بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
12:61 Dedilər ki: "Onun haqqında atasını razı salmağa çalışacağıq. Şübhən olmasın ki, buna çalışacağıq."
12:62 (Yusuf) xidmətçilərinə də belə əmr verdi: "Ailələrinin yanına döndüklərində tapa bilmələri üçün, barter əşyalarını yüklərinin içinə soxun, bəlkə beləcə geri dönərlər."
12:63 Atalarının yanına döndüklərində: "Ey atamız, bundan belə bizə ərzaq yasaqlandı. Qardaşımızı bizimlə yolla ki, ərzaq alaq. Biz onu qoruyarıq," dedilər.
12:64 "Daha öncə qardaşı üçün sizə necə güvənmişdimsə, indi onun üçün də sizə güvənim eləmi? Allah ən yaxşı Qoruyucudur və O, Mərhəmətlilərin Mərhəmətlisidir."
12:65 Ərzaq yüklərini açınca, əşyalarının özlərinə geri verildiyini gördülər və: "Ey atamız, daha nə istəyirik? Bax əşyalarımız bizə geri verilmişdir. Ailəmizin dolanışığını təmin edər, qardaşımızı qoruyar və bir dəvə yükü əlavə olaraq ərzaq alarıq. Bu asan bir işdir," dedilər.
12:66 "Hamınız mühasirəyə alınıb əngəllənmədikcə, onu mənə gətirəcəyinizə dair Allah adına sağlam bir söz verməsəniz, onu sizinlə bərabər gödərmərəm." Onlar ona söz verincə, "Söylədiklərimizə Allah şahiddir," dedi.
12:67 Dedi ki: "Balalarım, tək bir qapıdan girməyin; fərqli qapılardan girin. Halbuki, Allahın öncədən müəyyən etdiyi şeydən sizi qurtara bilmərəm. Hökm ancaq Allahındır. Mən Ona güvəndim. Güvənənlər Ona güvənməlidir."
12:68 Atalarının onlara əmr etdiyi yerlərdən girdilər. Bu, onları Allahın heç bir təqdirindən qurtara bilməzdi; ancaq Yəqubun onlardan bunu istəməkdə xüsusi bir səbəbi var idi. O, ona öyrətdiyimiz bəlli bir bilgiyə sahib idi; fəqət insanların çoxu bilməz.
12:69 Yusufun hüzuruna girdiklərində, qardaşını yanına yaxınlaşdırdı və "Mən sənin qardaşınam; onların etdiklərinə üzülmə," dedi.
12:70 Onların ərzaq yükünü hazırladınca bir su qabını qardaşının torbasına qoydu. Daha sonra bir münadi belə səsləndi: "Ey karvan siz oğrularsınız."
12:72 "Kralın su qabını itirdik. Kim onu gətirərsə, ona bir dəvə yükü mükafat veriləcəkdir. Mən buna zaminəm."
12:73 Dedilər ki: "Allaha and olsun, siz də bilirsiniz ki, biz bu ölkədə fəsad törətməyə gəlmədik, biz oğru da deyilik."
12:75 Dedilər: "Onun cəzası, kimin torbasında olarsa, o şəxs saxlanılar. Biz zalımları belə cəzalandırırıq."
12:76 (Yusuf) qardaşının yükündən öncə onların yüklərindən başladı və sonra su qabını qardaşının yükündən çıxartdı. Biz Yusufa belə bir planı öyrətmişdik. Kralın qanununu tətbiq etsəydi qardaşını saxlaya bilməzdi; Allah istəsə başqa. İstədiyimizi dərəcələrlə yüksəldərik. Hər bilənin üstündə daha yaxşı bir bilən vardır.
12:77 "O oğurlamışsa, daha öncə qardaşı da oğurlamışdı," dedilər. Yusuf onlara bəlli etmədən: "Siz gerçəkdən pissiniz. Allah anlatdığınızın iç üzünü bilir," deyə deyindi.
12:78 Dedilər ki: "Hörmətli Zati-aliləri, Onun çox yaşlı bir atası var; onun yerinə bizdən birimizi götür. Biz səni yaxşılıq edənlərdən olduğunu görürük."
12:79 Dedi ki: "Yanında əşyamızı tapdığımız kimsədən başqasını saxlamaqdan Allaha sığınırıq, o zaman biz zalımlardan olarıq."
12:80 Ondan ümidlərini kəsincə, danışmaq üzrə bir kənara çəkildilər. Böyükləri: "Atanızın sizdən Allah adına bir söz aldığını və daha öncə Yusuf mövzusunda da həddi aşmış olduğunuzu bilmirsinizmi? Atam mənə izin verincəyə, yaxud Allah haqqımda hökm verincəyə qədər buradan ayrılmayacağam. O, ən yaxşı Hökm Edəndir," dedi,