Saff - 61:4 Allah Öz yolunda (birləşərək) möhkəm bir divar kimi tərtibli birliklər halında savaşanları sevər.
Allah kimləri sevər?
Maidə/5:54 Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.

Bəqərə/2:195 Allah yolunda xərcləyin, öz-özünüzü zərərə salmayın. Yaxşılıq edin. Allah yaxşılıq edənləri sevər.
Bəqərə/2:222 Səndən aybaşı halını soruşarlar. De ki: “O narahatçılıq verən bir haldır. Aybaşı halında olan qadınlarla cinsi əlaqəyə girməyin və ondan qurtulana qədər onlara yaxınlaşmayın. Qurtulduqları zaman Allahın sizə uyğun gördüyü yerdən onlarla cinsi əlaqədə olun. Allah yönələnləri və təmizlənənləri sevər."

Ali İmran/3:76 Kim sözünü yerinə yetirər və müttəqi bir həyat sürərsə, bilsin ki, Allah müttəqiləri sevər.
Ali İmran/3:134 O müttəqilər ki, bolluq və darlıqda yardım üçün para (pul) xərcləyərlər. Öfkələrini kontrol edərlər, insanların qüsurlarını görməməzlikdən gələrlər. Allah yaxşılıq edənləri sevər.
Ali İmran/3:146 Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.
Ali İmran/3:148 Allah da onlara həm dünya nemətini, həm də axirət nemətinin ən gözəlini verdi. Allah gözəl davrananları sevər.
Ali İmran/3:159 Allahın sənə bir lütfü olaraq onlarla mülayim rəftar etdin. Kobud və daş ürəkli olsaydın, çevrəndən dağılıb gedərdilər. Onları əfv et, bağışlanmalarını dilə və görüləcək işlər haqqında onlara danış. Qərar verincə də Allaha güvən; Allah güvənənləri sevər.

Maidə/5:13 Sözlərini pozduqları üçün onları lənətlədik, qəlblərini sərtləşdirdik. Sözlərin mənasını kontekstindən dəyişdirirlər. Xəbərdar edildikləri şeylərin bir qismini unutdular. Onların çoxundan sürəkli xəyanət görəcəksən. Onları əfv et və əhəmiyyət vermə. Allah gözəl davrananları sevər.
Maidə/5:42 Yalana qulaq asır, qeyri-qanuni yoldan yeyirlər. Sənin yanına gələrlərsə, istəyirsən aralarında hökm ver, istəyirsən üz çevir. Onlardan üz çevirdiyin təqdirdə sənə heç bir zərər verə bilməzlər. Hökm verməli olsan, aralarında ədalətlə hökm ver. Allah ədalətli olanları sevər.
Maidə/5:93 İman edib müttəqi işlər görənlər, əmrlərə tabe olaraq iman edib muttəqi davrandıqları, günahlardan çəkinib iman etdikləri və yenə çəkinib yaxşılıq etdikləri müddətcə yediklərindən ötrü onlara bir günah yoxdur. Allah yaxşı davrananları sevər.

Tovbə/9:4 Ancaq, onlarla bağladığınız müqavilənin şərtlərinə tam riayət edən və sizə qarşı başqalarıyla iş birliyində olmayan bütpərəstlərin müqaviləsini müddəti bitənə qədər yerinə yetirin. Allah müttəqiləri sevər.
Tovbə/9:7 Bütpərəstlərin Allah və elçisi yanında necə bir müqaviləsi ola bilər ki? Müqəddəs Məsciddə sizinlə müqavilə bağlamış olanlar xaric. Onlar sizin haqlarınızı qoruduqları müddətcə, siz də onların haqlarını qoruyun. Allah müttəqiləri sevər.
Tovbə/9:108 Belə bir yerdə əbədiyyən namaza durma. İlk gündən etibarən müttəqilik üzrə qurulan məscid, namaz qılmağın üçün daha çox uyğundur. Orada təmizlənmək istəyən insanlar vardır və Allah təmizlənənləri sevər.

Hud/11:90 "Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Şübhəsiz, Rəbbim Rəhmlidir, Sevəndir."

Hucurat/49:9 İman edənlərdən iki qrup bir-birləri ilə savaşarlarsa, onların arasını barışdırın. Onlardan biri o birinə hücum edərsə, Allahın əmrinə dönüncəyə qədər hücum edən qrupla savaşın. Dönərsə, onların arasını tərəf tutmadan düzəldin və ədalətli davranın. Allah ədalətli davrananları sevər.

Mumtəhənə/60:8 Allah, din uğrunda sizinlə savaşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətli davranmanızı qadağan etməz. Allah ədalətli davrananları sevər.

Saff/61:4 Allah Öz yolunda (birləşərək) möhkəm bir divar kimi tərtibli birliklər halında savaşanları sevər.