Ğafir - 40:15
Dərəcələri Yüksəldən, Hökmranlığın Sahibi. Görüşmə Gününə qarşı xəbərdar etsin deyə qullarından istədiyinə, əmrlərini əhatə edən vəhyini nazil edir.
"Dərəcələri Yüksəldən" Məqsəd nədir?
Bəqərə/2:253
O elçilərin bəzisinə digərlərindən daha çox lütf göstərdik. Örnək olaraq, bəziləriylə Allah danışdı, bəzilərini də dərəcələrlə yüksəltdi. Məryəm oğlu İsaya açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Allah istəsəydi, onların ardından gələnlər onlara açıq-aşkar dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Bəzisi iman etdi, bəzisi inkar etdi. Allah istəsəydi, bir-biriləri ilə savaşmazdılar. Fəqət, Allah istədiyini edər.
Ənam/6:83
Bunlar, xalqına qarşı istifadə etməsi üçün İbrahimə verdiyimiz mübahisə üsuludur. İstədiyimizi dərəcələrlə yüksəldərik. Rəbbin Hikmət sahibidir, Biləndir.
Yusuf/12:76
(Yusuf) qardaşının yükündən öncə onların yüklərindən başladı və sonra su qabını qardaşının yükündən çıxartdı. Biz Yusufa belə bir planı öyrətmişdik. Kralın qanununu tətbiq etsəydi qardaşını saxlaya bilməzdi; Allah istəsə başqa. İstədiyimizi dərəcələrlə yüksəldərik. Hər bilənin üstündə daha yaxşı bir bilən vardır.