Maidə - 5:81 Allaha, Peyğəmbərə və ona nazil edilənə iman etsəydilər, onları özlərinə dost qəbul etməzdilər. Lakin onların əksəriyyəti yoldan çıxmışdır.
Kitab əhlinin yoldan çıxanları:
Beyyinə/98:6 Kitab əhlinin inkar edənləri və bütpərəstlər, cəhənnəm atəşinin içindədirlər və orada əbədi qalıcıdırlar. Onlar, məxluqların ən pisidir.
Beyyinə/98:5 Halbuki onlardan, dini sadəcə Allaha aid edən təkallahlılar (monoteist) olaraq Ona qulluq etmələri, namazı qorumaları və zəkatı vermələri istənilmişdi. Bax, ən doğru din budur.
Beyyinə/98:4 Gerçək budur ki, özlərinə Kitab verilənlər, ancaq onlara açıq-aydın dəlil gəldikdən sonra ayrılığa (ixtilafa) düşdülər.

Ənkəbut/29:46 Kitab əhli ilə, zalım olanları xaric ən gözəl bir tərzdə mübahisə edin və: "Bizə nazil edilənə iman etdik və sizə nazil edilənə də iman etdik. Bizim Tanrımız, sizin də Tanrınız birdir. Biz sadəcə Ona təslim olduq," deyin.

Ali İmran/3:75 Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Fəqət onlardan eləsi də var ki, ona bir Dinar əmanət etsən, başının üstündə durmadıqca geri qaytarmaz. “Ümmilərə qarşı bizim bir öhdəliyimiz yoxdur" dedikləri üçün belə davranırlar və bilə-bilə yalanlarını Allaha isnad edirlər.
Ali İmran/3:73 "Sizin dininizə uyandan başqasına inanmayın." Sən də onlara: "Hidayət Allahın hidayətidir", de. "Sizə verilənin bənzərinin bir başqasına verildiyinə də inanmayın; yoxsa Rəbbiniz haqqında sizinlə mübahisə haqqı qazanarlar", deyərlərsə, "Lütf Allahın əlindədir, istədiyinə verir", de. Allah Comərddir, Biləndir.
Ali İmran/3:72 Kitab əhlindən bir qrup dedi ki: “İman edənlərə nazil edilənə günün əvvəlində iman edin və sonunda inkar edin. Beləcə bəlkə dinlərindən dönərlər."

Maidə/5:18 Yəhudilər və Xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. "Elə isə günahlarınıza görə nə üçün sizi cəzalandırır? Siz sadəcə Onun yaratdığı insanlardansınız," - de. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Göylərin, yerin və bunların arasındakıların hökmranlığı Allaha aiddir. Dönüş də Onadır.
Maidə/5:17 “Allah Məryəm oğlu Məsihdir,”– deyənlər əlbəttə kafir olmuşdurlar. De ki: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəyərsə, kim buna əngəl ola bilər?” Göylərin, yerin və arasındakıların hökmranlığı Allaha aiddir. İstədiyini yaradır. Allah hər şeyə Gücü Yetəndir.

Tovbə/9:30 Yəhudilər: "Üzeyir Allahın oğludur," dedilər. Xristianlar da: "Məsih Allahın oğludur," dedilər. Bu, ağızlarından çıxan sözləridir. Öncədən inkar etmiş olanların sözlərini təqlid edirlər.  Allah onları məhkum edər. Necə də çevrilirlər?

Nisa/4:171 Kitablılar! Dininizdə həddi aşmayın. Allah haqqında yalnız gerçəyi söyləyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə göndərdiyi kəlməsi və Ondan gələn bir candır. Allaha və elçilərinə iman edin. “Üçdür,” deməyin. Öz xeyriniz üçün buna son verin. Tək tanrı yalnız Allahdır! O, övlad sahibi olmaqdan ucadır. Göylərdə və yerdə nə varsa, Onundur. Vəkil olaraq Allah yetər.

Maidə/5:73 "Allah üçlüyün üçüncüsüdür!" – deyənlər inkar etmişdir. Halbuki Tək Tanrıdan başqa tanrı yoxdur. Bu sözlərinə son qoymazlarsa, inkar edənlərinə ağrılı-acılı bir əzab toxunacaqdır.

Ali İmran/3:98 De ki, “Kitab əhli! Allah etdiklərinizə şahid olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?"
Ali İmran/3:99 De ki, “Kitab əhli, doğruya şahid olduğunuz halda, nə üçün Allahın yolunu dəyişdirməyə çalışaraq iman edənləri sapdırırsınız? Allah etdiyiniz heç bir şeydən xəbərsiz deyildir."
Ali İmran/3:101 Allahın ayələri sizə oxunduğu və Onun elçisi aranızda olduğu halda, necə olur ki, inkar edirsiniz? Kim Allaha sarılarsa, ən doğru yola yönəldilmişdir.

Maidə/5:57 Ey iman edənlər! Sizdən öncəki Kitab əhli və inkarçılar arasında dininizi ələ salıb və əyləncə hesab edənləri dost qəbul etməyin. İman etmişsinizsə, Allahı dinləməlisiniz.
Maidə/5:58 Namaza çağırdığınızda onu məsxərəyə qoyub əyləndilər. Düşünməyən bir camaatdır onlar.
Maidə/5:59 De: “Kitablılar! Allaha, bizə nazil edilənə və öncəki nazil edilənlərə iman etdik deyəmi, yoldan çıxmış olan əksəriyyətinizlə birlikdə bizə qarşı nifrət bəsləyirsiniz?"