Cumuə - 62:6
De ki, "Ey Yəhudilər, insanların arasından yalnız özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, ölümü diləyin; doğrusunuzsa."
Yəhudilər "Axirət yurdu bizə aiddir" dedilər. (Əlaqəli):
Bəqərə/2:94
De ki: “İddia etdiyiniz kimi, Axirət yurdu Allah tərəfindən heç kimsəyə deyil, sadəcə sizin üçün ayrılmışsa və bunu (iddia etdiyinizi) müdafiə etməkdə səmimisinizsə onda ölümü istəyin!”
Bəqərə/2:111
“Yəhudi və ya Xristianlardan başqası cənnətə daxil ola bilməz!" - dedilər. Bu, onların boş və əsassız sözləridir. De ki: "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."
Cumuə/62:6
De ki, "Ey Yəhudilər, insanların arasından yalnız özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, ölümü diləyin; doğrusunuzsa."
Cumuə/62:7
Onlar, etdiklərindən ötrü heç bir vaxt onu diləyə bilməyəcəklər. Allah zalımları yaxşı bilir.
Cumuə/62:8
De ki, "Qaçdığınız ölüm, mütləq sizə yetişəcək və daha sonra gizlini və aşkarı Bilənin hüzuruna döndəriləcəksiniz. Etdiyiniz hər şeyi sizə bildirəcəkdir."
Maidə/5:18
Yəhudilər və Xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. "Elə isə günahlarınıza görə nə üçün sizi cəzalandırır? Siz sadəcə Onun yaratdığı insanlardansınız," - de. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Göylərin, yerin və bunların arasındakıların hökmranlığı Allaha aiddir. Dönüş də Onadır.
Hədid/57:28
Ey iman edənlər, Allaha hörmət qoyub dinləyin və elçisinə iman edin ki, rəhmətindən sizə iki pay versin, sizə, aydınlığında yeriyə biləcəyiniz bir nur bəxş etsin və sizi bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir.
Hədid/57:29
Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfünü inhisara ala bilməzlər, bütün lütf Allahın əlindədir, onu istədiyinə və/və ya istəyənə verir. Allah Böyük Lütf Sahibidir.