Ənam - 6:80
Xalqı onunla mübahisə etdi. "Məni doğruya yönəltdiyi halda, mənimlə hələ də Allah haqqında mübahisəmi edirsiniz? Rəbbim bir şey diləmədikcə sizin ortaq qoşduqlarınızdan qorxmuram... Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Öyüd almırsınız?"
Allah, nə üçün İbrahimi (ə) doğru yola yetişdirdi?
Nəhl/16:120
İbrahim, Allaha boyun əyən, monoteist bir öncü idi. Heç bir vaxt ortaq qoşmadı.
Nəhl/16:121
Onun nemətlərinə şükür edən idi. Onu seçdi və onu doğru yola yönəltdi.