Rahmən - 55:10 Yer üzünü bütün məxluqlar üçün yaratdı.
Rəbbimiz göylərdə və yerdə nə varsa hamısını, biz qulları üçün yaratmışdır:
Ğafir/40:64 Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!

Bəqərə/2:22 O, yer üzünü sizin üçün yaşanacaq hala saldı və göyü də bir yapı etdi. Göydən su endirdi və onunla ruzi olaraq sizə müxtəlif məhsullar çıxardı. Bilə-bilə Allaha ortaqlar qoşmayın.

Ta ha/20:53 O ki yer üzünü sizin üçün yaşayış yeri etdi, sizin üçün onda yollar açdı, göydən bir su endirdi və həmçinin onunla cürbəcür bitkilər bitirdik.

Zuxruf/43:10 O ki, yer üzünü məskunlaşmanız üçün əlverişli etdi və doğru getməniz üçün sizə orada yollar açdı.

Hicr/15:20 Orada həm sizin üçün, həm də sizin qidalandırmadığınız canlılar üçün yaşaya biləcək bir mühit yaratdıq.

Bəqərə/2:29 Yer üzündə hər şeyi sizin üçün yaradan Odur. Sonra göyə yönəlib onu yeddi göy olaraq nizamladı. O, hər şeyi bilər.
Bəqərə/2:267 Ey iman edənlər! Qazandıqlarınızdan və sizin üçün yerdən çıxartdığımız nemətlərdən yardım olaraq verin. Sizə verilsə, ancaq gözünüz qapalı olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifə layiqdir.

Ənam/6:97 Qurunun və dənizin qaranlıqlarında yollarınızı tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Bilən bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.

İbrahim/14:32 Allah göyləri və yeri yaradan, göydən bir su endirib sizin üçün müxtəlif meyvələrdən qidalar çıxarandır. Qoyduğu qanuna görə sizi dənizdə daşıması üçün gəmiləri əmrinizə verdi. Eyni şəkildə çayları da əmrinizə verdi.

Nəhl/16:5 Və kənd təsərrüfatı heyvanlarını da sizin üçün yaratdı. Onlarda istilik və digər faydalar vardır və onlardan yeyirsiniz.
Nəhl/16:6 Ayrıca boş zamanlarınızda və səyahətlərinizdə sizin üçün onlarda bir komfort və zövq vardır.
Nəhl/16:11 Onunla sizin üçün əkin, zeytun, xurma ağacları, üzümlər və hər növ meyvələr bitirməkdədir. Düşünən bir camaat üçün bunda əlbəttə bir ayə (dərs) vardır.
Nəhl/16:13 sizin üçün yer üzündə yaratdığı müxtəlif rəngli şeyləri də... Düşünən bir camaat üçün əlbəttə bunda bir dərs vardır.
Nəhl/16:72 Və Allah öz cinsinizdən sizin üçün zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə gözəl ruzilər verdi. Belə olduğu halda onlar batilə iman edib Allahın nemətinə nankorluqmu edirlər?
Nəhl/16:80 Və Allah evlərinizi sizin üçün sığınacaqlar (yaşayış yeri) etdi. Kənd təsərrüfatı heyvanlarının dərilərindən, yolçuluq (səfər) günü və bir yerdə yerləşib qalmaq üçün istifadə edəcəyiniz çadır evlər təmin etdi. Yunlarından, kürklərindən və tüklərindən də bir müddətə qədər geyinib, döşəyəcəyiniz əşyalar çıxartdı.
Nəhl/16:81 Və Allah, yaratdığı şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, sizin üçün dağları sığınacaq etdi, sizi istidən qoruyacaq paltarlar və sizi savaşlarınızda qoruyacaq paltarlar hazırladı. Təslim olasınız deyə nemətlərini sizə bu cür tamamlayır.

Muminun/23:19 Onunla, sizin üçün bir çox meyvələr olan xurma və üzüm bağçaları yaratdıq; onlardan yeyirsiniz.
Muminun/23:78 Odur yaradan, eşitmə, görmə duyğuları və beyinlər. Nə qədər də az şükür edirsiniz.

Səba/34:24 De ki, "Sizin üçün göylərdən və yerdən kim qida təmin edir?" De ki, "Allah!" Elə isə biz və ya siz, ya doğru yoldadır, ya da açıq-aydın bir azğınlıq içindədir."

Ğafir/40:13 O ki, sizə ayələrini (dəlillərini və işarələrini) göstərməkdə və sizin üçün göydən bir ruzi endirməkdədir. Tamamilə yönəlib təslim olandan başqası ibrət almaz.
Ğafir/40:79 Minəsiniz və onlardan yeyəsiniz deyə, kənd təsərrüfatı heyvanları sizin üçün yaradan Allahdır.

Şura/42:11 O göyləri və yeri yararaq Yaradandır. İçinizdən sizin üçün həmtaylar yaratdı və kənd təsərrüfatı heyvanlarını da cütlər halında yaratdı. Beləcə sizi orada artırıb çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, Eşidəndir, Görəndir.

Zuxruf/43:12 O ki, bütün cütləri yaratdı və minəsiniz deyə sizin üçün gəmilər və kənd təsərrüfatı heyvanları yaratdı.

Nuh/71:19 Allah yer üzünü sizin üçün bir məskunlaşma yeri etdi.