بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
18:42 Dediyi vaxt, məhsulu məhv edildi. Çardaqları üzərinə yığılmış olan bağına verdiyi əməkdən ötrü matəm tutmağa və: "Kaş ki, Rəbbimə ortaq qoşmasaydım," deməyə başladı.
18:43 Allahdan başqa özünə yardım edə biləcək bir dəstək tapa bilmədi. Özünü də qurtara bilmədi.
18:44 O an, vəlayət (güc və hökmranlıq) bütünlüklə gerçək olan Allahındır. O, ən yaxşı mükafatı və ən yaxşı aqibəti verəndir.
18:45 Onlara dünya həyatının örnəyi olaraq, göydən endirdiyimiz suyla qidalanan və sonra küləyin sovurduğu çör-çöpə dönən yer üzünün bitkisini ver. Allah hər şeyə Gücü Yetəndir.
18:46 Para (pul) və övladlar bu dünya həyatının cəlbedici materiallarıdır. Amma, daimi qalacaq müttəqi işlər, Rəbbinin qatında bir mükafat və ümid olaraq daha yaxşıdır.
18:47 Dağları silib götürdüyümüz və yeri çılpaq buraxdığımız gün onları toplayarıq; bir dənəsini belə buraxmadan.
18:48 Və sıra ilə Rəbbinə gətirilərlər. Bizə, ilk əvvəl sizi necə yaratdıqsa elə gəlirsiniz. Halbuki, belə bir toplantını gerçəkləşdirməyəcəyimizi iddia edirdiniz.
18:49 Kitab ortaya qoyulmuşdur. Günahkarların onun içindəkilərdən qorxuya qapıldığını və "Vay olsun bizə, məgər bu kitab kiçik, böyük heç bir şeyi buraxmayıb hesaba almışdır," dediklərini görərsən. Etdikləri hər şeyi önlərində hazır görmüşdürlər. Rəbbin heç kimsəyə haqsızlıq etməz.
18:50 Mələklərə: "Adəmə səcdə edin!" dediyimiz zaman, hamısı səcdə etdilər; yalnız İblisdən başqa. Rəbbinin əmrinə qarşı gəldiyi üçün cinlərdən oldu. Məni buraxıb onu və soyunumu dostlar seçirsiniz? Halbuki onlar, sizin düşmənlərinizdir.  Zalımlar üçün bu necə də pis bir dəyişmədir!
18:51 Onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Azdıranları heç bir zaman hökmranlığımda görəvləndirmərəm.
18:52 "Ortaqlarım olduğunu iddia etdiyiniz şəxsləri çağırın," deyə əmr etdiyi gün, onları çağırarlar, onlar da onlara qarşılıq verməzlər. Onların arasına bir öfkə və nifrət uçurumu qoymuşuq.
18:53 Günahkarlar atəşi gördülər və içinə düşəcəklərini anladılar; ondan qaçacaq bir yer də tapa bilmədilər.
18:54 Bu Quranda insanlar üçün hər cürə örnəyi verdik Biz. Fəqət insan mübahisəyə çox meyillidir.
18:55 Onlara yol göstərici gəldiyi zaman, insanları iman etməkdən və Rəblərindən bağışlanma diləməkdən saxlayan şey, öncəkilərin sünnətinin onlara da gəlməsini və ya əzabın açıq şəkildə qarşılarına gəlməsini diləmələridir.
18:56 Biz elçiləri ancaq müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndərdik. Kafirlər, gerçəyi saxta və yanlış ilə ortadan qaldırmaq üçün səy göstərirlər. Ayələrimə və xəbərdar edildikləri şeylərə istehza etdilər.
18:57 Rəbbinin ayə və möcüzələri ona xatırladıldığı halda, etdiklərini unudaraq ondan üz çevirəndən daha zalım kim ola bilər? Qəlblərinə, onu (Quranı) anlamalarına əngəl olacaq bir örtük, qulaqlarına da bir ağırlıq (karlıq) qoymuşuq. Onları hidayətə nə qədər çağırırsan çağır, onlar əsla doğrunu tapa bilməz.
18:58 Rəbbin Bağışlayandır, Mərhəmət sahibidir. Etdikləriylə dərhal onları haqq-hesaba çəksə, onlar üçün əzabı tezləşdirmiş olardı. Ancaq, onlara müəyyən bir vaxt verir ki, onun kənarına çıxa bilməzlər.
18:59 Məhz, haqsızlıq etdikləri üçün məhv etdiyimiz cəmiyyətlər... Hamısının həlakı üçün bəlli bir vaxt müəyyən etmişdik.
18:60 Musa, gənc yoldaşına, "İllərlə getmək lazım olsa da, iki dənizin birləşdiyi yerə yetişmədən dincəlməyəcəyəm," demişdi.