Həşr - 59:12
Doğrusu, onlar çıxarılsalar, onlarla birlikdə çıxmazlar. Onlarla savaşılarsa, onları dəstəkləməzlər. Dəstəkləsələr belə arxalarını dönüb qaçarlar, sonra yardım görməzlər.
59: 12 ilə əlaqəli ayə:
Nisa/4:66
“Canınızı fəda edin" yaxud "Yurdlarınızdan çıxın!”– deyə əmr etmiş olsaydıq, çox azı istisna olmaqla bunu etməzdilər. Onlara edilən öyüd-nəsihətə əməl etsəydilər onlar üçün daha yaxşı və daha sağlam olardı.