Zəriyət - 51:37          
          
                        Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir dərs buraxdıq.          
        
        
          İman edənlər pis hesabdan qorxarlar:        
      
                  
                    
                      Furqan/25:65                    
                  
                  
                                        Və onlar belə deyərlər, "Rəbbimiz, Cəhənnəm cəzasını bizdən uzaqlaşdır. Onun cəzası qorxuncdur."                   
                
                
              
                  
                    
                      Şuəra/26:49                    
                  
                  
                                        (Firon) dedi ki: "Mən sizə izin vermədənmi ona iman etdiniz? O, sizə sehrbazlığı öyrədən ustanız olmalıdır. İndi görəcəksiniz: Əllərinizi, ayaqlarınızı çarpaz kəsəcəyəm və hamınızı asacağam."                  
                
                
              
                  
                    
                      Şuəra/26:50                    
                  
                  
                                        Dedilər, "Vecimizə deyil, biz onsuz da Rəbbimizə dönəcəyik."                   
                
                
              
                  
                    
                      Şuəra/26:51                    
                  
                  
                                        "İlk iman edənlər olduğumuz üçün ümid edirik ki, Rəbbimiz xətalarımızı bağışlayar."                  
                
                
              
                  
                    
                      Fatir/35:29                    
                  
                  
                                        Allahın Kitabını oxuyanlar, namazı qoruyanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün verənlər tükənməyən bir qazanc umarlar.                  
                
                
              
                  
                    
                      Şuəra/26:82                    
                  
                  
                                        "Haqq-hesab günündə, qüsurlarımı bağışlayacağını ümid etdiyim də Odur."                  
                
                
              
                  
                    
                      İsra/17:57                    
                  
                  
                                        Onların çağırdıqları şəxslər belə Rəblərinə yaxınlaşmaq üçün yol axtararlar. Onun rəhmətini ümid edər, cəzasından qorxarlar. Rəbbinin cəzası ehtiyat ediləcək bir şeydir.                  
                
                
              
                  
                    
                      Yusuf/12:53                    
                  
                  
                                        "Günahsız olduğumu iddia etmirəm. Şübhəsiz eqo, pisliyi arzulayır. Mən ancaq Rəbbimin mərhəmətini ümid edirəm; Rəbbim Bağışlayandır, Rəhmlidir."                    
                
                
              
                  
                    
                      İnsan/76:9                    
                  
                  
                                        "Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."                  
                
                
              
                  
                    
                      İnsan/76:10                    
                  
                  
                                        "Biz, üzü dönmüş və bəlalı bir gündən ötrü Rəbbimizdən çəkinirik."                   
                
                
              
                  
                    
                      Nur/24:37                    
                  
                  
                                        Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.                  
                
                
              
                  
                    
                      Əraf/7:56                    
                  
                  
                                        Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. Ona qorxu və ümidlə yalvarın. Allahın rəhməti gözəl davrananlara yaxındır.                  
                
                
              
                  
                    
                      Məaric/70:27                    
                  
                  
                                        Rəblərinin əzabından çəkinirlər;                  
                
                
              
                  
                    
                      İnsan/76:7                    
                  
                  
                                        Onlar sözlərini yerinə yetirərlər və olduqca pis olan bir gündən qorxarlar.                   
                
                
              
                  
                    
                      Rad/13:21                    
                  
                  
                                        Onlar ki, Allahın birləşdirməsini əmr etdiyi şeyi birləşdirirlər, Rəblərinə hörmət edərlər və pis haqq-hesabdan qorxarlar.                   
                
                
              
                  
                    
                      Maidə/5:84                    
                  
                  
                                        "Rəbbimizin bizi yaxşıların arasına qatmasını ümid etdiyimiz halda nə üçün Allaha və bizə yetişən gerçəklərə iman etməyək?"                  
                
                
              
                  
                    
                      Kəhf/18:46                    
                  
                  
                                        Para (pul) və övladlar bu dünya həyatının cəlbedici materiallarıdır. Amma, daimi qalacaq müttəqi işlər, Rəbbinin qatında bir mükafat və ümid olaraq daha yaxşıdır.                  
                
                
              
                  
                    
                      İsra/17:28                    
                  
                  
                                        Rəbbindən ümid etdiyin bir rəhməti əldə etmək üçün onlardan üz çevirmək məcburiyyətində qalarsansa onlara yumşaq söz söylə.                  
                
                
              
                  
                    
                      Tur/52:26                    
                  
                  
                                        "Daha öncə xalqımızın arasında çəkinirdik," deyərlər,                   
                
                
              
                  
                    
                      Ənbiya/21:90                    
                  
                  
                                        Duasını qəbul etdik və ona Yəhyanı verdik. Onun üçün arvadının durumunu düzəltdik. Çünki onlar yaxşı işlərdə yarışırlar, Bizə ümid edərək və qorxaraq yalvarırdılar. Onlar Bizə hörmət edənlərdi.                  
                
                
              
                  
                    
                      Tur/52:27                    
                  
                  
                                        "Allah bizə yaxşılıq etdi və bizi içə nüfuz edən əzabdan qorudu."                  
                
                
              
                  
                    
                      Səcdə/32:16                    
                  
                  
                                        Yataqlarından qalxıb qorxaraq və ümid edərək Rəblərinə yalvararlar. Onlara verdiyimiz nemətlərdən də verərlər.                   
                
                
              
                  
                    
                      Ənbiya/21:49                    
                  
                  
                                        O kəslər ki, kimsə onları görməzkən belə Rəblərinə ehtiram edərlər və Saatın dəhşətini hiss edərlər.