Zəriyət - 51:34          
          
                        "Rəbbinin tərəfindən həddi aşanlar üçün işarələnmiş olaraq."           
        
        
          24, 25 ... 34 ayələri əsasında; İbrahimə gələn qonaqlar (mələklər) ilə əlaqəli:        
      
                  
                    
                      Hud/11:69                    
                  
                  
                                        Elçilərimiz İbrahimə müjdəni götürdüklərində "Salam!" (sülh olsun) dedilər. O da "Salam!" dedi və dərhal (onlara) qızardılmış bir buzov gətirdi.                  
                
                
              
                  
                    
                      Hud/11:70                    
                  
                  
                                        Əllərinin ona uzanmadığını görüncə, bu hallarını bəyənmədi; içinə bir qorxu düşdü. "Qorxma," dedilər, "Biz Lutun xalqına göndərilmişik."                  
                
                
              
                  
                    
                      Hud/11:71                    
                  
                  
                                        Ayaq üstə duran arvadı (bu xəbərə sevinib) gülüncə Biz də ona (İbrahimə) İshaqı və İshaqın ardından Yəqubu müjdələdik.                  
                
                
              
                  
                    
                      Hud/11:72                    
                  
                  
                                        "Vay başıma gələnlər," dedi, "Mən yaşlı bir qadın və ərim də qoca bir adam ikən uşaqmı doğacağam? Bu, çox qəribə bir şeydir!"                  
                
                
              
                  
                    
                      Hud/11:73                    
                  
                  
                                        "Allahın işinəmi təəccüblənirsən?" dedilər, "Allahın rəhməti və bərəkəti sizin üzərinizədir ey ev əhli. O, Tərifə Ən Layiqdir, Ucaların Ucasıdır."                   
                
                
              
                  
                    
                      Hud/11:74                    
                  
                  
                                        İbrahimdən qorxu gedib, ona bu müjdə verilincə, Lut xalqı haqqında Bizimlə mübahisə etməyə başladı.                   
                
                
              
                  
                    
                      Hud/11:75                    
                  
                  
                                        Doğrusu, İbrahim çox yumşaq, çox duyğulu və daim (Tanrıya) yönələn biri idi.                  
                
                
              
                  
                    
                      Hud/11:76                    
                  
                  
                                        "Bundan əl çək İbrahim. Rəbbinin əmri gəlmişdir; onlar qarşısıalınmaz bir əzaba məhkum olmuşdurlar."                   
                
                
              
                  
                    
                      Hud/11:77                    
                  
                  
                                        Elçilərimiz Lutun yanına gəlincə, onlara pis davranıldı. Bu durum (Lutun) canını sıxdı və (özü-özünə), "Bu, çox çətin bir gün olacaq", dedi.                   
                
                
              
                  
                    
                      Hud/11:78                    
                  
                  
                                          Xalqı yüyürərək oraya gəldilər; günah işləməyi adət halına gətirmişdilər. "Ey xalqım, bunlar qızlarımdır, onlar sizin üçün daha təmizdir. Allaha hörmət edin, qonaqlarımın qarşısında məni rəzil etməyin. İçinizdə ağlı başında bir adam yoxdur?" dedi.                  
                
                
              
                  
                    
                      Hud/11:79                    
                  
                  
                                        "Bilirsən ki, sənin qızlarına bizim bir ehtiyacımız yoxdur. Sən bizim nə istədiyimizi yaxşı bilirsən," dedilər.                  
                
                
              
                  
                    
                      Hud/11:80                    
                  
                  
                                        (Lut:) "Kaş ki, sizə gücüm yetsəydi və ya güclü dostlara sahib olsaydım," dedi.                   
                
                
              
                  
                    
                      Hud/11:81                    
                  
                  
                                        (Mələklər) dedilər, "Ey Lut, biz, Rəbbinin elçiləriyik. Onlar sənə toxuna bilməzlər. Ailəni gecənin bir vaxtında götürüb başqa yerə apar, sizdən heç kimsə geriyə baxmasın; fəqət sənin arvadın istisna. Digərlərinin başına gələnlər onun da başına gələcəkdir. Onların müəyyən edilmiş zamanı səhər vaxtıdır. Səhər yaxın deyilmi?"                  
                
                
              
                  
                    
                      Hud/11:82                    
                  
                  
                                        Əmrimiz gəlincə onun üstünü altına çevirdik, üzərlərinə qat-qat bərkimiş daş yağdırdıq.                  
                
                
              
                  
                    
                      Hud/11:83                    
                  
                  
                                        Zalımları tapsın deyə Rəbbin tərəfindən müəyyən edilmiş (daşlar)...                  
                
                
              
                  
                    
                      Hicr/15:51                    
                  
                  
                                        Onlara İbrahimin qonaqlarından xəbər ver.                  
                
                
              
                  
                    
                      Hicr/15:52                    
                  
                  
                                        Onun yanına daxil olub: "Salam!" demişdilər. O da, "Biz sizdən qorxuruq," demişdi.                   
                
                
              
                  
                    
                      Hicr/15:53                    
                  
                  
                                        "Narahat olma, biz sənə bilikli bir oğul müjdəsini veririk," demişdilər.                  
                
                
              
                  
                    
                      Hicr/15:54                    
                  
                  
                                        (İbrahim:) "Yaxşıca yaşlandığım halda məni müjdələyirsiniz? Məni nə ilə müjdələyirsiniz?" dedi.                  
                
                
              
                  
                    
                      Hicr/15:55                    
                  
                  
                                        "Sənə gerçəyi müjdələdik, ümidini kəsmə," dedilər.                  
                
                
              
                  
                    
                      Hicr/15:56                    
                  
                  
                                        "Azğınlardan başqa Rəbbinin rəhmətindən kim ümid kəsər?" dedi.                  
                
                
              
                  
                    
                      Hicr/15:57                    
                  
                  
                                        "Ey elçilər, görəviniz nədir?" dedi.                  
                
                
              
                  
                    
                      Hicr/15:58                    
                  
                  
                                        "Biz, günahkar bir camaata göndərildik;"                   
                
                
              
                  
                    
                      Hicr/15:60                    
                  
                  
                                        "Yalnız arvadından başqa; onun geridə qalanlardan olmasını qərarlaşdırdıq," dedilər.                   
                
                
              
                  
                    
                      Hicr/15:61                    
                  
                  
                                        Elçilər Lutun ailəsinin yanına gəldiklərində                  
                
                
              
                  
                    
                      Hicr/15:62                    
                  
                  
                                        (Lut:) "Siz, bizim tanımadığımız bir topluluqsunuz," dedi.                  
                
                
              
                  
                    
                      Hicr/15:63                    
                  
                  
                                        Dedilər ki: "Onların şübhə duyduqları şeyi sənə gətirdik."                   
                
                
              
                  
                    
                      Hicr/15:64                    
                  
                  
                                        "Sənə gerçəyi gətirdik, biz həqiqətən doğru danışırıq."                   
                
                
              
                  
                    
                      Hicr/15:65                    
                  
                  
                                        "Gecə vaxtı ailənlə birlikdə çıx. Arxalarından izlə və heç biriniz arxaya baxmasın. Sizə əmr edilən yerə gedin."                  
                
                
              
                  
                    
                      Hicr/15:66                    
                  
                  
                                        'Bu xalq, səhər vaxtı məhv ediləcəkdir' şəklindəki əmri ona bildirdik.                  
                
                
              
                  
                    
                      Hicr/15:67                    
                  
                  
                                        Şəhər əhalisi sevincli halda gəldilər.                   
                
                
              
                  
                    
                      Hicr/15:68                    
                  
                  
                                        (Lut:) "Bunlar qonaqlarımdır, əsla məni utandırmayın."                  
                
                
              
                  
                    
                      Hicr/15:69                    
                  
                  
                                        "Allahdan qorxun, məni rəzil etməyin," dedi.                  
                
                
              
                  
                    
                      Hicr/15:70                    
                  
                  
                                        (Onlar:) "İnsanlarla dialoq qurmaqdan səni çəkindirməmişdikmi?" dedilər.                  
                
                
              
                  
                    
                      Hicr/15:71                    
                  
                  
                                        (Lut) dedi: "Bunlar mənim qızlarımdır. Əgər istəyirsinizsə!"                  
                
                
              
                  
                    
                      Hicr/15:72                    
                  
                  
                                        Çox heyif ki, onlar, sərxoşluqları içində sərgərdan gəzirdilər.                  
                
                
              
                  
                    
                      Hicr/15:73                    
                  
                  
                                        Dan yeri ağararkən onları fəlakətli bir gurultu yaxaladı.                  
                
                
              
                  
                    
                      Hicr/15:74                    
                  
                  
                                        Onun altını üstünə çevirdik. Üzərlərinə palçıqdan olan sərt daşlar yağdırdıq.                  
                
                
              
                  
                    
                      Hicr/15:75                    
                  
                  
                                        Bunda, incələyib araşdıranlar üçün dərslər vardır.                  
                
                
              
                  
                    
                      Hicr/15:76                    
                  
                  
                                        Və o (xaraba şəhər), yol üzərində durmaqdadır.                  
                
                
              
                  
                    
                      Hicr/15:77                    
                  
                  
                                        Bunda, iman edənlər üçün bir işarət vardır.                  
                
                
              
                  
                    
                      Zəriyət/51:24                    
                  
                  
                                        İbrahimin möhtərəm qonaqlarının xəbərini aldınmı?                  
                
                
              
                  
                    
                      Zəriyət/51:25                    
                  
                  
                                        Onun hüzuruna girmişdilər və "Salam (sülh) olsun" demişdilər. O da, "Salam sizə, yadlar (tanış olmayanlar)!" demişdi.                  
                
                
              
                  
                    
                      Zəriyət/51:26                    
                  
                  
                                        Ailəsinə yönəldi və sonra kök bir buzov ilə gəldi.                  
                
                
              
                  
                    
                      Zəriyət/51:27                    
                  
                  
                                        Onu onların önünə çəkib, "Yemirsiniz?" dedi.                   
                
                
              
                  
                    
                      Zəriyət/51:28                    
                  
                  
                                        Onlardan bir qorxu hiss etdi. Bunun üzərinə onlar, "Qorxma!" dedilər və ona bilikli bir oğul müjdələdilər.                  
                
                
              
                  
                    
                      Zəriyət/51:29                    
                  
                  
                                        Arvadı heyrət içində, (heyrətdən) üzünə vuraraq, "Qısır bir yaşlı qadın!" dedi.                  
                
                
              
                  
                    
                      Zəriyət/51:30                    
                  
                  
                                        Dedilər ki, "Rəbbin belə söyləmişdir. O, Hikmət Sahibidir, Biləndir."                   
                
                
              
                  
                    
                      Zəriyət/51:31                    
                  
                  
                                        (İbrahim:) "Ey elçilər, əsl görəviniz nədir?" dedi.                  
                
                
              
                  
                    
                      Zəriyət/51:32                    
                  
                  
                                        Dedilər ki, "Biz günahkar bir topluluğa göndərildik."                   
                
                
              
                  
                    
                      Zəriyət/51:33                    
                  
                  
                                        "Üzərlərinə palçıqdan daşlar göndərmək üçün..."                  
                
                
              
                  
                    
                      Zəriyət/51:34                    
                  
                  
                                        "Rəbbinin tərəfindən həddi aşanlar üçün işarələnmiş olaraq."                   
                
                
              
                  
                    
                      Zəriyət/51:35                    
                  
                  
                                        Sonra, orada iman edənlərdən kim varsa çıxardıq.                   
                
                
              
                  
                    
                      Zəriyət/51:36                    
                  
                  
                                        Zatən orada bir evdən başqa heç bir müsəlman tapmadıq.                  
                
                
              
                  
                    
                      Zəriyət/51:37                    
                  
                  
                                        Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir dərs buraxdıq.