Nisa - 4:49
Özlərini təmizə çıxaranları görmürsənmi? Halbuki Allah istədiyini təmizə çıxarır. Onlara ən ufaq bir haqsızlıq edilməz.
Yəhudi və ya Xristianlar Allahın sevimli qulları olduqlarını və ona görə də bağışlanıb cənnətə girəcəklərini iddia etdilər:
Nisa/4:122
İman edib müttəqi işlər görənləri, içlərində çaylar axan, cənnətlərə yerləşdirəcəyik; orada əbədi qalacaqlar. Allahın sözü gerçəkdir. Allahdan daha doğru sözlü kim ola bilər?
Nisa/4:123
Bu, nə sizin xülyalarınız, nə də Kitab əhlinin xülyalarına görədir: Kim bir pislik işləyərsə qarşılığını görər və Allahdan başqa bir Sahib və Yardımçı tapa bilməz.
Maidə/5:18
Yəhudilər və Xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. "Elə isə günahlarınıza görə nə üçün sizi cəzalandırır? Siz sadəcə Onun yaratdığı insanlardansınız," - de. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Göylərin, yerin və bunların arasındakıların hökmranlığı Allaha aiddir. Dönüş də Onadır.
Əraf/7:169
Onların yerinə, Kitaba mirasçı olan başqa nəsillər keçdi. Ancaq, "Necə olsa bağışlanacağıq," deyərək alçalmağı və keçici mənfəətləri seçdilər. Onlara, oxşar keçici mənfəətlər gəlsə, yenə seçərlər. Onlardan, kitaba bağlı qalacaqlarına və Allah haqqında ancaq gerçəyi söyləyəcəklərinə dair söz alınmamışdımı? Onu oxuyub öyrənmədilərmi? Müttəqilər üçün axirət yurdu daha xeyirlidir. Anlamırsınız?
Nisa/4:49
Özlərini təmizə çıxaranları görmürsənmi? Halbuki Allah istədiyini təmizə çıxarır. Onlara ən ufaq bir haqsızlıq edilməz.
Bəqərə/2:111
“Yəhudi və ya Xristianlardan başqası cənnətə daxil ola bilməz!" - dedilər. Bu, onların boş və əsassız sözləridir. De ki: "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."
Bəqərə/2:93
Bir vaxt üzərinizə Tur dağını qaldırıb sizdən söz almışdıq: “Sizə verdiyim əmrlərə möhkəmcə sarılın və dinləyin!” Fəqət “Dinlədik və qarşı gəldik,” - dedilər. İnkar etmələrinə görə qəlbləri buzov ilə aldandı. De ki: “İman etmişsinizsə, inancınız sizə necə də pis yön verir!”
Bəqərə/2:94
De ki: “İddia etdiyiniz kimi, Axirət yurdu Allah tərəfindən heç kimsəyə deyil, sadəcə sizin üçün ayrılmışsa və bunu (iddia etdiyinizi) müdafiə etməkdə səmimisinizsə onda ölümü istəyin!”
Bəqərə/2:95
Əllərinin etdiklərinə (əməllərinə) görə bunu əsla istəməyəcəklər. Allah zalımları bilir.
Bəqərə/2:96
Onları, yaşamağa ən həris insanlar olaraq görəcəksən; hətta bütpəstlərdən artıq... Onlardan hər biri min il yaşamaq istəyər. Halbuki, uzun yaşaması onu əzabdan uzaqlaşdırmaz. Allah etdiklərini görəndir.
Bəqərə/2:135
“Yəhudi və ya Xristian olun ki, doğru yolu tapa biləsiniz," - dedilər. De ki: "Xeyr, biz İbrahimin Təkallahlı dininə tabe olarıq. O, ortaq qoşanlardan olmadı."
Bəqərə/2:140
İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."
Hədid/57:29
Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfünü inhisara ala bilməzlər, bütün lütf Allahın əlindədir, onu istədiyinə və/və ya istəyənə verir. Allah Böyük Lütf Sahibidir.
Cumuə/62:6
De ki, "Ey Yəhudilər, insanların arasından yalnız özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, ölümü diləyin; doğrusunuzsa."
Cumuə/62:7
Onlar, etdiklərindən ötrü heç bir vaxt onu diləyə bilməyəcəklər. Allah zalımları yaxşı bilir.
Cumuə/62:8
De ki, "Qaçdığınız ölüm, mütləq sizə yetişəcək və daha sonra gizlini və aşkarı Bilənin hüzuruna döndəriləcəksiniz. Etdiyiniz hər şeyi sizə bildirəcəkdir."