Ğafir - 40:7
İdarəetmə mərkəzinə xidmət edənlər və ətrafındakılar Rəblərini tərifləyərək ucaldırlar və Ona iman edirlər. İman edənlər üçün bağışlanma diləyərlər: "Rəbbimiz, rəhmətin və bilgin hər şeyi içinə almışdır. Tövbə edənlər və sənin yoluna tabe olanları bağışla və onları atəşin əzabından qoru."
Allahın yolu nədir?
Məryəm/19:36
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Bəqərə/2:120
Dinlərinə daxil olmadıqca nə Yəhudilər, nə də Xristianlar səndən razı olmazlar. De ki: "Doğru yol Allahın yoludur." Sənə gələn bilgidən sonra onların arzularına uymuş olsan, Allaha qarşı səni müdafiə edə biləcək nə bir dost, nə də bir dəstəkləyici tapa bilməzsən.
Ali İmran/3:51
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."
Zuxruf/43:61
O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Zuxruf/43:64
"Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."