Ənam - 6:103
Gözlər Ona yetişə bilməz. O, gözlərə yetişə bilir. O Şəfqətlidir, Xəbərdardır.
O, gözlərə yetişir:
Qaləm/68:51
Mesajı eşitdikləri zaman, inkar edənlər az qala səni gözləri ilə yeyəcəkdilər. "O, dəlidir!" deyirdilər.
Ali İmran/3:13
Qarşılaşan iki orduda sizin üçün bir dərs var. Ordulardan biri Allah yolunda savaşarkən, digəri də inkarçı idi. Onları (iman edənləri), gözləri ilə özlərinin iki qatı olaraq görürdülər. Allah istədiyini zəfərlə dəstəkləyər. Bunda fikir sahibləri üçün bir ibrət vardır.
Ənfal/8:44
Vaxtı yetişib onlarla qarşılaşdığınızda sizin gözlərinizdə onları az göstərir, onların da gözlərində sizi az göstərirdi ki, Allah öncədən planlanmış işi gerçəkləşdirsin. İşlər, axırda Allaha dönər.