliniz olmaz." Rəbbindən sənə nazil edilənlər, onların əksəriyyətinin azğınlıq və inkarını artırar. İnkar edən camaat üçün özünü üzmə.
Ənam/6:33
Söylədikləri şeylərin səni üzdüyünü bilirik. O zalımlar səni deyil, Allahın ayələrini rədd edir.
Ənam/6:34
Səndən öncəki elçiləri də yalançılıqla günahlandırdılar. Yalanlanmalara qarşı müqavimət göstərdilər. Zəfərimiz yetişincəyədək sıxıntı çəkdilər. Allahın sistemi dəyişməyəcək. Necə ki, elçilərin tarixi sənə gəlib çatmışdır.
Ənam/6:35
Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!
Ənam/6:66
Gerçək olmasına rəğmən sənin xalqın bunu (Quranı) yalanladı. De ki: "Mən üzərinizdə nəzarətçi deyiləm."
Hicr/15:95
İstehza edənlərə qarşı Biz sənə yetərik.
Hicr/15:97
Söylədiklərindən ötrü qəlbinin daraldığını bilirik.
Kəhf/18:29
De ki, "Bu gerçək sənin Rəbbindəndir." İstəyən iman etsin, istəyən inkar etsin. Biz zalımlar üçün onları hər tərəfdən bürüyəcək bir atəş hazırladıq. Onlar hər nə vaxt fəryad edərək yardım istəsələr, konsentratlı turşu kimi üzləri qaynadan su verilər. Necə də pis bir içəcək, necə də pis bir sondur!"
Ənbiya/21:5
Hətta, "Boş xəyallardır", "Onu o uydurmuşdur" və "O bir şairdir, daha öncəki elçilər kimi o da bizə möcüzələr gətirsin," dedilər.
Ənbiya/21:6
Bunlardan öncə məhv etdiyimiz cəmiyyətlərdən heç biri iman etməmişdi. İndi bunlarmı iman edəcək?
Hud/11:120
Könlünü gücləndirmək üçün elçilərin tarixlərindən sənə yetərincə nəql etməkdəyik. Bunda, sənin üçün gerçək və iman edənlər üçün də bir aydınlatma və xəbərdarlıq gəlmişdir.
Şuəra/26:3
İman etmirlər deyə özünə zərər yetirə bilərsən (ehtiyatlı ol).
Kəhf/18:6
Bu sözə iman etməzlərsə, onların ardından özünü məsuliyyətli tutaraq günahlandıracaqsan, üzüləcəksən (eləmi)?
Fatir/35:22
Nə də dirilər ilə ölülər eynidir. Allah, kim/kimi istəyərsə ona eşitdirər. Sən məzarlarda olanlara eşitdirə bilməzsən.
Fatir/35:23
Sən ancaq xəbərdarlıq edən birisən.
Fatir/35:24
Səni müjdə verən və xəbərdar edən biri olaraq gerçəklə göndərdik. Hər camaatın içində mütləq xəbərdar edən biri gəlmişdir.
Fatir/35:8
Pis işi, özünə süslənib və onu gözəl görən kimsəyə nə deyirsən? Allah istəyəni azdırır və istəyəni yola yönəldir. Elə isə onlar üçün özünü üzmə. Allah onların etdiklərini yaxşı Bilir.
Hicr/15:88
Onlardan bəzilərinə verdiklərimizi qısqanma və onlardan (inkar edənlərdən) ötrü də üzülmə. İman edənləri də qanadlarının altına al.
Hud/11:12
"Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.
Zəriyət/51:52
Bax belə, onlardan öncəkilərə hər nə zaman bir elçi gəldisə, "Bu, bir sehrbazdır," yaxud "Bu, bir dəlidir," deyərdilər.
Zəriyət/51:53
Bunu (belə söyləməyi) bir-birlərinə öyüd-nəsihətmi elədilər? Doğrusu, onlar həddi aşan bir topluluqdur.
Zəriyət/51:54
Onlardan üz çevir; Sən (buna görə) qınanmayacaqsan.
Zəriyət/51:55
Xatırlat, çünki xatırlatmaq iman edənlərə fayda verər.
Nəhl/16:82
Üz çevirərlərsə, sənin öhdənə düşən, açıq-aydın bildirməkdir.
Bəqərə/2:119
Biz səni, gerçəklə, müjdələyən və xəbərdarlıq edən olaraq göndərdik. Cəhənnəm əhlinə sən cavadeh deyilsən.
Şərh/94:1
Köksünü genişlədib səni sakitləşdirmədikmi?
Şərh/94:2
Üzərindəki yükünü endirmədikmi?
Şərh/94:3
(Ona görə) ki, belini bükmüşdü.