Ğafir - 40:18
Onları yaxınlaşan gün haqqında xəbərdar et, o zaman ürəklər qırtlaqlarda dayanmışdır, udqunurlar. Zalımlar üçün nə bir dost, nə də sözü dinlənilən bir şəfaətçisi vardır.
Elə qorxunc bir gün ki:
İbrahim/14:42
Zalımların etdiklərindən Allahı xəbərsiz sanma. Onları sadəcə, gözlərin dəhşətdən donub qalacağı günə qədər təxirə salmaqdadır.
İbrahim/14:43
Başları boyunları üstündə sərt hərəkətsiz halda durmuş, göz qapaqlarını da qırpmadan qorxudan zehinləri bomboş bir halda qaçırlar.
Kəhf/18:49
Kitab ortaya qoyulmuşdur. Günahkarların onun içindəkilərdən qorxuya qapıldığını və "Vay olsun bizə, məgər bu kitab kiçik, böyük heç bir şeyi buraxmayıb hesaba almışdır," dediklərini görərsən. Etdikləri hər şeyi önlərində hazır görmüşdürlər. Rəbbin heç kimsəyə haqsızlıq etməz.
Ənbiya/21:49
O kəslər ki, kimsə onları görməzkən belə Rəblərinə ehtiram edərlər və Saatın dəhşətini hiss edərlər.
Həcc/22:1
Salam, xalq, Rabbinizdən qorxun, çünki Saatın (dünyanın sonunun) sarsıntısı qorxunc bir şeydir.
Həcc/22:2
Ona şahid olduğunuz gün, hər əmzikli ana əmizdirdiyini atar, hər hamilə qadın yükünü buraxar. Sərxoş olmadıqları halda insanları sərxoş kimi görəcəksən. Halbuki Allahın cəzası şiddətlidir.
Nur/24:37
Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.
Nəml/27:87
Boruya üfürüləcəyi gün, göylərdə və yerdə olan hər kəs, Allahın istədikləri xaric qorxuya düşəcəklər. Hamısı Ona boyun bükərək gələrlər.
Ğafir/40:16
O gün onlar tamamilə açığa çıxarılacaqlar. Heç bir şey onları Allahdan gizləyə bilməz. O gün hökmranlıq kimə aiddir? Tək və Ən Üstün olan Allaha aiddir.
Ğafir/40:18
Onları yaxınlaşan gün haqqında xəbərdar et, o zaman ürəklər qırtlaqlarda dayanmışdır, udqunurlar. Zalımlar üçün nə bir dost, nə də sözü dinlənilən bir şəfaətçisi vardır.
Qamər/54:6
Onlara əhəmiyyət vermə; Çağırıcının, görülməmiş və tanınmamış bir şeyə çağıracağı gün,
Qamər/54:7
Gözləri zillət içində məzarlardan çıxarlar; eyni səpələnib yayılmış çəyirtkələr kimi...
Qamər/54:8
Çağırıcıya doğru qaçarlarkən, inkar edənlər, "Bu çətin bir gündür," deyərlər.
Məaric/70:43
O gün, məzarlarından tez-tələsik çıxarlar; Qurban daşına sürüklənirlərmiş kimi...
Məaric/70:44
Gözləri dönmüş, özlərini utanc bürümüş olaraq. Bax bu, onlara söz verilmiş olan gündür.
Qiyamə/75:24
O gün bəzi üzlər də var ki, qaşqabaqlıdır.
Qiyamə/75:25
Bel sümüyünün qırılacağından narahatdır.
Qiyamə/75:26
Doğrusu, (nəfs) boğaza dayandığı,
Qiyamə/75:27
Və, "Çarə tapan varmı?" deyildiyi zaman.
Qiyamə/75:28
Bunun artıq o ayrılıq zamanı olduğunu anlayar.
Qiyamə/75:29
Ayaqları bir-birinə dolaşmışdır.
Qiyamə/75:30
O gün Rəbbinə doğru sövq ediləcəklər.