Nəcm - 53:53          
          
                        Yıxılıb batırılmış olanlar (Sodom və Qomorra), ən alçaqları idi.          
        
        
          Öncəki cəmiyyətlərin Rəbbimiz tərəfindən məhv edilmələri:        
      
                  
                    
                      Ənkəbut/29:40                    
                  
                  
                                        Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.                  
                
                
              
                  
                    
                      Haqqə/69:6                    
                  
                  
                                        Ad (xalqı) isə sərt və azğın bir qasırğa ilə məhv edildi.                   
                
                
              
                  
                    
                      Haqqə/69:7                    
                  
                  
                                        Onu, yeddi gecə və səkkiz gün boyunca üzərlərinə bir bəla olaraq saldı. (O) xalqın, çürümüş xurma gövdələri kimi yerə yıxıldıqlarını görərsən.                  
                
                
              
                  
                    
                      Hud/11:66                    
                  
                  
                                        Əmrimiz gəlincə, Salehi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmət ilə o günün rəzilliyindən qurtardıq. Rəbbin, şübhəsiz Güclü və Üstündür.                   
                
                
              
                  
                    
                      Hud/11:67                    
                  
                  
                                        Zalımları qorxunc bir səs yaxaladı, yurdlarında çöküb qaldılar.                   
                
                
              
                  
                    
                      Hud/11:82                    
                  
                  
                                        Əmrimiz gəlincə onun üstünü altına çevirdik, üzərlərinə qat-qat bərkimiş daş yağdırdıq.                  
                
                
              
                  
                    
                      Qasas/28:81                    
                  
                  
                                        Onu evi ilə birlikdə yerin dibinə batırdıq. Allahdan başqa ona yardım edə biləcək bir dəstəsi yoxdu; qazananlardan olmadı.                  
                
                
              
                  
                    
                      Ənfal/8:54                    
                  
                  
                                        Örnək olaraq, Fironun tərəfdarları və onlardan öncəkilər kimi. Rəblərinin ayələrini yalanladılar. Biz də günahlarına görə onları məhv etdik. Fironun tərəfdarlarını suda boğduq. Hamısı da zalım idilər.                  
                
                
              
                  
                    
                      Ali İmran/3:11                    
                  
                  
                                        Fironun xalqı və ya onlardan öncəkilərin vəziyyəti kimi... Ayələrimizi (vəhy və möcüzələrimizi) yalan hesab etdilər və Allah da onları suç üstündə yaxaladı. Allahın cəzalandırması şiddətlidir.                  
                
                
              
                  
                    
                      Haqqə/69:10                    
                  
                  
                                        Rəblərinin elçisinə üsyan etdilər. Bunun nəticəsi olaraq da, onları şiddəti getdikcə artan bir şəkildə yaxalamışdı.