Fəth - 48:20
Allah sizin çoxlu qənimət ələ keçirəcəyinizi sizə söz vermişdir. Sizə bunu tezliklə verdi və insanların əllərini sizdən çəkdi. Beləcə bunu iman edənlər üçün bir dəlil etdi və sizi ən doğru yola yönəltdi.
Əlaqəli:
Əhzab/33:25
Allah inkar edənləri öfkələriylə birlikdə əlləri boş olaraq geri çevirdi. Allah beləcə iman edənləri savaşdan qorudu. Allah güclüdür, Üstündür.
Əhzab/33:26
Və Kitab əhlindən onlara dəstək olanları qalalarından endirdi və ürəklərinə qorxu saldı. Bir qismini öldürür, bir qismini də əsir alırdınız.
Əhzab/33:27
Sizi onların torpağına, evlərinə, paralarına (pullarına) və hələ ayağınızı belə basmamış olduğunuz torpaqlara varis etdi. Allah hər şeyə Gücü Yetəndir.
Maidə/5:11
Ey iman edənlər! Allahın sizə olan nemətini xatırlayın: Bir vaxt bir topluluq sizə əl qaldırmaq fikrinə düşmüşdü, (Allah) onların əllərini sizdən çəkmişdi. Allahı dinləyin! İman edənlər Allaha güvənsin.
Ali İmran/3:13
Qarşılaşan iki orduda sizin üçün bir dərs var. Ordulardan biri Allah yolunda savaşarkən, digəri də inkarçı idi. Onları (iman edənləri), gözləri ilə özlərinin iki qatı olaraq görürdülər. Allah istədiyini zəfərlə dəstəkləyər. Bunda fikir sahibləri üçün bir ibrət vardır.
Fəth/48:20
Allah sizin çoxlu qənimət ələ keçirəcəyinizi sizə söz vermişdir. Sizə bunu tezliklə verdi və insanların əllərini sizdən çəkdi. Beləcə bunu iman edənlər üçün bir dəlil etdi və sizi ən doğru yola yönəltdi.
Fəth/48:21
Güc yetirə bilmədiyiniz digər qrupa gəlincə, onları Allah əhatə etmişdir. Allah əlbəttə hər şeyə Gücü Yetəndir.
Fəth/48:22
İnkar edənlər sizinlə savaşsaydılar, dönüb qaçardılar. Sonra nə bir sahib, nə də bir yardımçı tapa bilməzdilər.
Fəth/48:23
Əzəldən bəri tətbiq edilən Allahın sünnəti (sistemi) budur. Allahın sünnətində bir dəyişiklik tapa bilməzsən.
Fəth/48:24
Sizi onlara qarşı üstün gətirdikdən sonra Məkkənin mərkəzində onların əllərini sizdən, sizin də əllərinizi onların yaxasından çəkən Odur. Allah etdiklərinizi Görəndir.
Həşr/59:2
O ki, kitab əhlindən inkarçı olanları ilk sürgün üçün ölkələrindən çıxarmışdır. Onların çıxacağını heç gözləmirdiniz. Qalalarının onları Allahdan qoruyacağını sandılar. Ancaq Allah onlara ummadıqları bir yerdən gəldi və qəlblərinə qorxu saldı. Beləcə evlərini öz əlləri ilə və iman edənlərin əlləri ilə yıxırlar. Ey fikir adamları, ibrət alın.
Həşr/59:3
Allah onları ayrılmağa məcbur etməsəydi, bu dünyada cəzalandıracaqdı. Axirətdə də onlara atəş əzabı vardır.
Həşr/59:6
Allahın onlardan alıb elçisinə verdikləri üçün, siz at və dəvə sürmədiniz (savaşmadınız); Amma Allah elçisini istədiyinin üstünə göndərir. Allah hər şeyə Qadirdir.