Ənam - 6:19 Soruş: "Kimin şahidliyi böyükdür?" De ki: "Mənimlə sizin aranızda Allah Şahiddir. Sizi və yetişəcəyi hər kəsi xəbərdar etmək üçün mənə bu Quran verildi. Allahdan başqa tanrı olduğunamı şahidlik edirsiniz?" De: "Mən belə şahidlik etmirəm." Və sonra bunu da söylə: "O tək bir Tanrıdır. Mən sizin ortaq qoşduğunuz şeydən uzağam."
90, 91,.., 96 ayələrinin məzmununda kitab əhlinin rəddinə qarşılıq Muhəmmədin (ə.s) elçiliyinə Allah şahiddir:
Rad/13:43 İnkar edənlər, "Sən bir elçi deyilsən!" deyirlər. De ki, "Allah mənimlə sizin aranızda şahid olaraq yetər, (Allah) və kitabın bilgisinə sahib olanlar!"

Ənam/6:19 Soruş: "Kimin şahidliyi böyükdür?" De ki: "Mənimlə sizin aranızda Allah Şahiddir. Sizi və yetişəcəyi hər kəsi xəbərdar etmək üçün mənə bu Quran verildi. Allahdan başqa tanrı olduğunamı şahidlik edirsiniz?" De: "Mən belə şahidlik etmirəm." Və sonra bunu da söylə: "O tək bir Tanrıdır. Mən sizin ortaq qoşduğunuz şeydən uzağam."

Ənkəbut/29:50 "Ona Rəbbindən bir möcüzə enməli deyildimi?" dedilər. De ki, "Möcüzələr Allahın qatındadır. Mən sadəcə açıq-aşkar bir xəbərdarlıq edənəm."
Ənkəbut/29:51 Bu kitabı sənə nazil etməyimiz və onlara oxunması onlara yetərli deyilmi? Bunda iman edən bir camaat üçün bir rəhmət və öyüd vardır.
Ənkəbut/29:52 De ki, "Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. Göylərdə və yerdə nə varsa bilir. Yanlışa iman edib, Allaha iman etməyənlər, əsl zərərə uğrayanlardır."

İsra/17:94 Onlara hidayət gəldiyində, insanlar: "Allah bir insanımı elçi olaraq göndərdi?" deyərək iman etmədilər.
İsra/17:95 De ki: "Yer üzündə məskunlaşıb, gəzib dolaşanlar mələklər olsaydı, onlara göydən bir mələyi elçi göndərərdik."
İsra/17:96 De ki, "Allah mənimlə sizin aranızda şahid olaraq yetər. Şübhəsiz O, qullarından xəbərdardır, onları görəndir."

Əhqaf/46:8 Yoxsa "Onu uydurdumu deyirlər? De ki, "Onu mən uydurdumsa, siz məni Allahdan gələcək heç bir şeyə qarşı qoruya bilməzsiniz. O, sizin həddi aşmanızı ən yaxşı Biləndir. Mənimlə sizin aranızda şahid olaraq O yetər. O, Bağışlayandır, Rəhmlidir."