Fussilət - 41:35 Bu vəziyyətə ancaq müqavimət göstərənlər çatdırılar. Bu vəziyyətə ancaq olduqca şanslı olanlar yetişdirilər.
Pisliyə yaxşılıqla qaşılıq ver:
Yusuf/12:90 Dedilər ki, "Yoxsa sən, sən gerçəkdən Yusufsanmı?" Dedi ki, "Mən Yusufam, bu da qardaşımdır. Allah bizə yaxşılıq etmişdi. Kim müttəqi davranar və səbr edərsə, əlbəttə Allah, gözəl davrananları mükafatsız buraxmaz."
Yusuf/12:91 "Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz gerçəkdən xətalıydıq," dedilər.
Yusuf/12:92 Dedi ki: "Bu gün siz qınanılmayacaqsınız. Allah sizi əfv etsin. O, mərhəmətlilərin Ən Mərhəmətlisidir."

Nəml/27:32 "Ey əyanlarım, bu işdə mənə bir fikir deyin. Siz yanımda olmadıqca bir işdə qərar vermərəm," dedi.
Nəml/27:33 "Biz güclüyük, bacarıqlı savaşçılarıq və son qərar sənə aiddir. Qərarını yerinə yetir," dedilər.
Nəml/27:34 (Qadın lider) dedi ki, "Krallar girdikləri ölkələri viran qoyarlar və onların şərəfli xalqını alçaldarlar. Bu cür davranırlar."
Nəml/27:35 "Onlara bir ərməğan (hədiyyə) göndərəcəyəm ki, görüm elçilər necə bir reaksiya ilə dönəcəklər."

Bəqərə/2:109 Kitab əhlinin bir çoxu, gerçək onlara bəlli olduğu halda, özlərindəki qısqanclıqdan ötrü sizi imanınızdan sonra inkara döndərməyi arzulayarlar. Allah əmrini gətirincəyə qədər onları əfv edin, görməməzlikdən gəlin. Allah hər şeyə gücü yetəndir.

Ali İmran/3:159 Allahın sənə bir lütfü olaraq onlarla mülayim rəftar etdin. Kobud və daş ürəkli olsaydın, çevrəndən dağılıb gedərdilər. Onları əfv et, bağışlanmalarını dilə və görüləcək işlər haqqında onlara danış. Qərar verincə də Allaha güvən; Allah güvənənləri sevər.

Maidə/5:13 Sözlərini pozduqları üçün onları lənətlədik, qəlblərini sərtləşdirdik. Sözlərin mənasını kontekstindən dəyişdirirlər. Xəbərdar edildikləri şeylərin bir qismini unutdular. Onların çoxundan sürəkli xəyanət görəcəksən. Onları əfv et və əhəmiyyət vermə. Allah gözəl davrananları sevər.

Təğabun/64:14 Ey iman edənlər, həyat yoldaşlarınız və övladlarınız sizə düşmən ola bilərlər. Elə isə onlardan ehtiyat edin. Amma əfv edər, yumşaq (anlayışlı) davranar və bağışlayarsanız, əlbəttə Allah da Bağışlayandır, Rəhmlidir.

Ali İmran/3:134 O müttəqilər ki, bolluq və darlıqda yardım üçün para (pul) xərcləyərlər. Öfkələrini kontrol edərlər, insanların qüsurlarını görməməzlikdən gələrlər. Allah yaxşılıq edənləri sevər.

Ənam/6:108 Allahdan başqa yalvardıqlarına söyməyin ki, onlar da həddi aşıb cəhalət üzündən Allahı söyməsinlər. Biz hər topluluğa etdikləri işi bu cür süslü göstərdik. Axırda dönüşləri Rəblərinədir və onlara etdiklərini xəbər verər.

Yusuf/12:91 "Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz gerçəkdən xətalıydıq," dedilər.
Yusuf/12:92 Dedi ki: "Bu gün siz qınanılmayacaqsınız. Allah sizi əfv etsin. O, mərhəmətlilərin Ən Mərhəmətlisidir."

Nisa/4:149 Əgər bir yaxşılığı aşkara çıxarar və ya gizləyərsəniz yaxud bir pisliyi əfv edərsəniz, Allah Əfv Edəndir, Güclüdür.

Nur/24:22 Sizdən mal və imkana sahib olanlar, əqrəbalara, yoxsullara və Allah yolunda köç (hicrət) edənlərə verməmək üçün and içməsinlər. Əfv etsinlər, keçsinlər. Allahın sizi bağışlamasını sevmirsiniz? Allah Bağışlayandır, Rəhmlidir.

Furqan/25:72 Onlar yalan (yerə) şahidçilik etməzlər. Boş sözlərlə qarşılaşdıqlarında əhəmiyyət verməyib keçərlər.

Qasas/28:55 Boş sözləri eşitdiklərində ondan üz çevirərlər və "Bizim işimiz bizə, sizin işiniz sizə. Sizə salam (sülh) olsun! Biz cahillərlə məşğul olmaq  istəmirik!" deyərlər.

Zuxruf/43:89 Onlara əhəmiyət vermə və "Salam" (sülh və rifah), de; yaxında biləcəklər.

Muzzəmmil/73:10 Onların sözlərinə qarşı səbrli ol və onlardan gözəl şəkildə ayrıl.

Ali İmran/3:104 İçərinizdə, yaxşılığa çağıran, sağlam düşüncəni öyüd-nəsihət edən və pislikdən çəkindirən bir topluluq olsun. Bunlar uğur qazananlardır.

Maidə/5:45 Orada onlara: Cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş və yaralara ödəşməni əmr etdik. Kim bu haqqından imtina edərsə, günahlarını örtər. Allahın nazil etdiyi ilə hökm verməyənlər zalımdır.

Tovbə/9:71 İman edən kişilər və iman edən qadınlar bir-birlərinin dostudur. Yaxşılığı əmr edərlər, pislikdən çəkindirərlər, namazı qoruyurlar, zəkatı verirlər, Allaha və elçisinə tabe olarlar. Bax, Allah onlara rəhmət edəcəkdir. Allah Üstündür, Hikmət sahibidir.

Əraf/7:199 Əfv edici ol, tolerantlığı öyüd-nəsihət et və cahillərə əhəmiyyət vermə.

Rad/13:22 Və onlar ki, müqavimət göstərərlər, sadəcə Rəblərinin razılığını qazanmaq üçün, namazı qoruyarlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün xərcləyərlər və pisliyi yaxşılıq ilə dəf edərlər. Son dayanacağa onlar layiqdirlər.

Nəhl/16:126 Qarşılıq verəcəksinizsə, sizə verilən qarşılığın bir bənzəriylə qarşılıq verin. Səbr edərsinizsə, əlbəttə bu səbr edənlər üçün daha xeyirlidir.

Muminun/23:96 Pisliyə yaxşılıqla qarşılıq ver. Biz onların iddialarını yaxşı bilirik.

Furqan/25:63 Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.

Fussilət/41:34 Yaxşılıq ilə pislik eyni olmaz. Sən ən yaxşı bir şəkildə qarşılıq ver. O zaman, aranızda düşmənçilik olan adam, bəlkə ən yaxşı dostun olar.
Fussilət/41:35 Bu vəziyyətə ancaq müqavimət göstərənlər çatdırılar. Bu vəziyyətə ancaq olduqca şanslı olanlar yetişdirilər.

Şura/42:37 Onlar ki, böyük günahlardan, çirkin işlərdən çəkinirlər və qəzəbləndikləri zaman bağışlayarlar.
Şura/42:40 Pisliyin cəzası, özü kimi bir pislikdir; Ancaq kim əfv edər və müttəqi davranarsa, Allah tərəfindən mükafatlandırılar. O, zalımları sevməz.
Şura/42:41 Haqsızlığa uğradıqdan sonra haqları üçün müqavimət göstərənlər qınanmazlar, cəzalandırılmazlar.
Şura/42:42 Ancaq, insanlara zülm edənlərə və yer üzündə haqsız yerə hücum edənlərə qarşı müqvimət göstərmək lazımdır. Onlara ağrılı-acılı bir əzab vardır.
Şura/42:43 Səbr edib bağışlamaq, sağlam bir xarakteri göstərir.

Məryəm/19:46 (Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Məryəm/19:47 (İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."