Cumuə - 62:4
Bu, Allahın lütfüdür; istəyənə və/və ya istədiyinə verir. Allah böyük lütf sahibidir.
Allah böyük lütf sahibidir:
Bəqərə/2:105
Kitab əhlinin inkarçıları da, bütpərəstlər də Rəbbinizdən sizə bir yaxşılıq nazil edilməsini istəməz. Rəhmətini istədiyinə məxsus edər. Allah böyük lütf sahibidir.
Ali İmran/3:74
Rəhmətini istədiyinə məxsus edər. Allah böyük lütf sahibidir.
Ənfal/8:29
Ey iman edənlər! Allahı dinləyərsəniz, sizə doğrunu yalnışdan ayıracaq anlayış verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf Sahibidir.
Fatir/35:32
Sonra qullarımızdan seçdiklərimizi kitaba varis etdik. Onlardan bəzisi özlərinə zülm edənlərdir, bəzisi orta yolu tutar, bəzisi də Allahın izni ilə yaxşı işlərdə öncüdür. Bax böyük lütf budur.
Ğafir/40:61
Allah, gecəni dincəlməyiniz üçün yaradan və gündüzü də aydınlıq edəndir. Allah insanlara qarşı böyük lütf sahibidir, fəqət insanların çoxu şükür etməz.
Şura/42:22
Etdikləri işlər başlarına gələrkən zalımları təşviş içində görərsən. İman edib müttəqi davrananlar cənnətlərin bağçalarındadır. Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Məhz bu, böyük lütfdür.
Hədid/57:21
Rəbbinizdən bir bağışlanmağa və genişliyi göylər və yer qədər olan bir cənnətə doğru tələsin. Allaha və elçisinə iman edənlər üçün hazırlanmışdır. Bu, Allahın istədiyinə və/və ya istəyənə verdiyi lütfüdür. Allah Böyük Lütf sahibidir.
Hədid/57:29
Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfünü inhisara ala bilməzlər, bütün lütf Allahın əlindədir, onu istədiyinə və/və ya istəyənə verir. Allah Böyük Lütf Sahibidir.
Cumuə/62:4
Bu, Allahın lütfüdür; istəyənə və/və ya istədiyinə verir. Allah böyük lütf sahibidir.