Hədid - 57:20
Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.
Dünya həyatını və komfortunu axtaranın sonu:
Naziat/79:38
Və dünya həyatını üstün tutanlara gəlincə.
Naziat/79:39
Gediləcək yer cəhənnəm olacaqdır.
Bəqərə/2:126
İbrahim: “Rəbbim, buranı təhlükəsiz yer et, Allaha və Axirət gününə iman edən insanlara məhsullarla ruzi ver," deyincə, "İnkar edənə də ruzi verəcəyəm. Ona qısa bir müddət dolanışıq verər, sonra onu atəş cəzasına məhkum edərəm. Ora, necə də pis bir gediş yeridir!" - dedi.
Tovbə/9:24
De ki: "Ana-atalarınız, uşaqlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, qazandığınız pullar, iflasa uğramasından qorxduğunuz iş və xoşlandığınız evlər Allahdan və Elçisindən və Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah əmrini gətirincəyə qədər gözləyin." Allah yoldan çıxmış camaatları doğruya yönəltməz.
Bəqərə/2:200
Mərasiminizi bitirdiyiniz zaman, atalarınızı xatırladığınız kimi, hətta daha güclü olaraq Allahı xatırlamağa davam edin. İnsanlardan bəzisi: “Rəbbimiz, bizə bu dünyada ver,” deyər; onun axirətdən bir payı olmaz.
Ali İmran/3:145
Allahın izni olmadan heç kimsə ölə bilməz. Ölümün müəyyən edilmiş bir vaxtı var. Kim dünya nemətini istəyərsə, ona ondan verərik. Kim də axirət nemətini istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq.
Yunus/10:88
Musa dedi ki: "Rəbbimiz, Sən Firona və onun şurasına dünya həyatında dəbdəbəli şərait və mal verdin. Rəbbimiz, Sənin yolundan azdırsınlar deyəmi? Rəbbimiz, onların mallarını silib-süpür və ağrılı-acılı əzabı görüncəyə qədər iman etməsinlər deyə qəlblərini qatılaşdır."
Hud/11:15
Kim dünya həyatını və onun bərbəzəyini (komfortunu) axtararsa, etdiklərinin qarşılığını orada tam ödəyərik və onlar orada heç bir əskikliyə uğradılmazlar.
Hud/11:16
Bunlar üçün axirətdə, yalnız atəş vardır. Etdiklərinin hamısı orada boşa çıxmışdır. Bütün etdikləri keçərsizdir.
İsra/17:18
Kim bu müvəqqəti dünyanı istəyərsə, orada istədiyimizə dilədiyimiz qədər verərik. Ancaq daha sonra onu, qınanmış və qovulmuş olaraq cəhənnəmə məhkum edərik.
İsra/17:20
Hamısına, onlara da, bunlara da Rəbbinin nemətlərindən verərik. Rəbbinin nemətləri məhdudlaşdırılmamışdır.
Qasas/28:61
Qovuşacağı gözəl bir mükafatı özünə söz verdiyimiz bir kimsə, dünya həyatının malıyla nemətləndirdiyimiz və sonra dirilmə günü hesaba çəkilən kimsə kimidirmi?
Qasas/28:77
"Allahın sənə verdiyi nemətlərlə, dünyadakı payını unutmadan axirət yurdunu axtar. Allah sənə necə yaxşılıq etmişsə, sən də yaxşılıq et. Yer üzündə fəsad törətməyi axtarma. Allah fəsadçıları sevməz."
Şura/42:20
Kim axirət mükafatını istəyərsə onun mükafatını artırarıq. Dünya mükafatını istəyənə də onu verərik; ancaq onun axirətdən bir payı olmaz.