Nisa - 4:46 Yəhudilərin bir qismi kəlmələrin mənasını dəyişdirir və "eşitdik ancaq qəbul etmirik", və ya "sözünüz kar qulağa girir" və ya dini məsxərəyə qoymaq üçün dillərini əyib-bükərək, "Raina (çobanımız ol)" deyərlər. Onlar, "Eşitdik və itaət etdik", "Dinləyirik" və "Bizə nəzər sal", desəydilər özləri üçün daha yaxşı və daha doğru olardı. Lakin Allah inkarlarına görə onları lənətləmişdir. Çoxları iman etməz.
İsrail oğullarının inkar edənləri mənfəətlərinə zidd olan əmrləri ehtiva edən ayələri qəbul etməyib dəyişdirdilər:
Bəqərə/2:146 Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar; Amma yenə də onlardan bir qrup bilə-bilə gerçəyi gizlədir.
Bəqərə/2:58 “Bu şəhərə daxil olun. Orada istədiyiniz yerdən bol-bol yeyin. Qapıdan təvazökar olaraq daxil olun və dostca danışın ki, xətalarınızı bağışlayaq. Gözəl davrananlara daha artığını verərik" demişdik.
Bəqərə/2:59 Ancaq içinizdəki zalımlar, onlara verilən kəlmələri başqa kəlmələrlə dəyişdirdilər. Həqiqətən, yoldan çıxdıqları üçün zülm edənlərin üzərinə göydən bir əzab endirdik.
Bəqərə/2:75 Onların sizə inanacaqlarınımı sanırsınız? Halbuki onların bir qismi, Allahın Sözünü eşidib qavradıqdan sonra, bilə-bilə onu dəyişdirirdilər.

Ali İmran/3:187 Allah kitab verilənlərdən, "Onu mütləq insanlara açıqlayacaqsınız, gizləməyəcəksiniz," - deyə söz almışdı. Fəqət onlar, onu arxalarına atıb az bir dəyərə satdılar. Nə pis bir alış-veriş!

Nisa/4:46 Yəhudilərin bir qismi kəlmələrin mənasını dəyişdirir və "eşitdik ancaq qəbul etmirik", və ya "sözünüz kar qulağa girir" və ya dini məsxərəyə qoymaq üçün dillərini əyib-bükərək, "Raina (çobanımız ol)" deyərlər. Onlar, "Eşitdik və itaət etdik", "Dinləyirik" və "Bizə nəzər sal", desəydilər özləri üçün daha yaxşı və daha doğru olardı. Lakin Allah inkarlarına görə onları lənətləmişdir. Çoxları iman etməz.
Nisa/4:155 Sözlərini pozmalarından, Allahın ayə və dəlillərini inkar etmələrindən, peyğəmbərləri haqsız yerə öldürmələrindən və “Sabit fikirliyik!”– demələrindən ötrü, bəli inkarlarından ötrü Allah onların anlayışlarını möhürlədi. Bunun üçün çox az hissəsi iman edir.

Maidə/5:13 Sözlərini pozduqları üçün onları lənətlədik, qəlblərini sərtləşdirdik. Sözlərin mənasını kontekstindən dəyişdirirlər. Xəbərdar edildikləri şeylərin bir qismini unutdular. Onların çoxundan sürəkli xəyanət görəcəksən. Onları əfv et və əhəmiyyət vermə. Allah gözəl davrananları sevər.

Əraf/7:162 Fəqət onlardan zalım olanlar, sözü, onlara söylənəndən başqası ilə dəyişdirdilər. Biz də zülm etmələrindən ötrü üzərlərinə göydən bir əzab göndərdik.

Bəqərə/2:85 Bütün bunlardan sonra, siz hələ də bir-birinizi öldürür, aranızdan bir qrupu yurdlarından çıxarır, pislik və düşmənçilik etməkdə onlara qarşı birləşirsiniz. Onları yurdlarından çıxarmanız sizə haram edildiyi halda, bu yetməyirmiş kimi sizə əsir düşdüklərində də, bir də onlardan fidyə istəyirsiniz. Yoxsa siz Kitabın bir qisminə iman edib, bir qismini inkarmı edirsiniz? Bu cür davrananların cəzası dünya həyatında rəzil olmaq, Dirilmə günündə də əzabın ən şiddətlisinə uğradılmaqdan başqa nə ola bilər? Allah etdiklərinizdən qafil (bixəbər) deyildir.