بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:141 Bax onlar bir camaat idi; gəlib keçdilər. Onların qazandıqları özlərinin, sizin qazandıqlarınız sizindir. Siz onların etdiklərindən sorğu-sual olunmayacaqsınız.
2:142 İnsanlardan bəzi beyinsizlər: “Yönəldikləri qiblədən onları çevirən nədir?” - deyəcəklər. De ki: “Məşriq də, məğrib də Allahındır. O, istəyəni doğru yola yönəldir."
2:143 Beləcə sizi açıq fikirli bir camaat etdik ki, insanların arasında şahidlər ola biləsiniz və elçi də aranızda şahid ola bilsin. Elçiyə tabe olanlarla topuqları üzərində geriyə dönənləri bir-birindən ayırmaq üçün öncədən yönəldiyin qibləni dəyişdirdik. Allahın yol göstərdiyi kimsədən başqasına əlbəttə bu ağır gəlir. Allah imanınızı boşa çıxarmaz. Allah insanlara Şəfqətlidir, Rəhmlidir.
2:144 Üzünü göyə çevirib durduğunu görürük. Səni, razı qalacağın bir qibləyə çevirəcəyik. Artıq üzünü Müqəddəs Məscidə çevir. Harada olursunuzsa olun üzlərinizi o yönə çevirin. Şübhəsiz, özlərinə kitab verilənlər, bunun Rəblərindən gələn bir gerçək olduğunu bilirlər. Allah onların etdiyindən qafil deyildir.
2:145 Kitab verilənlərə hər cürə ayəni (möcüzəni) gətirsən də, onlar yenə sənin qiblənə yönəlməz. Sən də onların qibləsinə tabe olan deyilsən. Onlar bir-birlərinin qibləsinə də tabe olmaz. Sənə gələn bu bilgidən sonra, onların kefinə (istəyinə) uyarsansa zalımlardan olarsan.
2:146 Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar; Amma yenə də onlardan bir qrup bilə-bilə gerçəyi gizlədir.
2:148 Hər birinizin seçdiyi bir yön və üsul var; siz yaxşılıqda yarışın. Harada olursunuz olun Allah sizi bir araya gətirər. Allah əlbəttə hər şeyə gücü yetəndir.
2:149 Hansı tərəfdən yola çıxarsan çıx, (namaz üçün) üzünü Müqəddəs Məscidə doğru çevirməlisən! Bu, əlbəttə Rəbbindən gələn bir gerçəkdir. Allah etdiyiniz heç bir şeydən xəbərsiz deyildir.
2:150 Hansı tərəfdən yola çıxarsan çıx, (namaz üçün) üzünü Müqəddəs Məscidə doğru çevirməlisən! Harada olursunuzsa olun, üzünüzü onun tərəfinə çevirin ki, insanların sizə qarşı (tənqid edəcək) bir dəlili olmasın. Zalımlara gəlincə, onlardan çəkinməyin, Məndən çəkinin ki, sizə olan nemətimi tamamlayım və siz də doğruya yetişə biləsiniz.
2:151 Həmçinin, sizə ayələrimi oxuyacaq, sizləri təmizləyəcək, sizə kitab və hikməti öyrədəcək, bilmədiklərinizi bildirəcək bir elçini aranızdan seçib göndərdik.
2:152 Məni xatırlayın ki, Mən də sizi xatırlayım. Mənə təşəkkür edin; nankorluq etməyin.
2:153 Ey iman edənlər! Çətinliklərə qarşı səbr və namaz ilə yardım diləyin. Əlbəttə Allah səbr edənlərlə bərabərdir.
2:154 Allah yolunda öldürülənlərə: “Onlar ölülərdir!” deməyin. Əksinə, onlar diridir, fəqət siz fərqində deyilsiniz.
2:155 Sizi qorxuyla, aclıqla, para (pul), can və məhsul itkisi ilə sınayacağıq. Müjdə ver səbr edənlərə.
2:156 Ona görə ki, onlara bir müsibət gəldiyində: “Biz, Allaha aidik və Ona dönəcəyik," – deyərlər.
2:157 Məhz onlara, Rəblərindən dəstək və rəhmət vardır. Onlar doğruya yetişənlərdir.
2:158 Səfa və Mərvə (təpələri) Allahın işarələrindəndir. Həcc və ya ziyarət (ümrə) üçün Evə gələn birisi o ikisi arasında gedib-gələ bilər. Kim könüldən bir yaxşılıq edərsə, Allah təşəkkürə qarşılıq verəndir, Biləndir.
2:159 Nazil etdiyimiz açıq-aydın dəlilləri və hidayəti, -Biz kitabda insanlara açıqladıqdan sonra- gizləyənləri həm Allah, həm də lənətləyənlər lənətləyər.
2:160 Ancaq, yönəlib özlərini düzəldənlər və (kitabı) açıqlayanlar xaric; onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhiməm.