بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
7:41 Onlar üçün Cəhənnəmdən bir yataq və üstlərində də bir örtük vardır. Zalımları bax belə cəzalandırırıq.
7:42 İman edib müttəqi bir həyat yaşayanlara gəlincə, biz heç kimsəyə gücünün yetdiyindən artıq məsuliyyət yükləmərik; onlar cənnət əhlidir. Onlar orada əbədi qalıcıdırlar.
7:43 Kökslərindən kin və qısqanclıq duyğularını çıxardıq. Altlarından çaylar axarkən: "Bizi buna yetişdirən Allaha təriflər olsun. Allah bizi doğruya yönəltməsəydi biz doğrunu tapa bilməzdik. Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər," dedilər. Onlara: "Bax bu Cənmət sizindir. Etdiklərinizə qarşılıq olaraq onu miras aldınız," deyə səsləndik.
7:44 Cənnət əhli cəhənnəm əhlinə səslənər: "Rəbbimizin bizə söz verdiyinin gerçək olduğunu gördük. Rəbbinizin sizə söz verdiyini, siz də gerçək olaraq gördünüzmü?" "Bəli!" deyərlər. Biri aralarında bunu elan edər: "Allahın lənəti zalımların üzərinə olsun."
7:45 Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Və onlar axirəti də inkar edərlər.
7:46 Aralarını bir pərdə bölər. Orta yerdə də bəzi kimsələr var ki, hər kəsi görünüşlərindən tanıyırlar. Cənnət əhlinə, "Salam sizə," deyə səslənərlər. Bunlar oraya (cənnətə), canları istədikləri halda girə bilmədilər.
7:47 Gözləri atəş əhlinə çevrildiyində, "Rəbbimiz, bizi zalım topluluqla bir yerdə tutma," deyərlər.
7:48 Orta yerdə olanlar, görünüşlərindən tanıdıqları kimsələrə səslənərlər: "Sizin camaatınız və təkəbbürlənməyiniz sizə heç bir fayda vermədi."
7:49 "Allah onlara bir rəhmət toxundurmayacaq deyə and içdiyiniz kimsələr bunlar idimi?" (Orta Yerdəkilərə bunlar deyiləcəkdir:) "Cənnətə girin; sizə bir qorxu yoxdur və üzülməyəcəksiniz də."
7:50 Atəş əhli, cənnət əhlinə səsləndi: "Suyunuzdan, yaxud Allahın sizə verdiyi bəzi nemətlərdən üstümüzə axıdın." Onlar da dedilər ki: "Allah bu ikisini kafirlərə haram etmişdir."
7:51 Onlar dinlərinə əhəmiyyət vermədilər və dünya həyatı onları aldatdı. Bu günləri ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi rədd etdikləri üçün, bu gün Biz də onları unudarıq!
7:52 Bilgi ilə detallandırdığımız, iman edən bir camaat üçün yol göstərici və rəhmət olan bir kitabı onlara gətirdik.
7:53 Onun xəbərlərinin gerçəkləşməsinimi gözləyirlər? Xəbərləri gerçəkləşdiyi gün, ona daha öncə önəm verməyənlər, "Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər. Bizim üçün vasitəçilik edəcək bir şəfaətçi varmı? Yaxud, öncəkindən fərqli davrana bilmək üçün geri qaytarılsaydıq" deyərlər. Şəxsiyyətlərini itirənlərdir və uydurduqları şeylər də onları tərk etmişdir.
7:54 Rəbbiniz Allah, göyləri və yeri altı gündə yaradan və sonra hökmranlığını qurandır. Gecəni, onu durmadan sürətlə təqib edən gündüzə bürüyüb örtər. Günəş, ay və ulduzlar onun hökmünə (əmrinə) boyun əymişdir. Yaratmaq da, yönətmək də Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də Uludur!
7:56 Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. Ona qorxu və ümidlə yalvarın. Allahın rəhməti gözəl davrananlara yaxındır.
7:57 O, rəhmətinin bir ön müjdəsi olaraq küləkləri göndərəndir. Toplanıb yükləndikdən sonra ağır buludları ölü bir torpağa tərəf sürərik. Onunla su endirər və onunla hər növ məhsulu çıxararıq. Ölüləri də bu cür çıxararıq. Bəlkə bundan bir öyüd alarsınız.
7:58 Yaxşı ərazi, Rəbbinin izni ilə bitki verir. Pis olanı isə, çox da faydalı bir şey verməz. Şükür edən bir topluluq üçün ayələri bu cür açıqlayırıq.
7:59 Nuhu xalqına göndərmişdik və demişdi: "Xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Sizin üçün müdhiş bir günün cəzasından qorxuram."
7:60 Xalqının öncüləri, "Səni açıq-aşkar bir azğınlıq içində görürük," dedilər.