Maidə - 5:4 Səndən onlara nəyin halal olduğunu soruşurlar. De ki: “Təmiz yeyəcəklər sizə halal edilmişdir. Allahın sizə öyrətdiyindən öyrədərək yetişdirdiyiniz köpək və şahin kimi ovçu heyvanların sizin üçün tutub yaxaladıqlarını da yeyin və üzərlərində Allahın ismini xatırlayın." Allahı dinləyin. Allah haqq-hesabı tez çəkir.
Qurandan kənar halal və haramlar çıxartmaq şeytanın addımlarını izləməkdir:
Ənam/6:142 Kənd təsərrüfatı heyvanları,  minməyiniz, kəsməyiniz və ya onlardan yataq materialı çıxarmanız üçündür. Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytanın addımlarını izləməyin; çünki o sizin açıq-aşkar düşməninizdir.

Nisa/4:119 "Onları azdıracağam, onları xülyalarla məşğul edəcəyəm; heyvanların qulaqlarını yarmalarını (beləcə ətlərini haram etmələrini) əmr edəcəyəm, Allahın yaratdıqlarını dəyişdirmələrini əmr edəcəyəm”. Kim Allah yerinə şeytanı dost və hökmdar seçərsə, açıq-aşkar bir ziyana uğramışdır.

Maidə/5:88 Allahın sizə ruzi olaraq verdiklərini, halal və təmiz olaraq yeyin. İman etdiyiniz Allahı dinləyin.

Ənam/6:118 Ayələrinə iman edirsinizsə, üzərində Allahın ismi xatırlananlardan yeyin.
Ənam/6:119 Sizə nə olur ki, üzərində Allahın ismi xatırlananlardan yemirsiniz? Halbuki məcburi hallar xaricində sizə qadağan edilənləri təfsilatı ilə sizə açıqlamışdır. Bir çoxları, biliyə əsaslanmayan şəxsi fikirləriylə insanları azdırır. Rəbbin həddi aşanları ən yaxşı biləndir.
Ənam/6:138 Zənlərinə görə belə dedilər: "Bunlar toxunulmaz kənd təsərrüfatı heyvanları və əkinlərdir. İstədiyimizdən başqası bunları yeyə bilməz." Minilməsi qadağan edilən kənd təsərrüfatı heyvanları... Allahın ismini üzərlərində xatırlamadıqları kənd təsərrüfatı heyvanları... (Müxtəlif haramları) Ona isnad etdilər. Onları iftiralarıyla cəzalandıracaqdır.
Ənam/6:139 "Bu kənd təsərrüfatı heyvanlarının qarınlarındakılar sadəcə kişilərimizə aid olub, qadınlarımıza haramdır. Ölü doğarlarsa, o zaman bölüşə bilərlər," dedilər. Bu vəsflərinin hesabını onlara ödədəcəkdir. O Hikmət Sahibidir, Biləndir.
Ənam/6:140 Cəhalətləri üzündən Allaha iftiralar edərək övladlarını axmaqca öldürənlər və Allahın onlara verdiyi ruziləri haram edənlər ziyana uğramışlardır, azmışlardır. Doğrunu görə bilməzlər.
Ənam/6:143 Səkkiz cift: Qoyundan iki, keçidən iki... De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkilərimi?" Doğru sözlülərsinizsə, bir biliyə əsaslanaraq mənə cavab verin.
Ənam/6:144 Dəvədən iki, inəkdən iki. De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkinimi? Allahın sizə belə əmr etdiyinə şahidmi oldunuz? İnsanları biliksizcə yoldan azdırmaq üçün, yalan uydurub onları Allaha isnad edənlərdən daha zalım kim ola bilər? Allah zalım topluluğu doğru yola yönəltməz."
Ənam/6:145 De ki: "Mənə vəhy edilənlər içində, yeyən birisi üçün bunlardan başqa haram edilmiş bir maddə görmürəm: Leş, axıdılmış qan, donuzun əti - ki pisdir, Allahdan başqasına azğınca nəzir edilmiş yeyəcəklər." Məcburiyyətdə qalan bir kimsə, istəkli olmazsa və həddi aşmazsa, şübhəsiz sənin Rəbbin Bağışlayandır, Rəhmlidir.
Ənam/6:148 Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə atalarımız ortaq qoşmaz, və heç bir şeyi də haram etməzdik," deyəcəklər. Onlardan öncəkilər də əzabımızı dadıncaya qədər eyni şəkildə yalanlamışdılar. De ki: "Yanınızda bizə göstərə biləcəyiniz hər hansısa bir məlumat varmı? Siz ancaq zənnə (şübhəli və ziddiyyətli rəvayətlərə) uyursunuz və siz sadəcə güman edirsiniz.
Ənam/6:149 De ki: "Ən güclü dəlil Allahındır. İstəsəydi, əlbəttə hamınızı doğruya yetişdirərdi."
Ənam/6:150 De ki: "Allahın bunu haram etdiyinə (dair) şahidlik edəcək şahidlərinizi gətirin." Şahidlik edərlərsə, onlarla bərabər şahidlik etmə. Ayələrimizi yalanlayanların və axirətə iman etməyənlərin kefinə uyma. Onlar, Rəblərinə başqalarını tay tutmaqdadırlar.

Yunus/10:59 De ki, "Allahın sizə endirdiyi ruzilərin bir qismini halal, bir qismini də haram etdiyinizi görmürsünüzmü?" De ki, "Allahmı sizə izin verdi, yoxsa Allaha iftiramı edirsiniz?"

Nəhl/16:35 Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə qulluq/xidmət etməz və Onun haram etdiyindən başqasını da haram etməzdik." Onlardan öncəkilər də bu cür davranmışdı. Elçinin açıq şəkildə bildirməkdən başqa bir görəvimi var?
Nəhl/16:115 Sizə yalnızca leş, qan, donuz əti və Allahdan başqası üçün nəzr edilənləri haram etmişdir. Kim (bunları yemək) məcburiyyətində qalarsa, istəkli olmamaq və həddi aşmamaq şərtiylə Allah Bağışlayandır, Rəhmlidir!
Nəhl/16:116 Dillərinizin yalan yerə dəyərləndirməsindən ötrü "Bu halaldır, bu haramdır," deməyin!" Beləcə Allaha yalan isnad edirsiniz. Allaha yalan isnad edənlər uğur qazana bilməzlər.

Nur/24:21 Ey iman edənlər! Şeytanın addımlarını izləməyin. Kim Şeytanın addımlarını izləyərsə, ona həyasızlığı və pisliyi əmr edər. Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç biriniz əbədi olaraq təmizlənə bilməzdi. Ancaq Allah istədiyini təmizləyər. Allah Eşidəndir, Biləndir.