Qaf - 50:11
Qullara bir qida olaraq. Onunla bölgəni diriltdik. Çıxış (dirilmə) də belədir.
Allah qidalandırıcı qidalarla qidalandırır:
Naziat/79:30
Və yeri də yumurta formasına saldı.
Naziat/79:31
Ondan suyunu və otlağını çıxartdı.
Naziat/79:32
Dağları da yerləşdirdi.
Naziat/79:33
Bütün bunlar sizin və heyvanlarınızın dolanışığı üçündür.
Nəhl/16:5
Və kənd təsərrüfatı heyvanlarını da sizin üçün yaratdı. Onlarda istilik və digər faydalar vardır və onlardan yeyirsiniz.
Ta ha/20:54
Kənd təsərrüfatı heyvanlarını yeyin, otarın. Zəka sahibləri üçün bunda ayələr vardır.
Nəhl/16:14
O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.
Fatir/35:12
İki dəniz bir-birinə eyni deyildir. Bu təzə və dadlı içilməsi rahatdır, bu isə duzlu və acıdır. Hamısından təzə ət yeyirsiniz və taxacağınız zinət əşyaları çıxarırsınız. Onun lütfünü axtaran gəmilərin onu yararaq axdığını görürsən. Bəlkə artıq şükür edərsiniz.
Ənam/6:99
Göydən su endirən Odur. Onunla hər çeşid bitkini yetişdirdik. O bitkidən yetişdirdiyimiz yaşıl maddə ilə də saysız dənələr çıxardıq. Tumurcuğundan salxımlar sallanan xurma ağacları, üzüm bağları, zeytun və nar kimi bir-birinə bənzəyən və bənzəməyən məhsullar çıxardıq. Hər birinin meyvə vermə zamanında meyvəsinə və yetişməsinə baxın. İman edən bir camaat üçün bunda dəlillər və ibrətlər vardır.
Qaf/50:9
Və göydən bərəkətli bir su endirərək, onunla bağçalar və biçiləcək dənələri (dənli bitkiləri) bitirdik.
Qaf/50:10
Salxım-salxım tumurcuqlara sahib yüksək xurma ağacları yetişdirdik.
Rahmən/55:10
Yer üzünü bütün məxluqlar üçün yaratdı.
Rahmən/55:11
Orada meyvələr, salxımlı xurma ağacları vardır.
Rahmən/55:12
Qabıqlı dənli və xoş qoxulu bitkilər (ədviyyat bitkiləri).
Nəbə/78:14
Buludlardan isə şırıl-şırıl yağmur yağdırdıq.
Nəbə/78:15
(Ona görə) ki, onunla dənələr və bitkilər.
Nəbə/78:16
Və növbənöv bağçalar çıxardaq.
Əbəsə/80:25
Biz suyu tökdükcə tökdük.
Əbəsə/80:26
Torpağı yardıqca yardıq.
Əbəsə/80:27
Və orada dənələr (dənli bitkilər) bitirdik,
Əbəsə/80:28
Üzümlər, çayırlar,
Əbəsə/80:29
Zeytunlar, xurmalar,
Əbəsə/80:30
İri və sıx ağaclı bağçalar,
Əbəsə/80:31
Meyvələr və tərəvəzlər...
Əbəsə/80:32
Sizə və heyvanlarınıza bir dolanışıq olaraq.
İbrahim/14:32
Allah göyləri və yeri yaradan, göydən bir su endirib sizin üçün müxtəlif meyvələrdən qidalar çıxarandır. Qoyduğu qanuna görə sizi dənizdə daşıması üçün gəmiləri əmrinizə verdi. Eyni şəkildə çayları da əmrinizə verdi.
Ənkəbut/29:60
Qidalarını daşıya bilməyən neçə-neçə canlılar vardır ki, onları da, sizi də Allah qidalandırır.
Səba/34:24
De ki, "Sizin üçün göylərdən və yerdən kim qida təmin edir?" De ki, "Allah!" Elə isə biz və ya siz, ya doğru yoldadır, ya da açıq-aydın bir azğınlıq içindədir."
Ğafir/40:64
Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!
Hicr/15:20
Orada həm sizin üçün, həm də sizin qidalandırmadığınız canlılar üçün yaşaya biləcək bir mühit yaratdıq.
Rad/13:4
Yer üzündə, bir-birinə qonşu torpaq hissələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurmalıqlar vardır. Bunların hamısı eyni su ilə sulanmalarına rəğmən ləzzət baxımından bir-birindən fərqli etmişik. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.
Ənam/6:151
De ki: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini söyləyim." Ona heç bir şeyi ortaq qoşmayın. Ana-ataya yaxşı davranın. Yoxsulluq qorxusuyla övladlarınızı öldürməyin; Sizi də, onları da Biz bəsləyirik. Böyük günahların aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın qutlu hesab etdiyi cana haqsız yerə qıymayın. Bunlar, düşünəsiniz deyə Onun sizə verdiyi öyüdlərdir.
Zəriyət/51:57
Onlardan nə bir ruzi istəyirəm, nə də Məni yedirtmələrini.
Zəriyət/51:58
Şübhəsiz, Ruzi verən, Qüvvət Sahibi və Güclü olan ancaq Allahdır.
İsra/17:70
Adəm oğullarına şərəf verdik. Onları quruda və dənizdə daşıdıq. Onları gözəl nemətlərlə bəslədik. Yaratdıqlarımızın bir çoxundan xeyli üstün etdik.
Hud/11:6
Yer üzündə elə bir canlı (məxluq) yoxdur ki, ruzisi Allah tərəfindən təmin edilməsin. Onların qalacaqları və uğrayacaq yerlərini bilir. Bütün bunlar açıq-aşkar bir kitabdadır.