Ali İmran - 3:186
Paranızla (pulunuzla), canlarınızla sınanacaqsınız. Sizdən öncə Kitab verilənlərdən və ortaq qoşanlardan çox həqarətlər eşidəcəksiniz. Müqavimət göstərib və müttəqi bir həyat sürərsəniz, böyük iş etmiş olarsınız.
Dünyada imtahan edilirik:
Hud/11:7
O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
Ənam/6:42
Səndən öncəki cəmiyyətlərə də elçilər göndərdik. Yalvarsınlar deyə onları darlıq və sıxıntılarla sınadıq.
Ənfal/8:17
Onları siz öldürmədiniz, fəqət Allah öldürdü. Atdığın zaman da sən atmırdın; Allah atırdı. Fəqət beləcə iman edənləri gözəl bir sınaqla sınadı. Allah Eşidəndir, Biləndir.
Ənfal/8:28
Bilin ki, mallarınız və övladlarınız sizin üçün bir sınaqdır və böyük mükafat Allah qatındadır.
Sad/38:34
Süleymanı beləcə sınadıq; onun hökmranlığına maddi zənginlik qatdıq; ancaq o tamamilə (Tanrıya) yönəldi.
Fəcr/89:15
Rəbbi, sınamaq üçün insana bolluca verib sevindirdiyi zaman, "Rəbbim mənə comərd (səxavətli) davrandı," deyər.
Fəcr/89:16
Ancaq nə zaman ki, ruzisini azaldaraq onu sınayarsa, "Rəbbim məni alçaltdı," deyər
Bəqərə/2:155
Sizi qorxuyla, aclıqla, para (pul), can və məhsul itkisi ilə sınayacağıq. Müjdə ver səbr edənlərə.
Ali İmran/3:186
Paranızla (pulunuzla), canlarınızla sınanacaqsınız. Sizdən öncə Kitab verilənlərdən və ortaq qoşanlardan çox həqarətlər eşidəcəksiniz. Müqavimət göstərib və müttəqi bir həyat sürərsəniz, böyük iş etmiş olarsınız.
Ənfal/8:5
Həqiqətən Rəbbin səni bəlli bir planın gerçəkləşməsi üçün evindən çıxarmışdı. İman edənlərdən bir qrup bundan xoşlanmamışdı.
Yunus/10:14
Sonra, nə edəcəyinizi görmək üçün onların yerinə sizi yer üzünə varis etdik.
Kəhf/18:7
Biz, kimlərin müttəqi davranacağını sınamaq üçün, üzərindəki maddələrlə yer üzünü süslədik.
Ənbiya/21:35
Hər can ölümü dadacaqdır. Sizi bir sınaq olaraq yaxşı və pis hadisələrlə sınayarıq və dönüşünüz Bizədir.
Muminun/23:115
"Sizi boş yerə yaratdığımızı və Bizə dönməyəcəyinizimi sandınız?"
Ənkəbut/29:2
İnsanlar, sadəcə "iman etdik" demələri ilə, heç sınağa çəkilmədən buraxılacaqlarınımı sanırlar?
Ənkəbut/29:2
İnsanlar, sadəcə "iman etdik" demələri ilə, heç sınağa çəkilmədən buraxılacaqlarınımı sanırlar?
Əhzab/33:10
Üstünüzdən və altınızdan sizə hücum etmişdilər. Gözlər dönmüşdü (hədəqəsindən çıxmışdı), ürəklər ağızlara gəlmişdi və siz Allah haqqında müxtəlif şübhələr edirdiniz.
Əhzab/33:11
İman edənlər orada sınanmış və şiddətlə sarsılmışdılar.
Ali İmran/3:142
Allah aranızdakı çalışanları ortaya çıxarmadan, səbr edənləri ayırmadan cənnətə girəcəyinizimi sandınız?
Muhəmməd/47:31
Sizdən səy göstərənləri və çətinliklərə qarşı müqavimət göstərənləri ortaya çıxarıncaya qədər sizi sınayacağıq və keyfiyyətinizi sınayacağıq.
Bəqərə/2:214
Yoxsa siz, sizdən öncəkilərin başına gələnlərin bənzəri sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınızımı sanırsınız? Onlar çətinlik və sıxıntıya uğradılar və elə sarsılmışdılar ki, elçi və bərabərindəki iman edənlər, “Allahın yardımı nə zamandır?”– dedilər. Yaxşı bilin ki, Allahın yardımı yaxındır.