Vaqiə - 56:82 İnkar etmeyi (özünüzə) iş bilirsiniz?
Quranı eşitdikləri vaxt inkar edənlərin münasibəti:
Həcc/22:72 Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, inkar edənlərin üzündə inkarçılığı oxuyarsan. Onlara ayələrimizi oxuyanların üzərinə az qala hücum edəcəklər. De ki, "Bundan daha pisini sizə bildirimmi? Atəş! Allah onu kafirlərə vəd etmişdir. Necə də pis bir aqibətdir!"

Fussilət/41:26 İnkar edənlər, "Öhdəsindən gələ bilməniz üçün, bu Quranı dinləməyin, anlaşılmasını əngəlləyin," dedilər.

Səba/34:43 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman: "Bu, həqiqətən, sizi atalarınızın qulluq/xidmət etmə yolundan azdırmaq istəyən bir adamdır." Üstəlik, "Bu, uydurulmuş bir iftiradan başqa bir şey deyildir," dedilər. İnkar edənlər, özlərinə gələn gerçək üçün dedilər: "Açıq-aydın, bu bir sehrdir."

Yunus/10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."

Məryəm/19:73 Onlara ayələrimiz açıq-aşkar olaraq oxunduğu zaman inkar edənlər iman edənlərə, "Hansımız rifah və say baxımından daha çox üstünlüyə sahibdir?" deyərlər.

Fussilət/41:44 Onu yad dildə bir Quran etsəydik, "Onun ayələri açıqlanmalı deyildimi?" deyəcəkdilər. İstər yad dil, istər Ərəbcə olsun, de ki, "O, iman edənlər üçün (dilləri nə olur olsun) bir rəhbər və şəfadır. İman etməyənlərin isə qulaqlarında ağırlıq vardır. Onlara sanki uzaq bir yerdən səslənilirmiş kimi onlara qarşı qapalıdır."

Loğman/31:7 Ona ayələrimiz oxunduğu zaman, sanki onu heç eşitməmiş kimi, sanki qulaqlarında ağırlıq (karlıq) varmış kimi böyüklənərək arxa çevirər. Ona ağrılı-acılı əzabı müjdələ.

Ənfal/8:31 Ayələrimizi dinlədikləri zaman, "Eşitdik, istəsək biz də bunun bir bənzərini gətirərik. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyildir," deyirdilər.

Qaləm/68:15 Ayələrimiz ona oxunduğu zaman: "Əfsanədir," deyər.

Casiyə/45:25 Onlara açıq-aydın ayələrimiz oxunduğunda, "Doğru sözlüsünüzsə, atalarımızı geri gətirin," deməkdən başqa dəlilləri yoxdur.

Əhqaf/46:7 Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, özlərinə gələn gerçəyə qarşı çıxanlar: "Bu, açıq-aydın bir sehrdir" dedilər.

İsra/17:45 Quran oxuduğun zaman, səninlə Axirətə iman etməyənlərin arasına görünməz bir əngəl yerləşdirərik.
İsra/17:46 Və onu anlamalarını əngəlləmək üçün qəlblərinə qabıqlar (örtüklər) və qulaqlarına da ağırlıq qoyarıq. Rəbbini yalnızca Quranda xatırladığın zaman nifrətlə geriyə dönərlər.
İsra/17:47 Səni dinlədikləri zaman necə eşitdiklərini və öz aralarında danışdıqları vaxt zalımların, "Siz sadəcə sehrlənmiş bir adamı izləyirsiniz," dediklərini yaxşı bilirik.

Qaləm/68:51 Mesajı eşitdikləri zaman, inkar edənlər az qala səni gözləri ilə yeyəcəkdilər. "O, dəlidir!" deyirdilər.

Ənam/6:25 Onların bir qismi səni dinləyir. Fəqət, qəlbləri üzərinə anlamalarına əngəl olacaq pərdələr, qulaqlarına da ağırlıq qoyarıq. Hər bir möcüzəni görsələr də ona iman etməzlər. Buna görə sənin yanına gəldiklərində səninlə mübahisə edir və inkar edənlər, "Bu ancaq bir əfsanədir," deyir.

Ənbiya/21:2 Hər nə vaxt Rəblərindən onlara yeni bir mesaj (zikr) gəlsə, onu ciddiyə almadan dinləyərlər.

Muhəmməd/47:16 Onlardan bəziləri var ki, səni dinləyərlər. Fəqət sənin yanından çıxınca, özlərinə bilgi verilmiş olanlardan, "Bu, az öncə nə söylədi?" deyə soruşarlar. Bax bunlar, Allahın qəlblərini damğaladığı kimsələrdir və onlar həvəslərinin ardına düşmüşlər.

Kəhf/18:101 Onlar ki, mesajıma qarşı gözləri pərdəli idi, dinləyə də bilmirdilər...

Ənbiya/21:45 De: "Mən sizi ancaq vəhy ilə xəbərdar edirəm."  Halbuki, karlar xəbərdar edildikləri vaxt çağırışı eşitməz.

Rum/30:52 Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.

Casiyə/45:8 Ona oxunan Allahın ayələrini eşitdikdən sonra, sanki onları heç eşitməmiş kimi təkəbbür göstərərək müqavimət göstərir. Onu ağrılı-acılı bir cəza ilə müjdələ.
Casiyə/45:9 Ayələrimizdən bir şey öyrəndiyi zaman onu məsxərəyə qoyar. Onlar üçün alçaldıcı bir əzab var.

Bəqərə/2:171 İnkar edənlərin durumu, sözləri ancaq bağırma və çağırma şəklində eşidərək (anlamadan) təkrarlayan kəs kimidir. Kar, lal və kordurlar; düşünməzlər.

Furqan/25:44 Onların çoxunun gerçəkdən eşitdiklərini yaxud da anladıqlarınımı sanırsan? Onlar sadəcə kənd təsərrüfatı heyvanları kimidir; Xeyr, yol baxımından daha da azğındırlar.

Tovbə/9:124 Hər nə zaman bir surə nazil olsa, "Bu, surə hansınızın imanını artırdı?" deyə soruşanlar var. Gerçəkdən iman edənlərin imanını artırmışdır və onlar (hər surənin nazil olmasıyla) sevinib bir-birlərini müjdələyərlər.

İsra/17:41 Biz, öyüd almaları üçün Quranda açıqladıq. Lakin bu, sadəcə onların nifrətini artırır.
İsra/17:82 Quranı, iman edənlər üçün bir şəfa və rəhmət olaraq nazil etdik. Zalımların isə ancaq zərərini artırır.

Furqan/25:60 Onlara, "Rəhmana səcdə edin!" deyildiyi zaman, "Rəhman da nə imiş? Sənin bizə qarşı müdafiə etdiyin şeyəmi səcdə edəcəyik?" deyərlər. Və bu, ancaq onların nifrətini artırar.