Muzzəmmil - 73:5
Biz sənə ağır bir Söz buraxacağıq.
1, 2 ... 7 ayələri əsasında; Quranı necə oxumalıyıq?
Ələq/96:1
Yaradan Rəbbinin ismi ilə oxu.
Nəhl/16:98
Quran oxuduğunda, qovulmuş şeytandan Allaha sığın!
İsra/17:78
Günəşin əyilməsindən gecənin qaralmasına qədər namazı qoru. Səhər Quranını da qoru. Səhər vaxtı Quran (oxuması) şahid olunur.
Ta ha/20:114
Gerçək Hökmdar olan Allah ucadır! Sənə vəhyi tamamlanmadan öncə Quranı (anlamaq üçün) tələsmə və: "Rəbbim biliyimi artır," de.
Muminun/23:68
Onlar bu sözü incələmədilərmi (araşdırmadılarmı), yoxsa keçmiş atalarına gəlməyən bir şeymi onlara gəldi?
Nəml/27:91
Mənə sadəcə bu şəhərin Rəbbinə qulluq etmək əmr edilmişdir. O buranı mübarək etmişdir və hər şey Onundur. Mənə müsəlmanlardan olmaq əmr edildi.
Nəml/27:92
Və Quranı oxumaqla da... Kim doğrunu taparsa, öz xeyri üçün doğrunu tapmışdır. Kim azarsa, mən xəbərdar edənlərdən biriyəm.
Ənkəbut/29:45
Sənə vəhy etdiyimiz kitabdan oxu və namazı qoru. Çünki namaz, iyrənc və pis şeylərdən kənarlaşdırır. Allahı (namaz yolu ilə) xatırlamaq ən önəmlidir. Allah nə etdiyinizi bilir.
Sad/38:29
Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.
Muhəmməd/47:24
Nə üçün Quranı araşdırıb incələmirlər? Yoxsa beyinləri qıfıllıdır?
Muzzəmmil/73:2
Bəzi gecələr xaric, gecə vaxtı qalx.
Muzzəmmil/73:3
Yarısında və ya yarısından bir az öncə.
Muzzəmmil/73:4
Yaxud yarısından bir az sonra... Quranı da diqqətlə düşünə-düşünə oxu.
Muzzəmmil/73:5
Biz sənə ağır bir Söz buraxacağıq.
Muzzəmmil/73:6
Şübhəsiz gecə təfəkkür etmək daha çox təsirli və ifadə baxımından daha uyğundur.
Qiyamə/75:16
Onu tələsərək əyri-əskik (kəsirli oxuyaraq) dilini oynatma.
Qiyamə/75:17
Onu toplamaq da, oxutmaq da Bizə aiddir.
Əla/87:6
Səni oxudacağıq; sən də unutmayacaqsan.
Əla/87:7
Allahın istədiyi xaric; O, aşkarı da bilir, gizlini də.
Ali İmran/3:113
Ancaq hamısı eyni deyil. Kitab əhlindən ən doğru bir qrup var ki, gecələri Allahın ayələrini oxuyub səcdə edərlər.