Muddəssir - 74:45
"Biz, boş şeylərə dalanlarla birlikdə dalardıq."
İnkar edənlər boş şeylərlə necə daldılar?
Əraf/7:173
Yaxud: "Atalarımız öncədən ortaq qoşdu və biz də onlardan sonra gələn soylarıyıq, bizi bidət və xurafələrə uyanlara görəmi məhv edəcəksən?" deyə bilməzsiniz.
Loğman/31:6
İnsanlardan bəzisi var ki, insanları bilgisizcə Allahın yolundan azdırmaq və onu kiçik hesab etmək üçün təməlsiz hədislərə sarılarlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
Nisa/4:119
"Onları azdıracağam, onları xülyalarla məşğul edəcəyəm; heyvanların qulaqlarını yarmalarını (beləcə ətlərini haram etmələrini) əmr edəcəyəm, Allahın yaratdıqlarını dəyişdirmələrini əmr edəcəyəm”. Kim Allah yerinə şeytanı dost və hökmdar seçərsə, açıq-aşkar bir ziyana uğramışdır.
Qasas/28:50
Sənə cavab verməsələr, bil ki, sadəcə yanlış düşüncələrinə tabe olurlar. Allahdan gələn bir yol göstərici olmadan, yanlış düşüncələrinə tabe olandan daha azğın kim ola bilər? Şübhəsiz Allah zalım xalqı doğruya yönəltməz.
Əhzab/33:66
Üzləri atəşdə çevrildiyi gün, "Kaş ki, Allaha itaət etsəydik, kaş ki, elçisinə itaət etsəydik," deyərlər.
Əhzab/33:67
Deyərlər ki, "Rəbbimiz, sadatlarımıza (seyidlərimizə, ağalarımıza) / şeyxlərimizə və böyüklərimizə tabe olduq; onlar da bizi yoldan çıxartdılar (azdırdılar)."
Əhzab/33:68
"Rəbbimiz, onlara ikiqat cəza ver, onları böyük bir lənət ilə lənətlə."
Tovbə/9:69
Eyni sizdən öncəkilərə bənzəyirsiniz; sizdən daha güclü idilər, sizdən daha çox mal və övladlara sahib idilər. Onlara düşən paydan xoşlandılar. Sizdən öncəkilərin öz paylarından xoşlanmaları kimi siz də öz payınızdan xoşlandınız. Özlərini mübtəla edənlər kimi siz də özünüzü mübtəla etdiniz. Onlar, işləri dünya və axirətdə boşa çıxmış kimsələrdir. Onlar itirənlərdir.
Səba/34:33
Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?
Casiyə/45:33
Etdikləri pisliklər özlərinə görünəcək və istehza etdikləri şey onları bürüyüb ovlayacaqdır.
Casiyə/45:34
Və onlara belə deyilər: "Bu günkü qarşılaşmanızı unutduğunuz üçün, Biz də bu gün sizi unuduruq. Yeriniz atəşdir və sizin bir yardımçınız da olmayacaqdır."
Nəcm/53:19
Gördünüzmü (dişi bütləriniz olan) Lat və Uzzanı?
Nəcm/53:20
Və üçüncüləri olan Mənatı?
Nəcm/53:21
Erkəklər sizin və dişilər Onunmu?
Nəcm/53:22
Necə də insafsız bir paylaşmadır!
Nəcm/53:23
Onlar, sizin və atalarınızın qoyduğu isimlərdən başqa bir şey deyildir və Allah onlar üçün heç bir dəlil nazil etməmişdir. Onlara, Rəblərindən bir yolgöstərici gəldiyi halda, sadəcə zehinlərindəki yanlış düşüncələrinin və şəxsi arzularının ardınca gedirlər.
Hədid/57:14
"Biz sizinlə birlikdə deyildikmi?" deyə onlara səslənərlər. "Bəli," deyərlər. "Ancaq siz özünüzü aldatdınız, gözlədiniz, şübhələr bəslədiniz və Allahın qərarı gəlincəyə qədər yersiz və yanlış düşüncələrlə özünüzü məşğul edib zamanınızı xərclədiniz. Aldadıcı, sizi Allah haqqında yanıltdı.
Munafiqun/63:10
Sizə ölüm gəlib və, "Rəbbim, kaş ki, məni qısa bir müdət üçün təxirə salsaydın, yoxsullara yardım edərək, müttəqilərdən ola bilsəm," demədən öncə verdiyimiz ruzilərdən yardım üçün verin.
Nas/114:1
De ki, "Sığınıram insanların Rəbbinə,"
Nas/114:2
"İnsanların Yönəticisinə,"
Nas/114:3
"İnsanların Tanrısına,"
Nas/114:4
"Şərrindən heç kəsin xəbəri olmadan (hiyləgərcəsinə) pıçıldayanların."
Nas/114:5
"Onlar insanların köksünə pıçıldayarlar."
Nas/114:6
"Onlar həm cinlərdən, həm də insanlardandır."