Maidə - 5:16 Onunla Allah, rizasına diqqət edənləri barış və hüzur yollarına yönəldir. İzniylə onları qaranlıqlardan aydınlığa çıxararaq onları ən doğru yola yönəldir.
Qaranlıqdan məqsəd nədir?
Əraf/7:201 Müttəqilərə hər nə zaman şeytandan qaranlıq bir təklif yetişsə, dərhal xatırlayarlar. Beləcə dərhal görərlər.


Bəqərə/2:257 Allah iman edənlərin Hökmdarı və Dostudur; onları qaranlıqlardan aydınlığa çıxarır. İnkar edənlərin dostları isə azğın kəslərdir; onları aydınlıqdan qaranlığa çıxarırlar. Onlar atəş xalqıdır, onlar orada sürəkli qalacaqlar.

Ənam/6:39 Ayələrimizi yalanlayanlar qaranlıqlar içində olan karlar və lallardır. Allah kimi istəyərsə azdırar, kimi də istəyərsə doğru yola qoyar/yönəldər.

İbrahim/14:1 Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...