Zuxruf - 43:38 Nəhayət, Bizə gəldiyində, "Kaş ki, mənimlə sənin aranda iki şərq arası qədər uzaqlıq olsaydı; sən necə də pis bir yoldaşsanmış!" deyər.
Haqq-hesab günü inkar edənlərin peşmançılığı:
Bəqərə/2:166 O zaman, tabe olunanlar özlərinə tabe olanlardan uzaq duracaqdır. Artıq əzabı görmüşlər və aralarındakı bütün bağlar kəsilmişdir.
Bəqərə/2:167 Tabe olanlar belə deyəcək: “Kaş ki, bir şansımız (dünyaya dönmə imkanımız) olsaydı, onların indi bizdən uzaq durduqları kimi biz də onlardan uzaq dursaydıq!” Beləcə, Allah etdiklərini peşmançılığa döndərər; atəşdən çıxa bilməzlər.

Yunus/10:54 Zülm etmiş bir can yer üzündəki hər şeyə sahib olsa, onu fidyə olaraq vermək istəyəcəkdir. Əzabı gördükləri vaxt dərin peşmançılıq hiss edəcəklər. Ədalətlə mühakimə olunacaqlar və onlara zülm edilməyəcəkdir.

Furqan/25:27 O gün zalım kimsə (üzüntüdən) əlini dişləyib belə deyər: "Kaş ki, elçi ilə birlikdə eyni yolu tutsaydım."
Furqan/25:28 "Vay mənim halıma, kaş ki, filankəsi yoldaş qəbul etməsəydim."
Furqan/25:29 "Məni, mənə yetişən mesajdan azdırdı. Gerçəkdən, şeytan insanı yarı yolda buraxar."

Qasas/28:64 Onlara, "Haydı ortaqlarınızı (yardıma) çağırın!" deyilər. Bundan sonra onları çağırarlar, ancaq onlara qarşılıq verməzlər. Əzabı görərlər və doğru yolda olmadıqlarına yanarlar.

Əhzab/33:66 Üzləri atəşdə çevrildiyi gün, "Kaş ki, Allaha itaət etsəydik, kaş ki, elçisinə itaət etsəydik," deyərlər.

Səba/34:33 Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?

Zumər/39:58 Yaxud əzabı gördüyü an, "Kaş ki, əlavə ikinci şansım olsaydı, gözəl davrananlardan olsaydım," deməsin.

Zuxruf/43:36 Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
Zuxruf/43:37 Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.
Zuxruf/43:38 Nəhayət, Bizə gəldiyində, "Kaş ki, mənimlə sənin aranda iki şərq arası qədər uzaqlıq olsaydı; sən necə də pis bir yoldaşsanmış!" deyər.
Zuxruf/43:39 Zalimlik etdiyiniz üçün, o gün (peşmançılığınız) sizə bir fayda verməz; siz cəzanı bölüşəcəksiniz.

Munafiqun/63:10 Sizə ölüm gəlib və, "Rəbbim, kaş ki, məni qısa bir müdət üçün təxirə salsaydın, yoxsullara yardım edərək, müttəqilərdən ola bilsəm," demədən öncə verdiyimiz ruzilərdən yardım üçün verin.

Fəcr/89:23 (Ona görə) ki, cəhənnəm də o gün gətirilmişdir. Bax o gün insan anlayacaqdır. Artıq anlamanın ona nə faydası var ki!
Fəcr/89:23 (Ona görə) ki, cəhənnəm də o gün gətirilmişdir. Bax o gün insan anlayacaqdır. Artıq anlamanın ona nə faydası var ki!
Fəcr/89:24 "Kaş ki, bu həyatım üçün öncədən bir şeylər etsəydim," deyər.