Muddəssir - 74:43 Deyəcəklər ki, "Dəstəkləməzdik"
Elçini dəstəkləməyənlər, Allahın verdiyi nemətlərdən xəsislik edən, Allah yolunda xərcləməyənlər:
Munafiqun/63:7 Onlar, "Allahın Elçisinin yanında olanlara yardım etməyin ki, dağılıb getsinlər," deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allaha aiddir; amma ikiüzlülər qavraya bilməzlər.

Ali İmran/3:167 İkiüzlülər də beləcə aşkara çıxarılır. Onlara, “Gəlin, Allah yolunda savaşın, ya da yardım edin,”– deyildiyində, onlar, “Savaşdan anlasaydıq sizə qatılardıq,”– dedilər. O an onlar imandan daha çox inkara yaxın idilər. Qəlblərində olmayanı ağızları ilə söyləyirlər. Halbuki Allah onların gizlədiyini çox yaxşı bilir.

Tovbə/9:81 Geridə qalanlar, Allah Elçisinin ardındakı yerlərini bəyəndilər, Allah yolunda paralarıyla, canlarıyla səy göstərməkdən xoşlanmadılar və: "Bu istidə hərəkətə keçməyin," dedilər. "Cəhənnəm atəşi daha istidir," de. Bir anlasaydılar!
Tovbə/9:86 "Allaha iman edin, elçisi ilə birlikdə cihad edin," deyə bir surə nazil edildiyi zaman, onların güclü və var-dövlət sahibi olanları belə səndən izin istədilər və: "Bizi burax oturanlarla bərabər olaq," dedilər.

Əhzab/33:18 Allah, içinizdən əngəl olanları və qardaşlarına, "Bizə tərəf gəlin", deyənləri bilməkdədir. Onlar nadir hallarda müdafiəyə qatılırlar.

Muhəmməd/47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.

Tovbə/9:34 Ey iman edənlər, din bilənlərin və din adamlarının çoxu insanların pulunu nahaq yerə yeyərlər və Allahın yolundan azdırırlar. Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənlərə ağrılı-acılı bir əzab müjdələ.
Tovbə/9:35 Gün gələr o topladıqları qızıllar və pullar Cəhənnəm atəşində qızdırılaraq onlarla alınları, yanları və kürəkləri dağlanar: "Özünüz üçün topladığınız bax budur. Topladığınızı dadın."
Tovbə/9:75 Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76 Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.

Ya sin/36:47 Onlara, "Allahın sizə verdiyi ruzilərdən verin," deyildiyi vaxt, inkar edənlər iman edənlərə, "Allahın, istədiyi təqdirdə yedirə (qidalandıra) biləcəyi kimsələrimi yedirək? Siz gerçəkdən yaxşıca yoldan çıxmışsınız," deyərlər.

Tovbə/9:24 De ki: "Ana-atalarınız, uşaqlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, qazandığınız pullar, iflasa uğramasından qorxduğunuz iş və xoşlandığınız evlər Allahdan və Elçisindən və Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah əmrini gətirincəyə qədər gözləyin." Allah yoldan çıxmış camaatları doğruya yönəltməz.

Bəqərə/2:126 İbrahim: “Rəbbim, buranı təhlükəsiz yer et, Allaha və Axirət gününə iman edən insanlara məhsullarla ruzi ver," deyincə, "İnkar edənə də ruzi verəcəyəm. Ona qısa bir müddət dolanışıq verər, sonra onu atəş cəzasına məhkum edərəm. Ora, necə də pis bir gediş yeridir!" - dedi.

Ali İmran/3:180 Allahın lütfündən onlara bağışladığı nemətlərdə xəsislik edənlər onu özləri üçün xeyirli sanmasın. Əksinə, o onlar üçün zərərlidir. Toplayıb yığdıqları, Dirilmə Günü boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır.

Nisa/4:36 Allaha qulluq/xidmət edin, Ona heç bir şeyi və kimsəni ortaq qoşmayın. Ana-ataya, yaxınlara, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya (müsafirə) və andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqlarına yaxşı davranın. Allah özünü bəyənmiş təkəbbürlü şəxsləri sevməz.
Nisa/4:37 Bunlar üstəlik xəsisdirlər və insanlara xəsisliyi öyüd-nəsihət edirlər. Allahın Öz lütfündən onlara verdiyini gizləyərlər. İnkar edənlərə ağrılı-acılı bir əzab hazırladıq.

Əraf/7:189 O Sizi tək bir nəfsdən (eyni genetik xüsusiyyətdən) yaratdı. Ondan da zövcəsini yaratdı ki, sükunət tapsın. Zövcəsinə yaxınlaşınca, yüngül bir yüklə yükləndi və onunla dolaşdı. Yükü ağırlaşınca hər ikisi Rəbləri Allaha: "Bizə qüsursuz bir övlad verərsən şükür edənlərdən olacağıq," deyə yalvardılar.
Əraf/7:190 Onlara qüsursuz bir övlad verincə, Onun onlara verdiyi bu hədiyəylə əlaqəli olaraq Ona ortaqlar qoşmağa başladılar. Allah onların ortaq qoşduqları hər şeydən çox Ucadır.

Ta ha/20:131 Onların bəzilərinə, sınamaq üçün verdiyimiz dünya həyatının süslərinə gözünü dikmə. Rəbbinin sənin üçün hazırladığı nemətlər daha yaxşıdır və sürəklidir.

Qasas/28:76 Qarun, Musanın xalqından olmasına rəğmən xəyanət edib onlara zülm etdi. Ona elə xəzinələr vermişdik ki, açarları güclü bir topluluğa belə ağır gəlirdi. Xalqı ona belə demişdi: "Qürrələnmə, Allah qürrələnənləri sevməz."
Qasas/28:77 "Allahın sənə verdiyi nemətlərlə, dünyadakı payını unutmadan axirət yurdunu axtar. Allah sənə necə yaxşılıq etmişsə, sən də yaxşılıq et. Yer üzündə fəsad törətməyi axtarma. Allah fəsadçıları sevməz."
Qasas/28:78 Dedi ki, "Bütün bunlar mənə, bilgi və bacarığıma görə verildi." Ondan öncə, özündən daha böyük bir gücə və say baxımından çoxluğa sahib olan neçə-neçə nəsilləri Allahın məhv etdiyini bilmirmi? Suçluların suçları özlərindən soruşulmaz.

Ya sin/36:47 Onlara, "Allahın sizə verdiyi ruzilərdən verin," deyildiyi vaxt, inkar edənlər iman edənlərə, "Allahın, istədiyi təqdirdə yedirə (qidalandıra) biləcəyi kimsələrimi yedirək? Siz gerçəkdən yaxşıca yoldan çıxmışsınız," deyərlər.

Qaləm/68:22 "Dərib-toplayacaqsınızsa, haydı əkinlərinizə erkən gedin."
Qaləm/68:23 Elə bu vaxt yola çıxdılar, aralarında danışırdılar.
Qaləm/68:24 "Diqqətli olun, bu gün heç bir yoxsul oraya yanınıza girməsin."

Təkasur/102:7 Onsuz da, onu gözünüzlə qəti olaraq görəcəksiniz.
Təkasur/102:8 Sonra, o gün (sizə verilən) nemətlərdən sorğu-sual olunacaqsınız.